Bir zamanlar şahzadəni təmsil edən vəkil idi indi zibil qutularından EŞƏLƏNİR
Dünya 24 Avq 2025 14:33:00 49 0
Bir zamanlar Almaniyanın ən nüfuzlu media hüquqşünaslarından biri olan Klaus Rebok indi Yunanıstanın kiçik Platariya qəsəbəsində çimərlikdə yaşayır.
Bu xəbəri də oxu: ABŞ Kiyevə minlərlə uzaqmənzilli raket satacaq
Son.az bu barədə BILD-ə istinadla xəbər verir.
Bildirilir ki, bu yaxınlarda 63 yaşını qeyd edən tanınmış vəkilin həyatı dramatik şəkildə dəyişib.
Rebok karyerası zirvədə olarkən Almaniyada tanınmış "Burda" nəşriyyat evi ilə sıx əməkdaşlıq edib. Onun müştəri siyahısında Bundestaqın Xristian-Sosial İttifaq (XSS) partiyasından olan sabiq deputatı Qabriele Paulini, məşhur televiziya aparıcısı Florian Zilberayzen olub və hətta Monako şahzadəsi Karolina kimi yüksək profilli şəxsləri məhkəmədə təmsil edib. Hüquq sahəsində 30 ildən çox təcrübəsi olan Rebok mətbuat və şəxsi həyat toxunulmazlığı məsələlərində Almaniyanın ən hörmətli ekspertlərindən biri sayılıb.
Lakin 2017-ci ildə başlayan şəxsi faciələr silsiləsi onun həyatını alt-üst edib. Əvvəlcə nikahı pozulub, ardınca qızı ilə bağlı ağır qəyyumluq mübahisələri başlayıb. Bu çətin dövrdə ən yaxın dayağı olan xalasını da itirib. Rebok bu itkiləri "həyatımın dönüş nöqtəsi" adlandırır.
"Bütün bu hadisələr məni dərindən sarsıtdı. Bir gün anladım ki, artıq əvvəlki həyatımı davam etdirə bilmərəm", - deyə Rebok bir yerli jurnalistə açıqlamasında bildirib.
"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqla

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Biz təhlükəsizlik və sülh şəraitində yaşamaq üçün kifayət qədər g

Litvanın hüquq-mühafizə orqanları Kaunasda yerləşən şirkətin 11 əmək

Türkiyə hakimiyyəti məşhur turizm bölgəsi Kapadokiyada bayraq dirəyinin

Paytaxt Bakının məşhur istirahət məkanlarının birində qeydə alınan g�

İranın paytaxtı Tehranın şimalındakı fay xətti Rixter cədvəli üzrə 7

"Netflix"in məşhur "Emily in Paris" serialının 5-ci möv

Astroloqların proqnozlarına görə yaxın günlərdə bəzi bürclərin maliyy

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək"

Vanqanın 2026-cı il üçün proqnozları planetin əhəmiyyətli hissəsinə t

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

Qalaktikada ən diqqətçəkən göy cisimlərindən biri - "Tanrının əl
