On minlərlə tələbə Bakıya gəlir Metroda hərəkət qrafiki dəyişəcək?
Digərləri 26 Avq 2025 11:15:00 64 0
Artıq yay tətilinin bitməsinə sayılı günlər qalır. Tətilin bitməsi həmçinin rayonlarda yaşayan tələbələrin də yenidən şəhərə qayıtması və sərnişin sıxlığının artması deməkdir. Ali məktəblərin əksəriyyətinin paytaxtda yerləşməsi buraya hər il on minlərlər yeni tələbənin gəlişi deməkdir. On minlərlə tələbənin Bakıya üz tutması digər ictimai nəqliyyat vasitələrində olduğu kimi metroda da sıxlığa səbəb olur.
Bu xəbəri də oxu: Telefon danışıqlarını uzaqdan dinləmənin
Bəs Bakı Metropoliteni yeni tədris ilinə hazırdırmı?
Trend-in sorğusuna cavab olaraq Bakı Metropolitenindən bildirilib ki, metropolitendə yeni tədris mövsümünün başlanması ilə əlaqədar hazrlıq işləri planlaşdırılmış qaydada davam etdirilir:
"İctimaiyyətə cari ilin may ayında verilmiş məlumata əsasən, Bakı metropolitenində 2009-cu ildən sonra ilk dəfə intervalların azaldılmasına nail olunub. Sıxlığın qismən tənzimlənməsi, sərnişin məmnunluğunun daha da artırılması baxımından bu addımlar müsbət nəticə verib. Hazırda qatarların hərəkət qrafikinin payız-qış mövsümünə uyğun qurulması ilə bağlı işlər yekun mərhələsindədir.
Bununla yanaşı, yeni mövsümdə müxtəlif qurum, müəssisə və təşkilatların iş rejimi ilə bağlı məlumatların toplanması və emal edilməsi, paytaxtın mobillik planlarında, digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün dəyişikliklər də diqqətdə saxlanılır".
Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Cumakənd kəndində 11 yaşlı R

Ankarada yaşayan 51 yaşlı Mövlude Yıldızeli adlı qadın 2022-ci ildə qə

Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararl�

Avqustun 25-dən etibarən ulduzlar bəzi bürclərin həyatına sevgi, harmoniy

"Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Depart

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları arxiv görüntülərini ya

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Ni

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan

Bəzi bürclərin həyatında yaxın günlərdə maliyyə baxımından böyük d
