Müəllimlərin savadlanması üçün 3 milyon manat ayrıldı
Digərləri 25 Sen 2025 11:30:00 74 0
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məktəblərin müəllim, metodist, ümumilikdə isə pedaqoji və idarəetmə heyətinin bilik və bacarıqlarının artırılmasına 2,8 milyon manat vəsait ayrılıb.
Bu xəbəri də oxu: 3000 abonentin qazı kəsiləcək XƏBƏRDARLIQ
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, İnstitut bununla bağlı bir neçə təhsil şirkəti ilə yeni müqavilələr bağlayıb.
Belə ki, "Alqoritmika Azərbaycan" ilə bağlanılmış müqavilədə ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu layihənin maliyyə dəyəri 600 325 manat müəyyənləşib.
İnstitut inkluziv təhsilin təşkili istiqamətində ixtisasartırma və müasir metodik xidmətin təşkili üzrə metodistlər üçün ixtisasartırma təlimlərinin keçirilməsini Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinə həvalə edib və onunla 907 000 manat dəyərində müqavilələr bağlayıb.
Təhsil İnstitutu Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi ilə isə 4 nəhəng müqavilə bağlayıb ki, burada lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsi, ümumi təhsil müəssisələrində metodist hazırlığı üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulur. İnstitutun müəssisə ilə bu istiqamətdə bağladığı müqavilələrin dəyəri isə 886 690 manat müəyyənləşib.
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üzrə ixtisasartırma təlimlərini isə Savad Mərkəzi keçəcək. İnstitut bunun müqabilində müqavilə bağlayaraq mərkəzə 216 000 manat ödəniş edib.
Abşeron Rayon Məhkəməsində məşhur "TikTok"er Mahirə Marandskay

Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya in

"Port Baku" yaxınlığında metronun yeni stansiyasının inşası n�

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko

Bakıda və regionlarda fəaliyyət göstərən "Bergamo" MMC-yə məx

Qusarda vulkan püskürməsinə bənzər görüntülər lentə alınıb.

Naxçıvanda qeydə alınan görüntü marağa səbəb olub.

BMT-nin tədbiri üçün Nyu-Yorkda olan liderlər konfransdan əvvəl görüş�

Paytaxt sakinləri 114B nömrəli marşrut avtobusunun vəziyyətindən narazıl

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə

Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq

Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy gözlənilməz hadisə ilə g
