Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: “Buraları sevirəm”


Digərləri 24 Sen 2025 17:15:00 90 0

Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: “Buraları sevirəm”

Yəqin ki, universitetlərdə təhsil alan koreyalı tələbə gəncləri çoxumuz görmüşük. Amma məktəbli koreyalı görmək təsadüfən mümkündür ki, bu Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Kim Samonqdur. Bəli, o məhz Naxçıvan məktəblisidir. 

"Azərbaycan müəllimi" olaraq şagirdi tanımaq üçün məktəbə üz tutduq. 1-ci sinifdən burada təhsil alan 11 yaşlı şagirdə müəllimləri və sinif yoldaşları Arzu deyir. Onunla söhbətləşərkən, ilk növbədə, niyə məhz burada Arzu adını seçdiyini öyrənirik. Deyir ki, Kim Samonq adını ona atası qoyub, Koreya dilində mənası "arzu" deməkdir. Elə biz də bundan sonra hər kəs kimi ona Arzu deyə səslənəcəyik.  

Arzunun anası Seo Sumi Seo və atası Kim Dosinq Cənubi Koreyanın Ulson şəhərindəndir. Dediyinə görə, ailəsi artıq 14-15 ildir ki, işləri ilə bağlı Naxçıvanda yaşayırlar və hazırda Koreya dili üzrə kurs keçirlər. Arzu Koreyada anadan olub, daha sonra ailəsi bura köçüb. O, "Koreyaya tez-tez gedib-gəlirik" deyir.

Birinci sinfə gedəndə dillə bağlı problem yaşayıbmı sualına Arzu "1-ci sinifdə yaxşı bilmirdim, amma sonra az-az öyrəndim" cavabını verir: "Sinif yoldaşlarımla rahat şəkildə danışıram, dərsləri bu dildə yaxşı anlayıram". 

Arzunun məktəbdə çoxlu dostları da var: "Səma, Fatimə, Ləman ən yaxın dostlarımdır. Dərsdən sonra da onlarla görüşürəm". Deyir ki, ən çox ingilis dili və riyaziyyat fənlərini sevir: "Qiymətlərim yaxşıdır. Ən yaxşı riyaziyyatdan yüksək qiymət alıram".

Gələcəkdə isə rəssam olmaq istəyir. Elə sinif yoldaşları da deyir ki, yaxşı rəsmlər çəkir. Arzu həm də Koreya milli rəqsini də gözəl oynayır. Məktəbdə və məktəbdənkənar tədbirlərdə öz milli paltarı ilə rəqs edir. 

Azərbaycanın mətbəxini, yeməklərini də çox sevir. Deyir ki, Koreyaya gedəndə orada olanlara ilk yeməklər haqqında danışır: "Orada olan yaşıdlarıma buradakı sinif yoldaşlarımdan, müəllimlərimdən danışıram. Deyirəm ki, Naxçıvan sakit və təmiz şəhərdir".

"Sənə burada yaşamaq rahatdırmı?" sualına gülə-gülə və bütün səmimiyyəti ilə "çox rahatdır" deyir. Evdə Koreya dilində kitablar oxusa da, yadında qalmadığından şikayətlənir. Görünür ki, koreyalı olsa da, artıq bir azərbaycanlı kimi düşünür və buranı özünə Vətən hesab edir: "Azərbaycan dilini bildiyim üçün qayıdandan sonra orada dili hər kəsə öyrədə bilərəm".  

Ata-anası gəzməyi sevdiyi üçün Naxçıvanın hər yerini gəzib, hər yer çox gözəldir deyir. 

Ədəbiyyat dərsində sakitcə əyləşib dərs prosesini izləyirik. Bütün şagirdlər kimi, Arzu da suallara cavab vermək üçün canfəşanlıq göstərir. Müəllim ona söz verəndə ana dilimizdə sərbəst şəkildə dərsini danışır. 

Müəllimi, həm də sinif rəhbəri olan Aynur Fərəcovadan Arzunu soruşuruq, deyir ki, koreyalı olmağına baxmayaraq dərslərdə fikrini çox aydın bildirir, gözəl nitqi var: "Hansı mövzuda olursa-olsun sərbəst danışır. Xüsusilə vətən mövzusunda inşa və ya esse verəndə sanki bir azərbaycanlı kimi yazır. Çox mehriban, ünsiyyətcil, səmimi qızdır. Sinif yoldaşları arasında öz sevgisini qazanıb. Bütün tədbirlərimizdə çox fəal iştirak edir. Şəhidlərimiz, qazilərimiz haqqında məlumatlıdır". 

Müəllimi deyir ki, Arzu həm də həssas və duyğulu qızdır: "Bütün məktəb onu sevir, buranın sevimlisidir". 

Dərslərinə çox mane olmamaq üçün onunla sağollaşırıq. Görünür ki, o, məktəbdə öz davranışı, səmimiyyəti və xarakteri ilə hörmət qazanıb və hər kəsin sevimlisinə çevrilib.

Ağ Ev: “ABŞ Ukraynaya silahları artıq pulsuz vermir” like
  • 24 Sen 17:09  
Digərləri Ağ Ev: “ABŞ Ukraynaya silahları artıq pulsuz vermir”

Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a açıqlamasında

arrow Ətraflı
Meyxana uşaqların tərbiyəsini pozur?  Samirədən qalmaqallı açıqlamaya reaksiya like
  • 24 Sen 17:00  
Şou-biznes Meyxana uşaqların tərbiyəsini pozur? Samirədən qalmaqallı açıqlamaya reaksiya

Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu

arrow Ətraflı
Bakıda 2ci AZHAB Forumu keçiriləcək  VİDEO like
  • 24 Sen 16:59  
Digərləri Bakıda 2ci AZHAB Forumu keçiriləcək VİDEO

AZHAB Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələr, semi

arrow Ətraflı
Tramp: NATO hava məkanına müdaxilə olarsa, Rusiya təyyarələri vurula bilər like
  • 24 Sen 16:50  
Digərləri Tramp: NATO hava məkanına müdaxilə olarsa, Rusiya təyyarələri vurula bilər

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna li

arrow Ətraflı
Günəşdə güclü partlayış oldu like
  • 24 Sen 16:44  
Dünya Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış baş verib.

arrow Ətraflı
Qadın hərbçilər göyərçini çiyçiy yedilər  VİDEO like
  • 24 Sen 16:30  
Dünya Qadın hərbçilər göyərçini çiyçiy yedilər VİDEO

İraqda qadın hərbçilərin məzuniyyət mərasimi gözlənilməz mənzərəl�

arrow Ətraflı
BakıSumqayıt yolunun tıxacı azalacaq  AÇIQLAMA like
  • 24 Sen 16:25  
Digərləri BakıSumqayıt yolunun tıxacı azalacaq AÇIQLAMA

Hazırda Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam etdi

arrow Ətraflı
Bakıda orta aylıq əməkhaqqı artdı like
  • 24 Sen 16:20  
Digərləri Bakıda orta aylıq əməkhaqqı artdı

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin

arrow Ətraflı
Ərdoğanın məşhur sözü NyuYork küçələrində  FOTO like
  • 24 Sen 16:12  
Dünya Ərdoğanın məşhur sözü NyuYork küçələrində FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrar etdiyi "D�

arrow Ətraflı
“Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub  VİDEO  FOTO like
  • 24 Sen 16:07  
Kriminal “Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO

Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəl

arrow Ətraflı
Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı like
  • 24 Sen 16:00  
Şou-biznes Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı

Türkiyəli məşhur aktyor Rıza Kocaoğlu şəxsi həyatı ilə yenidən günd

arrow Ətraflı
Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix like
  • 24 Sen 15:23  
Digərləri Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix

1929-cu ilin dekabrında Macarıstanın Szolnok şəhərində məhkəmə zalınd

arrow Ətraflı