BMTdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək


Digərləri 23 Sen 2025 21:26:00 62 0

BMTdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans keçiriləcək.

Son.az xəbər verir ki, konfransda Fransanın Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcək.

Konfransda Fransa tərəfindən "sabitlik və birgə gələcək" kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə ediləcək, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə ediləcək.

Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayacaqlar.

Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olacaq.

Konfransın sonunda birgə bəyanatın qəbul edilməsi gözlənilir.

Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriləcək. Son.az

Fatimənin oğlu qəza keçirdi like
  • 23 Sen 21:17  
Şou-biznes Fatimənin oğlu qəza keçirdi

Rəqqasə Fatimə Fətəliyeva həyəcanlı anlar yaşayıb.

arrow Ətraflı
Ərdoğan BMTdə çıxış etdi: “Qəzzada soyqırım davam edir, İsrail idarəni itirib” like
  • 23 Sen 21:05  
Digərləri Ərdoğan BMTdə çıxış etdi: “Qəzzada soyqırım davam edir, İsrail idarəni itirib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin 80-ci Baş Assambleyasın

arrow Ətraflı
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb like
  • 23 Sen 21:02  
Siyasət İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT

arrow Ətraflı
Gecə qıcolma ilə oyanırsınızsa, diqqət!  Açıqlama like
  • 23 Sen 21:00  
Digərləri Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! Açıqlama

Gecə yaranan ayaq qıcolmaları ürək və beyin xəstəliklərinin siqnalı ol

arrow Ətraflı
İlham Əliyev BMTnin NyuYorkdakı mənzilqərargahında İraq Prezidenti ilə görüşüb like
  • 23 Sen 20:47  
Siyasət İlham Əliyev BMTnin NyuYorkdakı mənzilqərargahında İraq Prezidenti ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər like
  • 23 Sen 20:05  
Digərləri Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər

Xəbər verdiyimiz kimi, kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf

arrow Ətraflı
Qəhvə ilə bağlı mif dağıdıldı like
  • 23 Sen 20:00  
Digərləri Qəhvə ilə bağlı mif dağıdıldı

Uşaqların gündəlik kofein qəbulu onların diqqətinə və beyin fəaliyyət

arrow Ətraflı
Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib like
  • 23 Sen 19:39  
Kriminal Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının izləyicilərinə

arrow Ətraflı
Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb  MEDİA like
  • 23 Sen 19:33  
Digərləri Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb MEDİA

Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosi

arrow Ətraflı
Zaura görə müğənni bu kanalda "Qara siyahı"ya düşdü like
  • 23 Sen 19:30  
Şou-biznes Zaura görə müğənni bu kanalda "Qara siyahı"ya düşdü

Müğənni Əminə Şirin ARB TV-də "qara siyahı"ya salınmasından

arrow Ətraflı
Trampdan BMT kürsüsündə sərt çıxış: “Fələstini tanımaq Həmas üçün mükafatdır” like
  • 23 Sen 19:21  
Siyasət Trampdan BMT kürsüsündə sərt çıxış: “Fələstini tanımaq Həmas üçün mükafatdır”

ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 80-ci sessiyasında çıxış

arrow Ətraflı
Otuza yaxın kəndin qazı kəsiləcək like
  • 23 Sen 19:11  
Digərləri Otuza yaxın kəndin qazı kəsiləcək

19:11 Lənkəran rayonu ərazisində yerləşən "Hirkan" qazpaylay

arrow Ətraflı
Quterreş AzərbaycanErmənistan sülh sazişini şərh etdi like
  • 23 Sen 19:07  
Siyasət Quterreş AzərbaycanErmənistan sülh sazişini şərh etdi

BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında ABŞ-ın

arrow Ətraflı
Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş like
  • 23 Sen 19:00  
Digərləri Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş

Tayvanlı alimlərin apardığı araşdırmaya görə benzoad natriya adlı qida

arrow Ətraflı
Kəşfiyyatçı Xanı minaya düşərək həlak oldu like
  • 23 Sen 18:59  
Digərləri Kəşfiyyatçı Xanı minaya düşərək həlak oldu

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak

arrow Ətraflı