"Zəfər və Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi"


Siyasət 26 Avq 2025 15:34:00 67 0

"Zəfər və Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.

Bu xəbəri də oxu: Cənubi Qafqaza illüziya yox,

Son.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır", - o qeyd edib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir:

" Səfər çərçivəsində imzalanmış tarixi sənədlər bir tərəfdən Azərbaycan-Amerika münasibətlərinin yeni inkişaf mərhələsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, digər tərəfdən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin təməlini qoymaqla Azərbaycan və region üçün son dərəcə taleyüklü məsələlərin həllinə xidmət edir".

"8 noyabrdan sonra 8 avqustda növbəti tarixi hadisəyə bütün dünya və biz şahidlik etdik: "Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkəmizin uzun, çətin, amma şərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının hədəflərinə nail olması ilə əlamətdar oldu.

Bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin, yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir. Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır.

Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür. Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.

Azərbaycanlı aparıcı ilk dəfə hindistanlı əri ilə FOTOsunu yaydı like
  • 26 Avq 15:25  
Şou-biznes Azərbaycanlı aparıcı ilk dəfə hindistanlı əri ilə FOTOsunu yaydı

ABŞ-də yaşayan aparıcı Günel Musəvi həyat yoldaşı ilə görrüntüsün

arrow Ətraflı
Xəzər sahilindəki oazisə dəvət – Bakıda hər biriniz üçün unudulmaz bir macəra – VİDEO like
  • 26 Avq 15:23  
Kriminal Xəzər sahilindəki oazisə dəvət – Bakıda hər biriniz üçün unudulmaz bir macəra – VİDEO

5-7 sentyabr tarixlərində Bakıda ilin ən gözlənilən rəqs hadisələrind�

arrow Ətraflı
Namiq Qaraçuxurlu bahalı avtomobili ilə DİQQƏT ÇƏKDİ like
  • 26 Avq 14:43  
Şou-biznes Namiq Qaraçuxurlu bahalı avtomobili ilə DİQQƏT ÇƏKDİ

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yeni görüntüləri ilə gündəmə g

arrow Ətraflı
Bakıda müəmmalı ÖLÜM: ailəsi meyitini görün harada TAPDI like
  • 26 Avq 14:42  
Digərləri Bakıda müəmmalı ÖLÜM: ailəsi meyitini görün harada TAPDI

Bakıda kişi yaşadığı evdə ölü halda tapılıb.

arrow Ətraflı
BŞİHdə  geniş müşavirə keçirildi  Eldar Əzizov tapşırıqlar verdi like
  • 26 Avq 14:34  
Digərləri BŞİHdə geniş müşavirə keçirildi Eldar Əzizov tapşırıqlar verdi

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat

arrow Ətraflı
Markov Rusiyanı tərk edəcək? like
  • 26 Avq 14:33  
Digərləri Markov Rusiyanı tərk edəcək?

Rusiyalı politoloq Sergey Markov ölkəni tərk etməyi düşünmədiyini açı

arrow Ətraflı
Zaur Baxşəliyevin ailəsində xoş GÜN like
  • 26 Avq 14:25  
Şou-biznes Zaur Baxşəliyevin ailəsində xoş GÜN

Aparıcı Zaur Baxşəliyev ailəsində sevincli anları izləyiciləri bölüş

arrow Ətraflı
Trampdan ABŞ bayrağı ilə bağlı like
  • 26 Avq 14:16  
Dünya Trampdan ABŞ bayrağı ilə bağlı

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin siyasi ifadə azadlığı ilə b

arrow Ətraflı
600dən yuxarı bal yığan 127 şagird bu universiteti SEÇİB like
  • 26 Avq 13:50  
Digərləri 600dən yuxarı bal yığan 127 şagird bu universiteti SEÇİB

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən, 2025/2026-c�

arrow Ətraflı
Tofiq Xanəliyevə cinayət işi açıldı  FOTO like
  • 26 Avq 13:49  
Kriminal Tofiq Xanəliyevə cinayət işi açıldı FOTO

"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin

arrow Ətraflı
Epik miras və onun öyrənilməsinə müasir yanaşma: mif və reallıq  YUNUS OĞUZ yazır like
  • 26 Avq 13:43  
Digərləri Epik miras və onun öyrənilməsinə müasir yanaşma: mif və reallıq YUNUS OĞUZ yazır

Hər bir xalqın tarixində, onun  tarixinin öyrənilməsində, keçmişinə

arrow Ətraflı
Pakistanda 10 gün ərzində 400 nəfər öldü, like
  • 26 Avq 13:38  
Dünya Pakistanda 10 gün ərzində 400 nəfər öldü,

Pakistanda son 10 gündə leysan yağışlar və daşqınlar nəticəsində 400-

arrow Ətraflı
Azərbaycanda körpə evdə like
  • 26 Avq 13:37  
Digərləri Azərbaycanda körpə evdə

Quba rayonunun Qalayxudat kəndi ərazisində 40 həftəlik hamilənin doğuş p

arrow Ətraflı
Renka məşhur trendə qoşulmaq istədi, BİABIR OLDU like
  • 26 Avq 13:26  
Şou-biznes Renka məşhur trendə qoşulmaq istədi, BİABIR OLDU

Rəqqasə Rəna Ağamuradova (Renka) da məşhur trendə qoşulmaq istəyib.

arrow Ətraflı
Dişlərdəki sarı ləkələr bu xəstəliklərin əlamətidir  Diqqət like
  • 26 Avq 13:15  
Digərləri Dişlərdəki sarı ləkələr bu xəstəliklərin əlamətidir Diqqət

Dişlərdəki sarı ləkələr müxtəlif səbəblərdən ortaya çıxa bilər v

arrow Ətraflı