Tiktoker "Roşka" ilə bağlı qərar verildi


Digərləri 23 Sen 2025 18:23:00 73 0

Tiktoker "Roşka" ilə bağlı qərar verildi

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Son.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokeri saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirən polis əməkdaşları sərbəst ifadə veriblər.

Nəsimi RPİ-nin əməliyyatçısı ifadəsi zamanı vurğulayıb ki, Rövşən Süleymanov əməliyyat məlumatı əsasında saxlanılıb.

"Rövşən Süleymanovun üzərində narkotik maddə olması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradıldı. Qrupun üzvlərindən biri də mən idim. Rövşəni 1 saylı Şəhər Klinik Xəstəxananın yanında saxladıq. Onun üzərinə baxış zamanı narkotik maddəyə bənzər əşya tapıldı. Özü ifadəsi zamanı həmin əşyanın həqiqətən də narkotik maddə olduğunu və onu yaxınlıqdakı qəsəbələrdən birindən aldığını dedi".

Şahid qismində prosesdə iştirak edən digər polis əməkdaşı da həmkarının dedikləri ilə razılaşdığını, Rövşən Süleymanov saxlanılarkən onun üzərindən narkotik maddənin aşkar olunduğunu təsdiqləyib.

Təqsirləndirilənin vəkili müvəkkilin ev dustaqlığına buraxılmasi ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Vəkilin növbəti vəsatəti isə digər polis əməkdaşlarının əlavə şahid kimi ifadə vermələri ilə bağlı olub.

Məhkəmə vəkilin bu vəsatətini təmin edib və növbəti proseslərdə onların iştirakı təmin ediləcək.

Proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xalq artisti kliniki ölüm keçirdi: "2 dəfə komada olmuşam" like
  • 23 Sen 18:13  
Şou-biznes Xalq artisti kliniki ölüm keçirdi: "2 dəfə komada olmuşam"

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır like
  • 23 Sen 18:10  
Digərləri Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlı�

arrow Ətraflı
Bu yemək kişiləri vaxtından tez öldürür like
  • 23 Sen 18:00  
Digərləri Bu yemək kişiləri vaxtından tez öldürür

Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.

arrow Ətraflı
Fələstin lideri Qəzzanın gələcəyinə dair mövqeyini açıqladı like
  • 23 Sen 17:57  
Dünya Fələstin lideri Qəzzanın gələcəyinə dair mövqeyini açıqladı

Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağı

arrow Ətraflı
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 23 Sen 17:53  
Siyasət Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq

arrow Ətraflı
Çin avtomobillərinə maraq niyə azaldı? like
  • 23 Sen 17:49  
Digərləri Çin avtomobillərinə maraq niyə azaldı?

Bir vaxtlar həftəsonları izdihamla dolub-daşan "maşın bazarı" i

arrow Ətraflı
Bakıya 41 qızıl külçə keçirənlərə hökm oxundu like
  • 23 Sen 17:40  
Digərləri Bakıya 41 qızıl külçə keçirənlərə hökm oxundu

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək ist�

arrow Ətraflı
Ağdama köç bu tarixdə başlayacaq like
  • 23 Sen 17:36  
Digərləri Ağdama köç bu tarixdə başlayacaq

Cari ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır.

arrow Ətraflı
Putin və Tramp hansı silahları müzakirə edib?  Peskov açıqladı like
  • 23 Sen 17:26  
Dünya Putin və Tramp hansı silahları müzakirə edib? Peskov açıqladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiri

arrow Ətraflı
Avtobusda qızlar arasında əlbəyaxa dava like
  • 23 Sen 17:20  
Digərləri Avtobusda qızlar arasında əlbəyaxa dava

"Bakubus" avtobusunda sərnişinlər arasında dava olub.

arrow Ətraflı
Prezident və birinci xanım BMTnin mənzil qərargahına gəliblər like
  • 23 Sen 17:15  
Siyasət Prezident və birinci xanım BMTnin mənzil qərargahına gəliblər

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və B

arrow Ətraflı
Gürcüstandakı Azərbaycandilli məktəb bağlananacaq? " Biz Azərbaycanla nəfəs alırıq" like
  • 23 Sen 17:14  
Dünya Gürcüstandakı Azərbaycandilli məktəb bağlananacaq? " Biz Azərbaycanla nəfəs alırıq"

Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Qonşu ölkədə Azə

arrow Ətraflı
Adnanın vəkili ilə bağlı Kollegiyadan AÇIQLAMA like
  • 23 Sen 17:07  
Digərləri Adnanın vəkili ilə bağlı Kollegiyadan AÇIQLAMA

"Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət

arrow Ətraflı
Balaəlinin 40 000 manatlıq qızıl saatı "göz qamaşdırdı" like
  • 23 Sen 17:03  
Şou-biznes Balaəlinin 40 000 manatlıq qızıl saatı "göz qamaşdırdı"

Meyxanaçı Balaəli Maştağalı efirlərin birində qonaq olub.

arrow Ətraflı
Qəzada ölən həkimin bu VİDEOsu kövrəltdi like
  • 23 Sen 16:57  
Digərləri Qəzada ölən həkimin bu VİDEOsu kövrəltdi

Sosial şəbəkədə yayılan video görənləri duyğulandırıb.

arrow Ətraflı