Ermənistan vətəndaşları məhkəmədə Paşinyanla bağlı tələb irəli sürdülər
Siyasət 22 Sen 2025 18:03:00 45 0
Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqsirləndirilən David Manukyan söz alaraq Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur - red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs David Babayan "ATƏT-in Minsk qrupunun həmsədrləri"nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.
"O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar", - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovu burada şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.
"Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15 nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz", - deyə o əlavə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.
Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.
Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb.
Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib.
Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Son.az
"Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "i

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüzi

NASA-nın Çandra X-şüaları Rəsədxanası kosmosda yeni bir superkütləli q

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənil

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata ke�

43 yaşlı televiziya aparıcısı Debora Estrella təyyarə qəzasında həlak

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması ilə diqqət çəkib.

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilm

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərm

Londonda yaşayan 34 yaşlı Melissa Clayton Barbadosda istirahət edərkən ba�

"Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrast
