Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olub FOTO
Digərləri 26 Avq 2025 12:09:00 51 0
Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani ilə birgə 21-22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinə səfər edib.
Bu xəbəri də oxu: Bu həftə böyük pullar qazanacaq BÜRCLƏR
Əvvəlcə Şuşa şəhərində olan qonaqlar Heydər Məmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər tarixi-mədəni abidələri ziyarət ediblər. Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkar təbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb. Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir irs nümunəsi kimi dəyərləndiriblər.
Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib və Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.
Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyata keçirilən elmi-tədris prosesi, akademik mühit və inkişaf perspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri Universitetin müasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksək qiymətləndirib, burada formalaşan təhsil mühitinin regionun intellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə də gələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbət yanaşıblar.
Türkiyəli məşhur aktrisa Bestemsu Özdemir toyu baş tutub.

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayev

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplara aid �

"Sədərək" Ticarət Mərkəzi ərazisində yanğın hadisəsi ilə b

Artıq yay tətilinin bitməsinə sayılı günlər qalır. Tətilin bitməsi h�

Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Cumakənd kəndində 11 yaşlı R

Ankarada yaşayan 51 yaşlı Mövlude Yıldızeli adlı qadın 2022-ci ildə qə

Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararl�

Avqustun 25-dən etibarən ulduzlar bəzi bürclərin həyatına sevgi, harmoniy

"Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Depart

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları arxiv görüntülərini ya

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Ni
