Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək


Siyasət 18 Avq 2025 15:35:00 76 0

Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi səfər edəcək. İran xarici işlər nazirinin müavini Səid Xətibzadə türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşdə bu barədə məlumat verib.

O, İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının 9-cu iclasının keçiriləcəyini xatırladıb və Ərdoğanın Tehrana planlaşdırılan səfərinin iki ölkə münasibətləri baxımından vacib əhəmiyyət daşıdığını bildirib.

Səfər Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfi görüşündən sonraya təsadüf edir.

Görüşdə Azərbaycanla bağlı məsələlərin də müzakirə edilib-edilməyəcəyi diqqətçəkən nüansdır.

Son.az xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, Ərdoğanın İran səfərində Azərbaycanla bağlı məsələlər də müzakirə olunacaq:

"Türkiyə dünyanın əsas ölkələrindən biridir. Onun liderinin xarici ölkələrə səfəri böyük maraq doğrur. Cənab Ərdoğanın İrana səfəri iki ölkə arasındakı münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlərin müzakirəsinə həsr ediləcək. Bu baxımdan görüşdə Azərbaycana da aid olan məsələlərin müzakirəsi gözlənilir. Son dövrlərdə İranla Azərbaycan arasında münasibətlərin istiləşməsi, Zəngəzur dəhlizi məsələsinin müzakirəsi də görüşün gündəliyində tamamilə mövcuddur. Çünki Zəngəzur dəhlizi yalnız Azərbaycanla Ermənistana aid yox, ümumilikdə dünyanın işə düşməsini gözlədiyi böyük layihədir. Bu Asiya ilə Avropa arasında yükdaşımanı qısaldacaq və daha sərfəli edəcək. Buradan hər bir ölkə, o cümlədən qonşu dövlətlər faydalanacaq. İranın özü də bu marşuruta qoşulmaqla dünyaya əlavə çıxış əldə edəcək".

Parlamentari vurğulayıb ki, Türkiyə, Azərbaycan və İran tarixi qonşulardır və bu qonşuluq münasibətləri daim yüksək səviyyədə olmalı, əməkdaşlıq daim genişlənməli, onun yeni formaları axtarılmalıdır:

"Həm ikitərəfli, həm də üçtərəfli münasibətlərdə regionda və beynəlxalq miqyasda təhlükəsizliyin təmin edilməsinə birgə töhfə verilməsi olduqca vacib olan məsələdir. İnanıram ki, Türkiyə liderinin İrana səfəri həm ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatmasına, eyni zamanda regional və beynəlxalq məsələlərə konstruktiv mövqeyin ortaya qoyulmasına səbəb olacaq".

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb  ARAŞDIRMA like
  • 18 Avq 15:23  
Digərləri Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb ARAŞDIRMA

Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul plan�

arrow Ətraflı
Rusiya Odessada SOCARın neft bazasına qəsdən hücum edib  Zelenski like
  • 18 Avq 15:22  
Digərləri Rusiya Odessada SOCARın neft bazasına qəsdən hücum edib Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasın

arrow Ətraflı
Təşvişə düşməyin  MN məlumat yaydı like
  • 18 Avq 15:19  
Digərləri Təşvişə düşməyin MN məlumat yaydı

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv edil�

arrow Ətraflı
“Yeni Klinika”da 5 saatdır xəstəyə baxan yoxdur  ŞİKAYƏT like
  • 18 Avq 15:17  
Digərləri “Yeni Klinika”da 5 saatdır xəstəyə baxan yoxdur ŞİKAYƏT

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, göz

arrow Ətraflı
Həbsdə olan azərbaycanlı müğənninin cəzası artılırdı like
  • 18 Avq 15:17  
Şou-biznes Həbsdə olan azərbaycanlı müğənninin cəzası artılırdı

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

arrow Ətraflı
Sizi yolda qoya biləcək maşın modelləri  Ustadan çıxmayan avtomobillər  SİYAHI like
  • 18 Avq 15:00  
Digərləri Sizi yolda qoya biləcək maşın modelləri Ustadan çıxmayan avtomobillər SİYAHI

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sah

arrow Ətraflı
İlqar Mustafayevin ittihamları bir günə sığmadı like
  • 18 Avq 14:53  
Digərləri İlqar Mustafayevin ittihamları bir günə sığmadı

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

arrow Ətraflı
“Rabitəbank” cərimələndi like
  • 18 Avq 14:52  
Digərləri “Rabitəbank” cərimələndi

Mərkəzi Bank "Rabitəbank" ı cərimələyib.

arrow Ətraflı
İtaət və hakimiyyət: siyasi loyalıq necə silaha çevrilir like
  • 18 Avq 14:44  
Siyasət İtaət və hakimiyyət: siyasi loyalıq necə silaha çevrilir

Dövlətçilik tarixində itaət heç vaxt sadəcə intizam və ya etik çərçi

arrow Ətraflı
Paytaxtda torpaq bazarı alovlanır  Ən bahalı rayonlar  CƏDVƏL like
  • 18 Avq 14:40  
Digərləri Paytaxtda torpaq bazarı alovlanır Ən bahalı rayonlar CƏDVƏL

Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q

arrow Ətraflı
Sabah dənizdə hava necə olacaq? like
  • 18 Avq 14:39  
Digərləri Sabah dənizdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Peskovun qızı istirahət görüntülərini paylaşdı  FOTO like
  • 18 Avq 14:30  
Digərləri Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

Dmitri Peskovun qızı Elizaveta Peskova sosial şəbəkədə yay görüntülər

arrow Ətraflı
Çin maşınlarının kəskin ucuzlaşma səbəbi bilindi  Ekspert AÇIQLADI like
  • 18 Avq 14:16  
Digərləri Çin maşınlarının kəskin ucuzlaşma səbəbi bilindi Ekspert AÇIQLADI

Azərbaycanda avtomobil bazarında Çin markalarına maraq artmaqda davam edir.

arrow Ətraflı
Türkiyəli müğənni vəfat etdi like
  • 18 Avq 14:02  
Şou-biznes Türkiyəli müğənni vəfat etdi

Türk musiqisinin məşhur simalarından olan Banu Kırbağ vəfat edib.

arrow Ətraflı