Okeanın o tayında yazılan tarix Qalib ölkənin daha bir zəfəri
Siyasət 10 Avq 2025 21:15:00 87 0
Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri beynəlxalq diplomatiya tarixində xüsusi yer tutan, ölkəmizin xarici siyasətində dönüş nöqtəsi olan möhtəşəm hadisə kimi qiymətləndirilməlidir. İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biri kimi yadda qalacaq, onun siyasi iradəsinin və diplomatik ustalığının dünyaya örnək göstəricisi olacaq.
Bu xəbəri də oxu: Bəhruz Quliyev : "İlham Əliyev ABŞda növbəti tarixi qələbəsini qazandı"
Bu səfər uzun illər davam edən təzyiq və sanksiya kampaniyalarının tam iflasını nümayiş etdirərək Azərbaycan dövlətinin qətiyyətini, müstəqilliyini və strateji gücünü bütün dünyaya bir daha sübut etdi. Prezident İlham Əliyevin diplomatik ustalığı, prinsipiallığı və liderlik keyfiyyətləri bu səfərin hər anında özünü göstərib. O, siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada aparılan qaralama kampaniyalarına baxmayaraq, qətiyyətli mövqeyindən bir addım belə geri çəkilməyib. İlham Əliyev əsl liderə xas olan möhkəm iradə və prinsipiallıq nümayiş etdirərək Azərbaycanın milli maraqlarını maksimum səviyyədə müdafiə edib, ölkəmizin səsini və mövqeyini beynəlxalq səviyyədə qətiyyətlə və uğurla çatdırıb.
Bu səfər Azərbaycan üçün təkcə diplomatik görüşlərdən ibarət olmayıb, həm də ölkəmizin beynəlxalq nüfuzunun artması, strateji tərəfdaşlıqların dərinləşməsi və regionda sülhün möhkəmlənməsi üçün əvəzsiz fürsət oldu. İlham Əliyev beynəlxalq siyasətdə özünü əsl qalib kimi təqdim edib, uzun müddət Azərbaycan üzərində güc tətbiq etmək istəyən siyasi dairələri ifşa edib və onların planlarını tamamilə alt-üst edib.
Dünənə qədər Azərbaycanla dialoqda təzyiq və şərt dili işlədən dövlətlər, bu gün reallığı qəbul etməyə məcbur qaldılar. Bu, sadəcə diplomatik qələbə deyil, həm də regiona sülh gətirən, davamlı sabitliyin əsasını qoyan böyük tarixi nailiyyətdir. İlham Əliyevin siyasi strategiyası və diplomatik müdrikliyi Azərbaycanı beynəlxalq siyasətin aparıcı oyunçularından birinə çevirdi, ölkəmizin güc və etibarını əhəmiyyətli dərəcədə artırdı.
Bu səfər Prezident İlham Əliyevin qlobal arenada nüfuzunun, siyasi çəkisinin və strateji baxışının parlaq göstəricisidir. O, ölkəmizin maraqlarını qorumaqla yanaşı, regionda sülh və təhlükəsizliyin təmin olunmasında lider rolunu da müvəffəqiyyətlə yerinə yetirdi. Bu uğurlar Azərbaycan diplomatiyasının gücünü göstərir və ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin ABŞ səfəri bütün dünyaya Azərbaycanın möhkəm, qətiyyətli və uğurlu siyasət yürüdən, qarşısına qoyduğu məqsədlərə dönməz əzmlə çatmaqda davam edən bir dövlət olduğunu nümayiş etdirdi. Bu tarixi səfər Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, strateji tərəfdaşların gücləndirilməsi və gələcəkdə yeni uğurların qazanılması üçün əvəzsiz bir mərhələ oldu.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və strateji diplomatiyası regionda təhlükəsizliyin təmin olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması baxımından dönüş nöqtəsidir. Bu mövqe yalnız daxili siyasətdə deyil, beynəlxalq səviyyədə də Azərbaycanı etibarlı və nüfuzlu tərəfdaş kimi göstərir. Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycan öz maraqlarını qorumaqla yanaşı, regionda davamlı sülh və inkişaf üçün də güclü zəmin yaradır.
İlham Əliyevin ABŞ-yə səfəri yalnız diplomatik görüşlərdən ibarət deyildi; bu, Azərbaycanın beynəlxalq siyasətdə öz mövqeyini gücləndirməsi, xarici təzyiqlərə qarşı möhkəm durması və regionda sülhün bərqərar olması istiqamətində strateji addım idi. Bu səfər Azərbaycanın gələcəkdə beynəlxalq arenada daha da fəal iştirak edəcəyinə və strateji tərəfdaşlıqlarını genişləndirəcəyinə işarədir. Regionun sabitliyi və inkişafı üçün vacib olan bu uğurlar eyni zamanda, Azərbaycan dövlətinin möhkəmliyinin və liderlik keyfiyyətlərinin dünyaya nümayişidir.
Vaşinqton səfərinin ən vacib nəticələrindən biri də regionda davamlı sülhün təmin olunması istiqamətində atılan uğurlu addımlardır. Prezident İlham Əliyevin sülh prosesində göstərdiyi liderlik, münaqişə sonrası vəziyyəti sabitləşdirmək və regionu yeni münaqişələrdən qorumaq üçün əsas zəmin yaratdı. Bu proses əslində, çoxsaylı gənclərin həyatının qorunması və itkilərin qarşısının alınması deməkdir. Məhz bu səbəbdən, Azərbaycanın liderliyi və diplomatik uğurları, sadəcə siyasi və iqtisadi qazanclar kimi deyil, həm də insan həyatının qorunması baxımından böyük önəm daşıyır.
Regionda sülhün təmin olunmasının qarşısında duran əsas maneələrdən biri Ermənistanın mövqeyi və gecikdirici siyasətidir. Cənab Prezident İlham Əliyev müsahibələrində açıq şəkildə vurğulayıb ki, Ermənistan məsələni yubatmamalı və konstruktiv addımlar atmalıdır. Əks təqdirdə, bu, yalnız Ermənistanın özü üçün deyil, həm də ABŞ və digər beynəlxalq tərəfdaşlar üçün hörmətsizlik kimi qiymətləndiriləcək. Buna görə də regionda sülhün və sabitliyin qorunması üçün Ermənistanın gecikmədən hərəkətə keçməsi vacibdir.
İslam Son.az
Son.az pendirli pomidor yumurtanın hazırlanması üsulunu təqdim edir:

"Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri təkcə iki ölkə aras�

Türkiyəli professor Canan Karatay zeytunun yanlış istehlakının sağlamlı�

Kinqisepp şəhərində yaşayan kişi qonşusunun alt paltarına II Dünya Müh

Bu dörd bürcün həyatı tezliklə kəskin şəkildə dəyişəcək.

Türkiyədə 2006-2009-cu illərdə yayımlanan "Selena" serialı uşa

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşm

Tailandda bir kişi bir aydan çox yalnız alkoqollu içki qəbul etdikdən sonr

Ankoricdə otel qiymətləri Putin və Trampın görüşü ərəfəsində kəski

Bəzi insanlar ilahi, mənəvi dünya və gözəgörünməz himayədarları ilə

Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası başa çatıb.

Bir çox insan pəhriz saxlamasına və idman etməsinə baxmayaraq arıqlamaqda

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko gələcəkdə ana olmaq i

Bu gün Ermənistanın Geğarkunik vilayətində zəlzələ baş verib. Yeraltı
