Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq


Digərləri 25 Sen 2025 23:14:00 72 0

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini açıqlama verdi

Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döydüyü iddia edilir.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, şagird və texniki işçini döyməkdə ittiham olunan Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb.

O, hadisənin təfərrüatlarını danışıb. Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub. İddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq istəyib, ancaq sonradan vəziyyət bu həddə çatıb.

O da məlum oldu ki, hadisə bu ilin mart ayında baş verib. Həmin gün Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurularaq məlumat verilib. Bundan 1 ay sonra isə Qurban Sadıqov vəzifəsindən azad edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu, Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və məktəbin kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, aprelin 17-də Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Azərbaycanlı müğənninin bağından 30 minlik qızılları oğurlandı like
  • 25 Sen 23:05  
Şou-biznes Azərbaycanlı müğənninin bağından 30 minlik qızılları oğurlandı

Müğənni Afət Fərmanqızı yeni aldığı bağ evini satmaq məcburiyyətind

arrow Ətraflı
Çoxlu şirniyyat yemək saçları tökürmüş  Araşdırma like
  • 25 Sen 23:00  
Digərləri Çoxlu şirniyyat yemək saçları tökürmüş Araşdırma

Bəzi qidalar saçların tökülməsinə səbəb olur.

arrow Ətraflı
İlham İsmayıl saxlanıldı like
  • 25 Sen 22:14  
Digərləri İlham İsmayıl saxlanıldı

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsm

arrow Ətraflı
İlham Əliyev Kobaxidzeyə zəng etdi like
  • 25 Sen 22:08  
Siyasət İlham Əliyev Kobaxidzeyə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürc

arrow Ətraflı
Oval Ofisdə tarixi anlar – Trampın yaxasındakı rozet diqqət çəkdi like
  • 25 Sen 22:03  
Digərləri Oval Ofisdə tarixi anlar – Trampın yaxasındakı rozet diqqət çəkdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp�

arrow Ətraflı
Artıq çəkili insanların nəzərinə  Piyin yerinə görə "bəxtiniz gətirə bilər" like
  • 25 Sen 22:00  
Digərləri Artıq çəkili insanların nəzərinə Piyin yerinə görə "bəxtiniz gətirə bilər"

Britaniyalı alimlər piylənmə ilə onkoloji xəstəliklər arasındakı əlaq

arrow Ətraflı
Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edilib like
  • 25 Sen 21:23  
Siyasət Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur like
  • 25 Sen 21:20  
Siyasət İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. B

arrow Ətraflı
Prezident: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil like
  • 25 Sen 21:18  
Siyasət Prezident: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xə

arrow Ətraflı