Beş elit rusiyalı dalğıc QURun dəniz dronunu sudan çıxarmağa çalışdı və…
Dünya 22 Avq 2025 17:48:00 61 0
Rusiyanın təcavüzkar dövləti olduğu qeyd edilən Nоvорossiysk yaxınlığında, Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin elit bölməsinə məxsus beş dalğıc Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QUR) məxsus dəniz dronu tərəfindən məhv edilib.
Bu xəbəri də oxu: "Sən, yaxşı qaralmısan?"
Son.az xəbər verir ki, bu barədə 22 avqustda QUR Telegram-da məlumat yayıb.
"Müxtəlif zərbə dəniz dronlarından biri Novorossiysk buxtasına doğru irəlilədi, burada təcavüzkar dövlət Rusiya Qara dəniz donanmasının qalan iri gəmilərini saxlayır. Elektron mübarizə vasitələrinin təsiri nəticəsində dəniz dronu idarəetmə mərkəzi ilə əlaqəni itirdi və sürüklənməyə başladı", - məlumatda bildirilir.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya komandanlığı dronun araşdırma məqsədilə sudan çıxarılmasını əmr edib.
"Tapşırığı yerinə yetirmək üçün Rusiya Hərbi Dəniz Donanmasının "PDSS" (Sualtı Diversiya Qüvvələri və Vasitələri) adlanan bölməsindən beş elit dalğıc-kəşfiyyatçı göndərildi. \[...] Ukrayna dəniz dronu ilə manipulyasiya zamanı o partladı - nəticədə beş elit rusiyalı dalğıc-diversant məhv edildi", - deyə QUR qeyd edib.
Vaşinqton Rusiya-Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı

Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşl

Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyya

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanma

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkm�

Əməkdar artist Bəyimxanım Vəliyeva həyat yoldaşı ilə bağlı paylaşım

Bir neçə dəqiqə öncə Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükü

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prez

Bizim bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşl�

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub.
