Bu ərazilərdə tikintiyə icazə sərtləşdirildi QƏRAR


Digərləri 25 Sen 2025 19:16:00 64 0

Bu ərazilərdə tikintiyə icazə sərtləşdirildi  QƏRAR

Nazirlər Kabineti "Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Son.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Qayda Torpaq Məcəlləsinin 13-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

Sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir.

Torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir.

Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir.

Qaydada istifadə olunan anlayışlar normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılmasına yol verilən hədd barədə məlumatlar Tikintilərin Dövlət reyestrində yerləşdirildiyi andan dərhal Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ötürülür.

Ukrayna və Suriya diplomatik əlaqələri bərpa etdi like
  • 25 Sen 19:00  
Dünya Ukrayna və Suriya diplomatik əlaqələri bərpa etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Suriya Prezidenti Əhməd əl-�

arrow Ətraflı
İlham Əliyev Antonio Quterreş ilə görüşüb like
  • 25 Sen 18:44  
Siyasət İlham Əliyev Antonio Quterreş ilə görüşüb

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının

arrow Ətraflı
"Həmin qızların günahkarı analarıdır" like
  • 25 Sen 18:30  
Şou-biznes "Həmin qızların günahkarı analarıdır"

Müğənni Nadir Qafarzadə qalmaqallı açıqlama verib.

arrow Ətraflı
Donetskdə mülki ərazilərə zərbə: 17 yaralı, 5 ölən like
  • 25 Sen 18:14  
Digərləri Donetskdə mülki ərazilərə zərbə: 17 yaralı, 5 ölən

Bu gün Rusiya hərbçilərinin Donetsk bölgəsinə həyata keçirdiyi genişmi

arrow Ətraflı
Bu FOTOdakı uşaqların ikisi də öldü, ana infarkt oldu like
  • 25 Sen 18:05  
Dünya Bu FOTOdakı uşaqların ikisi də öldü, ana infarkt oldu

İstanbulun Eyüpsultan rayonunda iki azyaşlı uşaq yediyi yeməkdən sonra z�

arrow Ətraflı
“Xahiş edirəm, azadlığa buraxın, evlənək...”  8 il həbs verildi like
  • 25 Sen 17:58  
Digərləri “Xahiş edirəm, azadlığa buraxın, evlənək...” 8 il həbs verildi

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı m�

arrow Ətraflı
Ebru Gündeş boşandı like
  • 25 Sen 17:57  
Şou-biznes Ebru Gündeş boşandı

Türkiyəli tanınmış müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemi

arrow Ətraflı
"Universitet müəllimlərindən 10 dəfə çox QAZANIRAM" like
  • 25 Sen 17:49  
Şou-biznes "Universitet müəllimlərindən 10 dəfə çox QAZANIRAM"

Aşıq Namiq Fərhadoğlu iddialı açıqlamalar verib.

arrow Ətraflı
NyuYorkdan qlobal mesaj: Azərbaycan sülhün və enerji təhlükəsizliyinin yeni ünvanıdır like
  • 25 Sen 17:47  
Siyasət NyuYorkdan qlobal mesaj: Azərbaycan sülhün və enerji təhlükəsizliyinin yeni ünvanıdır

Prezident İlham Əliyevin son Amerika Birləşmiş Ştatlarına səfəri Azərb

arrow Ətraflı
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ like
  • 25 Sen 17:41  
Digərləri Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölg

arrow Ətraflı
Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR like
  • 25 Sen 17:40  
Digərləri Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunm

arrow Ətraflı
Bakıda gecə klubunda soyğunçuluq edilib like
  • 25 Sen 17:34  
Digərləri Bakıda gecə klubunda soyğunçuluq edilib

Səbail rayonunda talama cinayəti qeydə alınıb.

arrow Ətraflı
ADA Universitetində 1ci AzərbaycanBirləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb like
  • 25 Sen 17:21  
Siyasət ADA Universitetində 1ci AzərbaycanBirləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun

arrow Ətraflı
Balıq alarkən nələrə diqqət etməliyik?  AÇIQLAMA like
  • 25 Sen 17:12  
Digərləri Balıq alarkən nələrə diqqət etməliyik? AÇIQLAMA

Balıq mətbəximizin əsas və faydalı qidalarından biridir. Lakin balıq ala

arrow Ətraflı
AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər like
  • 25 Sen 17:09  
Digərləri AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız

arrow Ətraflı