Acun Ilıcalı ölüm döşəyində verəcəyi son mesajı paylaşdı


Digərləri 25 Sen 2025 23:35:00 84 0

Acun Ilıcalı ölüm döşəyində verəcəyi son mesajı paylaşdı

Dünyaca məşhur televiziya prodüseri Acun Ilıcalı, ABTalks proqramında qonaq olub və həyatındakı ən çətin anlardan danışıb. O, motosiklet qəzalarında yaşadığı ölüm təhlükəsini, Fənərbağçadakı ən ağır dövrlərini və qızlarına ölüm yatağında söyləmək istədiyi son sözləri bölüşüb.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqramda "Ölüm yatağında qızlarınıza nə söyləmək istərdiniz?" sualına Ilıcalı belə cavab verib:

"Dünya çirkli bir yerə çevrilib. Sosial media və başqa təsirlər insanları daha da pozur. Belə bir mühitdə məsum qalmaq böyük uğurdur. Qızlarıma son mesajım budur: Məsum və yaxşı olun."

Motosiklet həvəskarı olan Ilıcalı, İstanbuldan Bodruma gedərkən yaşadığı təhlükəli anı ilk dəfə açıqlayıb:

"Sükan arxasında yuxulamışdım. Yanımda olan dostum Esat məni o anda qarnıma vuraraq oyatdı. Əks halda ömürlük şikəst qala bilərdik. Bir anlıq tamamilə huşumu itirmişdim."

Ilıcalı uşaqlıq və gənclik illərində çox ağır qəzalar keçirdiyini, boynunun qırıldığını, qollarına platin taxıldığını və ən yaxın dostunu itirdiyini bildirib. Həmçinin baba və nənəsinin də avtomobil qəzasında öldüyünü xatırladıb: "Erkən yaşda sevdiklərini itirmək, insanlara dəyər verməyi daha yaxşı öyrədir."

Fənərbağçada vitse-prezidentlik etdiyi dövrdən də danışan Ilıcalı, o günləri belə xatırlayıb: "Fənərbağça dünyanın ən böyük klublarından biridir. Belə bir məsuliyyət daşımaq çox çətin idi. Eyni anda 'Survivor' çəkilişləri, Hull City və Fənərbağça ilə məşğul olmaq mənim həyatımın ən ağır ili oldu." Lalə Qüdrətova Son.az

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq like
  • 25 Sen 23:14  
Digərləri Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini açıqla

arrow Ətraflı
Azərbaycanlı müğənninin bağından 30 minlik qızılları oğurlandı like
  • 25 Sen 23:05  
Şou-biznes Azərbaycanlı müğənninin bağından 30 minlik qızılları oğurlandı

Müğənni Afət Fərmanqızı yeni aldığı bağ evini satmaq məcburiyyətind

arrow Ətraflı
Çoxlu şirniyyat yemək saçları tökürmüş  Araşdırma like
  • 25 Sen 23:00  
Digərləri Çoxlu şirniyyat yemək saçları tökürmüş Araşdırma

Bəzi qidalar saçların tökülməsinə səbəb olur.

arrow Ətraflı
İlham İsmayıl saxlanıldı like
  • 25 Sen 22:14  
Digərləri İlham İsmayıl saxlanıldı

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsm

arrow Ətraflı
İlham Əliyev Kobaxidzeyə zəng etdi like
  • 25 Sen 22:08  
Siyasət İlham Əliyev Kobaxidzeyə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürc

arrow Ətraflı
Oval Ofisdə tarixi anlar – Trampın yaxasındakı rozet diqqət çəkdi like
  • 25 Sen 22:03  
Digərləri Oval Ofisdə tarixi anlar – Trampın yaxasındakı rozet diqqət çəkdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp�

arrow Ətraflı
Artıq çəkili insanların nəzərinə  Piyin yerinə görə "bəxtiniz gətirə bilər" like
  • 25 Sen 22:00  
Digərləri Artıq çəkili insanların nəzərinə Piyin yerinə görə "bəxtiniz gətirə bilər"

Britaniyalı alimlər piylənmə ilə onkoloji xəstəliklər arasındakı əlaq

arrow Ətraflı
Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edilib like
  • 25 Sen 21:23  
Siyasət Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur like
  • 25 Sen 21:20  
Siyasət İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. B

arrow Ətraflı
Prezident: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil like
  • 25 Sen 21:18  
Siyasət Prezident: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xə

arrow Ətraflı