Səmada “Tanrının əli” GÖRÜNDÜ
Digərləri 24 Avq 2025 12:10:00 54 0
Qalaktikada ən diqqətçəkən göy cisimlərindən biri - "Tanrının əli" kimi tanınan rəngli ulduz topası yenidən diqqət mərkəzinə düşüb.
Bu xəbəri də oxu: İstefa verməsə, qovacağam! Tramp
Son.az xəbər verir ki, alimlər sürətlə fırlanan ölü ulduz nüvəsindən ibarət olan bu topanın qalaktikanın ən güclü elektromaqnit dalğasından biri olduğunu bildirirlər. SİRR DƏRİNLƏŞİR 15 il əvvəl NASA-nın Çandra X-şüaları Rəsədxanası tərəfindən çəkilmiş MSH 15-52 adlı bu ulduz topası Avstraliya Teleskop Kompakt Massivindən alınan radio məlumatlarından istifadə etməklə yenidən tədqiq edilib. Ancaq rentgen və radio dalğaları birləşdirildikdə, işığın müxtəlif dalğa uzunluqlarında bəzi detalların uyğun gəlmədiyi görüldü.
Tədqiqatçılar hesab edirlər ki, bu analizlər kosmik şüaların necə əmələ gəldiyini anlamağa da kömək edə bilər. Amma elm adamları, xüsusən də radio dalğaların gözləniləndən çox daha geniş əraziyə niyə yayıldığını hələ izah edə bilməyiblər.
Mütəxəssislər hesab edirlər ki, bu sirri həll etmək üçün daha təkmil kompüter simulyasiyalarına ehtiyac var. 17.000 işıq ili uzaqlıqdakı Sirkinus bürcündə yerləşən bu topanın qeyri-adi forması ona "Tanrının əli" adı qazandırıb. Kiçik ölçüsünə baxmayaraq, inanılmaz dərəcədə güclüdür: saniyədə yeddi dəfə fırlanır və onun maqnit sahəsi Yerdə indiyə qədər qurulmuş ən güclü maqnitdən təxminən 30 milyon dəfə güclüdür. //Bizim.Media
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi abituriyentlərə və onların val

Ağ Ev Moskvanı sülh danışıqlarına başlamağa inandırmaq üçün bir ne�

Tanınmış keçmiş model Diana Əhədpurun sosial şəbəkədə maraqlı gö

ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı yenidən fəallaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü mü

Lənkəranda 45 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin A

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixano

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qayta

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın le

"Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı
