Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR
Digərləri 25 Sen 2025 17:40:00 55 0
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.
Bu xəbəri də oxu: Qızıl bahalaşmağa davam edir
Son.az xəbər verir ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13,90 AZN təşkil edir.
Biletləri yalnız onlayn qaydada "biletim.az" portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Asya Son.az
Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun

Balıq mətbəximizin əsas və faydalı qidalarından biridir. Lakin balıq ala

Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız

Kosmetoloq fəaliyyəti göstərən Ülviyyə İlyasovanın qanunsuz tibbi müda

Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş

Süni intellekt artıq həyatımızın hər sahəsində geniş istifadə olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yor

Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin edi

Sosial şəbəkələrdə toy karvanında "Tofaş" markalı avtomobilin

Müğənni Lətifə Soyuöz yenidən bahalı alış-verişi ilə diqqət çəkib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta mə

Sentyabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�
