"İxtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah elan olunacaq" Ekspertdən AÇIQLAMA
Digərləri 22 Avq 2025 18:43:00 61 0
"Əvvəlki illərin təcrübəsinə dayanaraq deyə bilərəm ki, ixtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah üçün Dövlət İmtahan Mərkəzi nəticələri elan edər. Ümumiyyətlə, əvvəlki illərdə də həmişə iki və yaxud da üç günə nəticələr elan olunurdu".
Bu xəbəri də oxu: Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ixtisas seçiminin nəticələrinin açıqlanacağı vaxtdan danışarkən bildirdi.
"Ümumi vəziyyətə gəldikdə, hesab edirəm ki, bu il müsabiqədən keçən abituriyentlərin hardasa bir qismi ixtisas seçimində xəta, səhv etdiyinə görə kəsiləcək. Xüsusilə də bu üçüncü qrupda böyük bir rəqəm əhatə edəcək. Üçüncü ixtisas qrupunda müsabiqə şərtlərini ödəyən, lakin ixtisas seçimində düzgün kodlaşdırmayan abituriyentlərdə ciddi problemlər meydana gələcək və ixtisas seçimin düzgün aparılmaması onların qəbul olmasına problem yaradacaq. Abituriyentlər əvvəlki illərin keçid balları ilə ixtisas seçimi ediblərsə, bu da böyük bir xətadır. Bu il 50-60 bal ətrafında qalxacaq. Bu, xüsusilə də üçüncü qrupda orta ballarda həm Azərbaycan bölməsi, həm də rus bölməsinə aiddir. Səhv eləmirəmsə, 84 min abituriyent ixtisas seçimi edib. Plan yeri isə 46 min ətrafındadır".
Ekspertin fikrincə, yarıdan çox abituriyent müsabiqə şərtini ödəyə və qəbul ola bilməyəcək.
"Birinci ixtisas qrupunda vəziyyət nisbətən yaxşıdır. İxtisas seçimi edən abituriyentlərin böyük əksəriyyəti qəbul olacaq. Sadəcə blok imtahanında 100 baldan aşağı nəticə göstərənlərdə müsabiqə gərgin olacaq, qalanlarda problem yoxdur. İxtisaslara görə ballar 30-70 bal arasında dəyişəcək, bəzi yerlərdə isə 70-80 bal ətrafında qalxacaq. İkinci ixtisas qrupunda ballar 5-20 bal arası artacaq. Xüsusilə dövlət sifarişli yerlərdə balların 30-40 bal ətrafında yüksəlməsi müşahidə olunacaq. Bu artım dövlət sifarişli ixtisaslarda azalmalarla əlaqədardır. Üçüncü ixtisas qrupunda ballar 50-60 bal ətrafında qalxacaq. Hüquq ixtisaslarında artım minimal olacaq, orta ixtisaslarda isə balların yüksəlməsi qaçılmazdır. Xüsusilə pedaqoji və ödənişli ixtisaslarda balların artımı gözlənilir".
Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qas

Rusiya Ədliyyə Nazirliyi dörd nəfəri və iki təşkilatı xarici agentlər

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,3 bal gücündə z�

Türkiyəli reper BLOK3 (Hakan Aydın) konsertlərinə helikopterlə getməsi v�

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu

Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yar

Aktyor və aparıcı Sərxan Kərəmoğlu tanınmış aktrisa ilə sosial şəb�

Rusiyanın təcavüzkar dövləti olduğu qeyd edilən Nоvорossiysk yaxınlı

Vaşinqton Rusiya-Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı

Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşl

Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyya

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanma
