İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
Siyasət 10 Avq 2025 19:19:00 70 0
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Bu xəbəri də oxu: Putin niyə Alyaskanı seçdi?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin önəmi vurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib. Bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı əldə olunmuş razılaşmalarda bu ilin iyul ayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilmiş ikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunmuş nəticələr ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb və bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Tailandda bir kişi bir aydan çox yalnız alkoqollu içki qəbul etdikdən sonr

Ankoricdə otel qiymətləri Putin və Trampın görüşü ərəfəsində kəski

Bəzi insanlar ilahi, mənəvi dünya və gözəgörünməz himayədarları ilə

Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası başa çatıb.

Bir çox insan pəhriz saxlamasına və idman etməsinə baxmayaraq arıqlamaqda

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko gələcəkdə ana olmaq i

Bu gün Ermənistanın Geğarkunik vilayətində zəlzələ baş verib. Yeraltı

Yay ayları gəldikdə, isti günəş, açıq yollar və tətil planları hamım

Xəbər verdiyimiz kimi, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Az

Avqustun 6-da Xəzər rayonunun Qala qəsəbəsində baş vermiş ağır yol-nə

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan

Zeytun yağlı bibər dolması Türkiyə mətbəxinin ən sevilən klassiklərin

Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olma
