Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir


Digərləri 21 Sen 2025 06:06:00 69 0

Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir

Dünya üzrə hər il təxminən 1,5 milyon qadına ginekoloji xərçəng diaqnozu qoyulur, Hər il dünya üzrə 680 min qadın ginekoloji xərçənglər səbəbindən həyatını itirir.

Dünya üzrə qadın xərçəngləri arasında dördüncü sırada olan uşaqlıq boynu xərçəngində əsas risk faktoru HPV (Human Papilloma Virus) infeksiyasıdır. Bu virus uşaqlıq boynu hüceyrələrində mutasiyaya səbəb olaraq xərçəngin yaranmasına yol açır.

Risk faktorlarına siqaret çəkmək, erkən yaşda cinsi əlaqə, çoxsaylı cinsi partnyorlar, erkən hamiləlik, çox doğum, zəif immun sistemi, kortizon müalicəsi və genetik meyllər daxildir. Ən erkən simptomlar arasında ara qanamalar və cinsi əlaqə zamanı və ya sonrasında qanamalar olur.

Uşaqlıq boynu xərçəngi HPV vaksini və müntəzəm skrininqlə önlənə bilən xərçəng növüdür. HPV vaksini bu xərçəngdən qorunmada ən təsirli üsuldur və 11-12 yaşlarında tətbiq olunması tövsiyə edilir. 13-26 yaş arası qadınlar da vaksindən yararlana bilər, bəzi hallarda 26-45 yaş arası tətbiq edilə bilər.

PAP Smear testi 21 yaşından başlayaraq, 65 yaşa qədər hər 3 ildən bir edilməlidir. 30 yaşdan sonra HPV testi ilə birgə primer skrininq tövsiyə olunur. Normal nəticə olduqda növbəti test 5 ildən bir təkrarlanır. Riskli hallarda interval daha qısa ola bilər.

Uşaqlıq xərçəngi hər il təxminən 7,800 qadında diaqnoz olunur. Menopoz dövründə daha çox rast gəlinir. Əsas risk faktorları estrogen hormonuna yüksək məruz qalmaq, obezite, hormon müalicələri və yumurtalıqda hormon ifraz edən şişlərdir. Digər faktorlar arasında erkən menstruasiya, gec menopoz, doğum etməmək və digər hormonal təsirlər var.

Anormal vajinal qanamalar uşaqlıq xərçənginin ən önəmli simptomudur. Hər ay normal menstruasiya xaricində qanamalar və ya menopoz dövründə qanamalar olarsa, həkimə müraciət edilməlidir. Erkən mərhələdə aşkarlanan xərçəngdə müalicə şansı 95%-dən yüksəkdir.

Dünyada üçüncü ən çox rast gəlinən ginekoloji xərçəng növü olan yumurtalıq xərçənginin risk faktorları arasında irsi xərçəng tarixçəsi, heç doğum etməmək, erkən menstruasiya, gec menopoz, menopoz zamanı hormon istifadəsi və bəzi xəstəliklər yer alır.

Erkən mərhələdə müalicənin uğur şansı 90%-dən çoxdur. Standart müalicə uşaqlıq, yumurtalıqlar və omentum adı verilən yağlı toxumanın çıxarılması və lenf düyünlərinin götürülməsini əhatə edir. Lazım olduqda əlavə olaraq kemoterapi və ya ağıllı dərmanlar tətbiq olunur. Yumurtalıq xərçəngi üçün hazırda qəbul edilmiş geniş skrininq proqramı yoxdur, lakin müntəzəm ginekoloji müayinələr erkən aşkarlama imkanı verir.

Həkimlər vurğulayır ki, bütün qadınlar 21 yaşından etibarən müntəzəm ginekoloji müayinələr və PAP Smear testini etməli, HPV vaksinini vaxtında vurdurmalıdır. Bu, həyatını xilas edə biləcək ən vacib addımdır. Lalə Qüdrətova Son.az

Telefonunuzdakı bu tətbiqləri dərhal silin  şəxsi məlumatlarınız təhlükədədir like
  • 21 Sen 05:05  
Digərləri Telefonunuzdakı bu tətbiqləri dərhal silin şəxsi məlumatlarınız təhlükədədir

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zərərsiz kimi görünən bəzi t

arrow Ətraflı
Səhər bu qidanı yemək zərəlidir  Xəbərdarlıq like
  • 21 Sen 04:04  
Digərləri Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

Sevimli səhər yeməyi yeməyi, labne pendiri, tez-tez yumşaq toxuması və yu

arrow Ətraflı
40 qramdan artıq spirt qəbulu qaraciyərin "evini yıxır" like
  • 21 Sen 03:03  
Digərləri 40 qramdan artıq spirt qəbulu qaraciyərin "evini yıxır"

Qaraciyərin piylənməsi (yağlı hepatoz) getdikcə daha çox yayılaraq sağl

arrow Ətraflı
Qırmızı çuğundurun faydaları nələrdir? like
  • 21 Sen 02:02  
Digərləri Qırmızı çuğundurun faydaları nələrdir?

Qırmızı çuğundur həm qida dəyəri, həm də sağlamlığa verdiyi faydala

arrow Ətraflı
Övladı olmayan kişilərin nəzərinə  Androloq dərmansız müalicəni açıqladı like
  • 21 Sen 01:01  
Digərləri Övladı olmayan kişilərin nəzərinə Androloq dərmansız müalicəni açıqladı

Androloq sonsuzluqdan əziyyət çəkən kişilər üçün təbii müalicə üsu

arrow Ətraflı
Ebru Gündeş makiyajsız halda yaxalandı  reaksiyası gündəm oldu like
  • 21 Sen 00:41  
Şou-biznes Ebru Gündeş makiyajsız halda yaxalandı reaksiyası gündəm oldu

Türk musiqisinin sevilən səsi Ebru Gündeş hava limanında makiyajsız halda

arrow Ətraflı
İnfarkta qarşı təbii qalxan: Xolesterolu tənzimləyir, ürəkdamar xəstəliklərini 30% azaldır like
  • 21 Sen 00:25  
Digərləri İnfarkta qarşı təbii qalxan: Xolesterolu tənzimləyir, ürəkdamar xəstəliklərini 30% azaldır

Yaşıl və qara növləri ilə süfrələrdə tez-tez yer alan zeytun, ürək s

arrow Ətraflı
160 minlik çəkələkləri müzakirə yaratdı like
  • 21 Sen 00:13  
Şou-biznes 160 minlik çəkələkləri müzakirə yaratdı

Türk pop musiqisinin tanınmış siması Ebru Yaşar bu dəfə səhnə performa

arrow Ətraflı
Günün qoroskopu: İşdə uğur qazanacaqsınız, eşqdə yox... like
  • 21 Sen 00:01  
Digərləri Günün qoroskopu: İşdə uğur qazanacaqsınız, eşqdə yox...

Son.az 21 sentyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Paşinyan yenidən sədr seçildi like
  • 20 Sen 23:58  
Digərləri Paşinyan yenidən sədr seçildi

Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Vətəndaş

arrow Ətraflı
Xocalıda evə ildırım düşdü  yanğın başladı like
  • 20 Sen 23:53  
Digərləri Xocalıda evə ildırım düşdü yanğın başladı

Xocalıda yaşayış evinə ildırım düşüb.

arrow Ətraflı
ChatGPTnin evliliyə təsiri: Cütlüklər boşanır like
  • 20 Sen 23:42  
Digərləri ChatGPTnin evliliyə təsiri: Cütlüklər boşanır

Süni intellekt söhbət botlarının həyatın hər sahəsinə daxil olması ro

arrow Ətraflı
Qocalar evində qalır  Kim olduğunu öyrənənlər dəhşətə gəlir like
  • 20 Sen 23:27  
Şou-biznes Qocalar evində qalır Kim olduğunu öyrənənlər dəhşətə gəlir

"Ruhsar"ın Gözüm Ablası Tuluğ Çizgenin son hali pərəstişkarla

arrow Ətraflı
AZTVnin keçmiş sədri vəfat etdi like
  • 20 Sen 22:59  
Digərləri AZTVnin keçmiş sədri vəfat etdi

AZTV-nin keçmiş sədri Məmməd Murad vəfat edib.

arrow Ətraflı