Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi


Kriminal 22 Sen 2025 18:48:00 48 0

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxsə hökm oxunub.

Son.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, T.R. sinif yoldaşı olmuş M.X.-nin evinə qonaq gedib. Ev yiyəsinin başının qarışıq olmasından istifadə edərək paltar dolabını açıb və oradan zərərçəkmişə məxsus bir ədəd ümumi dəyəri 3 800 manat təşkil edən brilyant qaşlı kulonlu qızıl boyunbağını, dəyəri 210 manat təşkil edən bir cüt qızıl sırğanı və dəyəri 800 manat olan bir ədəd "Tiffany" modelli qızıl boyunbağını oğurlayıb.

T.R. bununla kifayətlənməyib. M.X. evdə olmayan zaman hansısa yolla mənzilə daxil olaraq yenidən oğurluq edib. Bu dəfə zərərçəkmişə məxsus çəkisi 1 475 manat dəyərində bir ədəd qızıl qolbaq, dəyəri 880 manat olan bir ədəd qızıl kulon, dəyəri 1 050 manat olan bir cüt qızıl sırğa, dəyəri 660 manat olan bir ədəd qızıl üzük, dəyəri 1 925 manat olan bir ədəd qızıl boyunbağı və dəyəri 1 210 manat olan bir cüt qızıl sırğa oğurlayıb. O, zərərçəkmişə, ümumilikdə, 12 010 manat ziyan vurub.

Hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında T.R. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə ), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. T.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi zamanı məlum olub ki, dəymiş zərərin bir hissəsi ödənilib.

Məhkəmənin hökmü ilə T.R.-ə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Məhkəmə hökm verərkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərin bir hissəsinin ödənildiyini və digər yüngülləşdirici halları nəzərə alıb. Son.az  

İcra başçısına ağır itki like
  • 22 Sen 18:34  
Digərləri İcra başçısına ağır itki

Neftçala Rayon İcra Hakimiyyətinin başçısına ağır itki üz verib.

arrow Ətraflı
"Təzə gəlin evdə tapılmır, Nadirin pullarını xərcləyirlər, like
  • 22 Sen 18:30  
Şou-biznes "Təzə gəlin evdə tapılmır, Nadirin pullarını xərcləyirlər,

Əməkdar artist Mətanət İsgəndərli müğənni Nadir Qafarzadənin yeni ail

arrow Ətraflı
III Bakı Təhlükəsizlik Forumu təşkil olunub like
  • 22 Sen 18:21  
Digərləri III Bakı Təhlükəsizlik Forumu təşkil olunub

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

arrow Ətraflı
Mabel Matizə cinayət işi açıldı  Məhkəməyə aparıldı like
  • 22 Sen 18:17  
Şou-biznes Mabel Matizə cinayət işi açıldı Məhkəməyə aparıldı

Daxili İşlər Nazirliyinin onun "Perperişan" mahnısı ilə bağlı

arrow Ətraflı
Türkiyədə güclü partlayış  4 yaralı var like
  • 22 Sen 18:12  
Digərləri Türkiyədə güclü partlayış 4 yaralı var

Türkiyədə topdansatış bazarında müəssisələrin birində güclü partlay

arrow Ətraflı
Ermənistan vətəndaşları məhkəmədə Paşinyanla bağlı tələb irəli sürdülər like
  • 22 Sen 18:03  
Siyasət Ermənistan vətəndaşları məhkəmədə Paşinyanla bağlı tələb irəli sürdülər

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�

arrow Ətraflı
“Apple" tarixinin ən bahalı "iPhone"u gəlir  Bu tarixdə... like
  • 22 Sen 18:00  
Digərləri “Apple" tarixinin ən bahalı "iPhone"u gəlir Bu tarixdə...

"Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "i

arrow Ətraflı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada beynəlxalq sərgidə like
  • 22 Sen 17:58  
Digərləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada beynəlxalq sərgidə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüzi

arrow Ətraflı
NASA yeni qara dəlik kəşf etdi   920 milyon il sonra ... like
  • 22 Sen 17:51  
Dünya NASA yeni qara dəlik kəşf etdi 920 milyon il sonra ...

NASA-nın Çandra X-şüaları Rəsədxanası kosmosda yeni bir superkütləli q

arrow Ətraflı
Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə  Bu tarixdən qaydalar dəyişir like
  • 22 Sen 17:47  
Digərləri Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə Bu tarixdən qaydalar dəyişir

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənil

arrow Ətraflı
Bakı aeroportunda insanlar təxliyə olunur?  RƏSMİ AÇIQLAMA like
  • 22 Sen 17:46  
Digərləri Bakı aeroportunda insanlar təxliyə olunur? RƏSMİ AÇIQLAMA

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata ke�

arrow Ətraflı
Məşhur jurnalist təyyarə qəzasında öldü  FOTO like
  • 22 Sen 17:43  
Şou-biznes Məşhur jurnalist təyyarə qəzasında öldü FOTO

43 yaşlı televiziya aparıcısı Debora Estrella təyyarə qəzasında həlak

arrow Ətraflı
“Gecə saat 3də ərimi niyə yığırsan?“ like
  • 22 Sen 17:30  
Şou-biznes “Gecə saat 3də ərimi niyə yığırsan?“

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
“Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” like
  • 22 Sen 17:00  
Digərləri “Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik”

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilm

arrow Ətraflı