“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200500 manata...
Kriminal 25 Sen 2025 11:10:00 44 0
Abşeron Rayon Məhkəməsində məşhur "TikTok"er Mahirə Marandskayanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: “Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO
Son.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Məhkəmənin hökmünə əsasən, 2001-ci il təvəllüdlü Mahirə Marandskaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Lakin məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, cəzanın icrasını uşağın 14 yaşına çatmasına qədər təxirə salıb.
İstintaq materiallarına əsasən, cinayət işi üzrə 10-dan artıq zərərçəkmiş şəxs müəyyən edilib. Onların sırasında universitet tələbələrinin də olduğu bildirilir. Araşdırmalar zamanı məlum olub ki, Mahirə Marandskaya son 1 il ərzində eyni əməli təkrar edib, zərərçəkmiş qadınları və qızları hədə-qorxu gəlməklə, 200-500 manat müqabilində müxtəlif şəxslərlə intim münasibətə vadar edib.
Cəzanın təxirə salınması nədir?
Vəkillər Kollegiyasının üzvü, 30 saylı Vəkil Bürosunun sədri, tanınmış vəkil Ramil Vəliyev "Azərbaycan Reallığı"na açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Cəzaların icrası Məcəlləsində bu institut nəzərdə tutulub. Ramil Vəliyev: Əgər şəxs azadlıqdan məhrumetmə və ya başqa cəza ilə məhkum olunubsa, lakin onun himayəsində yetkinlik yaşına çatmayan uşaq varsa və cəzanın dərhal icrası həmin uşağın maraqlarına ağır zərər vuracaqsa, məhkəmə hökmün icrasını uşaq 14 yaşına çata qədər təxirə sala bilər. Uşaq 14 yaşına çatdıqda, məhkəmə hökmün icrası məsələsinə yenidən baxır və məhkumun davranışını, şəraitini, uşağın mənafeyini nəzərə alaraq qərar qəbul edir. Təxirə salınma müddətində məhkum şəxsin davranışına məhkəmənin müəyyən etdiyi qaydada nəzarət olunur. Əgər məhkum şəxs bu dövrdə ictimai qaydalara riayət etməzsə, yaxud cinayət törədərsə, məhkəmə hökmün dərhal icrasına qərar verə bilər. Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin topladığı materiallar əsasında məhkəməyə təqdim olunmuşdu.
Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya in

"Port Baku" yaxınlığında metronun yeni stansiyasının inşası n�

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko

Bakıda və regionlarda fəaliyyət göstərən "Bergamo" MMC-yə məx

Qusarda vulkan püskürməsinə bənzər görüntülər lentə alınıb.

Naxçıvanda qeydə alınan görüntü marağa səbəb olub.

BMT-nin tədbiri üçün Nyu-Yorkda olan liderlər konfransdan əvvəl görüş�

Paytaxt sakinləri 114B nömrəli marşrut avtobusunun vəziyyətindən narazıl

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə

Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq

Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy gözlənilməz hadisə ilə g

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi yenil�
