Prezident və birinci xanım BMT Baş Assambleyasının 80ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər FOTO


Siyasət 24 Sen 2025 16:35:00 66 0

Prezident və birinci xanım BMT Baş Assambleyasının 80ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər  FOTO

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dedi: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.

Prezident İlham Əliyev: Daha da çox.

Prezident Donald Tramp: Bundan da çox?

Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.

Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.

Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?

Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.

Prezident Donald Tramp: Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız.

Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta "Gələcəyi birlikdə qurmaq" adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.

Qadın hərbçilər göyərçini çiyçiy yedilər  VİDEO like
  • 24 Sen 16:30  
Dünya Qadın hərbçilər göyərçini çiyçiy yedilər VİDEO

İraqda qadın hərbçilərin məzuniyyət mərasimi gözlənilməz mənzərəl�

arrow Ətraflı
BakıSumqayıt yolunun tıxacı azalacaq  AÇIQLAMA like
  • 24 Sen 16:25  
Digərləri BakıSumqayıt yolunun tıxacı azalacaq AÇIQLAMA

Hazırda Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam etdi

arrow Ətraflı
Bakıda orta aylıq əməkhaqqı artdı like
  • 24 Sen 16:20  
Digərləri Bakıda orta aylıq əməkhaqqı artdı

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin

arrow Ətraflı
Ərdoğanın məşhur sözü NyuYork küçələrində  FOTO like
  • 24 Sen 16:12  
Dünya Ərdoğanın məşhur sözü NyuYork küçələrində FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrar etdiyi "D�

arrow Ətraflı
“Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub  VİDEO  FOTO like
  • 24 Sen 16:07  
Kriminal “Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO

Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəl

arrow Ətraflı
Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı like
  • 24 Sen 16:00  
Şou-biznes Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı

Türkiyəli məşhur aktyor Rıza Kocaoğlu şəxsi həyatı ilə yenidən günd

arrow Ətraflı
Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix like
  • 24 Sen 15:23  
Digərləri Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix

1929-cu ilin dekabrında Macarıstanın Szolnok şəhərində məhkəmə zalınd

arrow Ətraflı
"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir"  ŞİKAYƏT like
  • 24 Sen 15:01  
Şou-biznes "Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" ŞİKAYƏT

Ev təmiri işi ilə məşğul olan 2 usta aparıcı Zaur Nəbioğlundan şikay�

arrow Ətraflı
AQTA sədri onlara yeni vəzifə verdi like
  • 24 Sen 14:57  
Digərləri AQTA sədri onlara yeni vəzifə verdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişik

arrow Ətraflı
Şahin Mustafayev Araz dəhlizində like
  • 24 Sen 14:26  
Siyasət Şahin Mustafayev Araz dəhlizində

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi,

arrow Ətraflı
Bakının bu ərazisi zibillik, qoxulu və təhlükəlidir like
  • 24 Sen 14:00  
Digərləri Bakının bu ərazisi zibillik, qoxulu və təhlükəlidir

Paytaxtın Xətai rayonu Cavanşir küçəsində tikinti ərazisində yaranan v�

arrow Ətraflı
Meloninin Şaraya baxışları gündəm oldu  FOTO like
  • 24 Sen 13:47  
Dünya Meloninin Şaraya baxışları gündəm oldu FOTO

BMT Baş Assambleyasının iclasında Meloni-Şara görüşməsi sosial mediada

arrow Ətraflı
Xatun müğənni ilə eşq yaşayır?  Özü açıqladı like
  • 24 Sen 13:26  
Şou-biznes Xatun müğənni ilə eşq yaşayır? Özü açıqladı

Müğənni Xatun Əliyeva barəsində yayılan eşq iddialarına ilk dəfə cav

arrow Ətraflı