Prezident İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib FOTO


Siyasət 18 Avq 2025 15:56:00 80 0

Prezident İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.

Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövrdə - ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğuladı.

Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gələcəkdə də ölkəmizdə fəal işləyəcəklərinə ümidvarlığını ifadə etdi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğuladı. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırladı.

İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd etdi ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.

Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğuladı.

"Osvejitel"dən zəhərləndi, öldü like
  • 18 Avq 15:53  
Dünya "Osvejitel"dən zəhərləndi, öldü

Hava təravətləndiricisindən zəhərlənən yeniyetmə ölüb.

arrow Ətraflı
Bakıdakı bu məşhur mağaza insanları aldadırmış? like
  • 18 Avq 15:48  
Digərləri Bakıdakı bu məşhur mağaza insanları aldadırmış?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı

arrow Ətraflı
Yasamalda əməliyyat keçirildi  İki qardaş saxlanıldı like
  • 18 Avq 15:43  
Digərləri Yasamalda əməliyyat keçirildi İki qardaş saxlanıldı

Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən na

arrow Ətraflı
Həftənin astroloji proqnozu: Yeni ay, çətin dərəcələr və edilməməli olanlar like
  • 18 Avq 15:42  
Digərləri Həftənin astroloji proqnozu: Yeni ay, çətin dərəcələr və edilməməli olanlar

Avqustun 18-dən 24-dək olan yeni həftə bizə retrograd Merkürün son günü

arrow Ətraflı
Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək like
  • 18 Avq 15:35  
Siyasət Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi s

arrow Ətraflı
Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb  ARAŞDIRMA like
  • 18 Avq 15:23  
Digərləri Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb ARAŞDIRMA

Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul plan�

arrow Ətraflı
Rusiya Odessada SOCARın neft bazasına qəsdən hücum edib  Zelenski like
  • 18 Avq 15:22  
Digərləri Rusiya Odessada SOCARın neft bazasına qəsdən hücum edib Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasın

arrow Ətraflı
Təşvişə düşməyin  MN məlumat yaydı like
  • 18 Avq 15:19  
Digərləri Təşvişə düşməyin MN məlumat yaydı

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv edil�

arrow Ətraflı
“Yeni Klinika”da 5 saatdır xəstəyə baxan yoxdur  ŞİKAYƏT like
  • 18 Avq 15:17  
Digərləri “Yeni Klinika”da 5 saatdır xəstəyə baxan yoxdur ŞİKAYƏT

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, göz

arrow Ətraflı
Həbsdə olan azərbaycanlı müğənninin cəzası artılırdı like
  • 18 Avq 15:17  
Şou-biznes Həbsdə olan azərbaycanlı müğənninin cəzası artılırdı

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

arrow Ətraflı
Sizi yolda qoya biləcək maşın modelləri  Ustadan çıxmayan avtomobillər  SİYAHI like
  • 18 Avq 15:00  
Digərləri Sizi yolda qoya biləcək maşın modelləri Ustadan çıxmayan avtomobillər SİYAHI

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sah

arrow Ətraflı
İlqar Mustafayevin ittihamları bir günə sığmadı like
  • 18 Avq 14:53  
Digərləri İlqar Mustafayevin ittihamları bir günə sığmadı

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

arrow Ətraflı
“Rabitəbank” cərimələndi like
  • 18 Avq 14:52  
Digərləri “Rabitəbank” cərimələndi

Mərkəzi Bank "Rabitəbank" ı cərimələyib.

arrow Ətraflı
İtaət və hakimiyyət: siyasi loyalıq necə silaha çevrilir like
  • 18 Avq 14:44  
Siyasət İtaət və hakimiyyət: siyasi loyalıq necə silaha çevrilir

Dövlətçilik tarixində itaət heç vaxt sadəcə intizam və ya etik çərçi

arrow Ətraflı
Paytaxtda torpaq bazarı alovlanır  Ən bahalı rayonlar  CƏDVƏL like
  • 18 Avq 14:40  
Digərləri Paytaxtda torpaq bazarı alovlanır Ən bahalı rayonlar CƏDVƏL

Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q

arrow Ətraflı