Tofiq Xanəliyevə cinayət işi açıldı FOTO
Kriminal 26 Avq 2025 13:49:00 49 0
"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri, "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb.
Bu xəbəri də oxu: DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, T.Xanəliyev 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Sözügedən cəmiyyətin əsas məqsədi tələbə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olub. Təqsirləndirilən şəxs idman tədbirləri və yarışlar üçün ayrılmış pulları şəxsi mənafeyinə sərf edib.
O, Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Mənimsəmə cinayətində istintaq orqanının əsas məqsədi dəymiş ziyanın ödənilməsidir. Bu işlə bağlı da 70 min manatlıq ziyanın 40 mini ibtidai istintaq vaxtı ödətdirilib.
64 yaşlı sabiq sədr hazırda həbsdə deyil. Onun barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Verilmiş ittihamın sanksiya həddində 10 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin ziyanın tam ödənilməsi yumşaldıcı hal hesab edilir.
Cinayət işi yaxında Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Hər bir xalqın tarixində, onun tarixinin öyrənilməsində, keçmişinə

Pakistanda son 10 gündə leysan yağışlar və daşqınlar nəticəsində 400-

Quba rayonunun Qalayxudat kəndi ərazisində 40 həftəlik hamilənin doğuş p

Rəqqasə Rəna Ağamuradova (Renka) da məşhur trendə qoşulmaq istəyib.

Dişlərdəki sarı ləkələr müxtəlif səbəblərdən ortaya çıxa bilər v

8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsi sadəcə növbəti diplomatik a

Diyarbəkirin Yenişehir rayonunda iki qrup arasında atışma baş verib.

"TikTok" süni intellektə (AI) daha çox sərmayə yatıraraq məzmun

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə münasibətl

Azərbaycanda avqustun 27-də bəzi yerlərdə yağış yağacağı gözlənilir

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov MDB-

Türkiyəli məşhur aktrisa Bestemsu Özdemir toyu baş tutub.

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayev
