Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib


Kriminal 23 Sen 2025 19:39:00 67 0

Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının izləyicilərinə hazırladığı maraqlı təqdimatlardan biri də "Zamansız və məkansız" sərgidir. 

Son.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində təqdim edilir. 

Ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları, həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edilir. Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib. Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır.  Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir.  Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağları vurğulayan, eyni zamanda İmadəddin Nəsiminin poeziyası və fəlsəfəsinin müasir dövrdəki əhəmiyyətini göstərən mühüm mədəni hadisədir.  Ziyarətçilər ekspozisiyanı bir ay ərzində - oktyabrın 23-dək izləyə biləcəklər.  Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə baş tutan Nəsimi Festivalı sentyabrın 25-dək davam edəcək. Bakı və Şamaxı şəhərlərini əhatə edən festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir sayılır. Festival? həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.  Son.az 

Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb  MEDİA like
  • 23 Sen 19:33  
Digərləri Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb MEDİA

Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosi

arrow Ətraflı
Zaura görə müğənni bu kanalda "Qara siyahı"ya düşdü like
  • 23 Sen 19:30  
Şou-biznes Zaura görə müğənni bu kanalda "Qara siyahı"ya düşdü

Müğənni Əminə Şirin ARB TV-də "qara siyahı"ya salınmasından

arrow Ətraflı
Trampdan BMT kürsüsündə sərt çıxış: “Fələstini tanımaq Həmas üçün mükafatdır” like
  • 23 Sen 19:21  
Siyasət Trampdan BMT kürsüsündə sərt çıxış: “Fələstini tanımaq Həmas üçün mükafatdır”

ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 80-ci sessiyasında çıxış

arrow Ətraflı
Otuza yaxın kəndin qazı kəsiləcək like
  • 23 Sen 19:11  
Digərləri Otuza yaxın kəndin qazı kəsiləcək

19:11 Lənkəran rayonu ərazisində yerləşən "Hirkan" qazpaylay

arrow Ətraflı
Quterreş AzərbaycanErmənistan sülh sazişini şərh etdi like
  • 23 Sen 19:07  
Siyasət Quterreş AzərbaycanErmənistan sülh sazişini şərh etdi

BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında ABŞ-ın

arrow Ətraflı
Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş like
  • 23 Sen 19:00  
Digərləri Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş

Tayvanlı alimlərin apardığı araşdırmaya görə benzoad natriya adlı qida

arrow Ətraflı
Kəşfiyyatçı Xanı minaya düşərək həlak oldu like
  • 23 Sen 18:59  
Digərləri Kəşfiyyatçı Xanı minaya düşərək həlak oldu

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak

arrow Ətraflı
Vəzifəyə keçmək üçün xadiməyə 10 minə yaxın pul verdi like
  • 23 Sen 18:48  
Kriminal Vəzifəyə keçmək üçün xadiməyə 10 minə yaxın pul verdi

Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

arrow Ətraflı
Ayılar Quba kəndlərinə niyə hücum edib?  AMEAdan like
  • 23 Sen 18:37  
Digərləri Ayılar Quba kəndlərinə niyə hücum edib? AMEAdan

Quba rayonunda ayılar iki kəndə hücum ediblər. Belə ki, ayılar rayonun Xa

arrow Ətraflı
Tiktoker "Roşka" ilə bağlı qərar verildi like
  • 23 Sen 18:23  
Digərləri Tiktoker "Roşka" ilə bağlı qərar verildi

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşk

arrow Ətraflı
Xalq artisti kliniki ölüm keçirdi: "2 dəfə komada olmuşam" like
  • 23 Sen 18:13  
Şou-biznes Xalq artisti kliniki ölüm keçirdi: "2 dəfə komada olmuşam"

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır like
  • 23 Sen 18:10  
Digərləri Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlı�

arrow Ətraflı
Bu yemək kişiləri vaxtından tez öldürür like
  • 23 Sen 18:00  
Digərləri Bu yemək kişiləri vaxtından tez öldürür

Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.

arrow Ətraflı
Fələstin lideri Qəzzanın gələcəyinə dair mövqeyini açıqladı like
  • 23 Sen 17:57  
Dünya Fələstin lideri Qəzzanın gələcəyinə dair mövqeyini açıqladı

Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağı

arrow Ətraflı
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 23 Sen 17:53  
Siyasət Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq

arrow Ətraflı