Əsirlikdə işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər FOTO


Digərləri 07 Avq 2025 21:17:00 66 0

Əsirlikdə işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər  FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 7-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Hakim məhkəməyə daxil olmuş yeni sənədləri elan edib. Bunlar ifadə vermək üçün məhkəməyə dəvət olunmuş zərərçəkmiş şəxslərdən bəzilərinin ölkədə olmaması, zərərçəkmiş şəxslərdən birinin vəfat etməsi və s. barədə olub. Hakim sənədlərin cinayət işinin materiallarına əlavə olunacağını bildirib, tərəflər buna etiraz etməyib.

İfadə verən zərərçəkmiş şəxs Hafiz Abdurrəhmanovun hüquqi varisi Ülviyyə Abdurrəhmanova həyat yoldaşının 2020-ci ildə 44 günlük Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində şəhid olduğunu bildirib.

Zərərçəkmiş şəxs Xəqani İbrahimovun hüquqi varisi - oğlu Adil İbrahimli ifadəsində atasının 1994-cü ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhid olduğunu deyib.

Kamran Əsgərovun hüquqi varisi - atası Bayram Əsgərov övladının 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olduğunu söyləyib.

Cavad Hüseynovun hüquqi varisi - atası Cavid Hüseynov övladının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olduğunu bildirib.

Səxavət Hüseynov və Polad Vəlixanov 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə xəsarətləri aldıqlarını bildiriblər.

Tural Xəlilov və Murad Güləliyev ifadələrində 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin qəfil hücumu nəticəsində Laçın istiqamətində yaralandıqlarını deyiblər.

Rusif Səfərov ifadəsində 2023-cü il sentyabrın 19-da Xocalı istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində üç güllə yarası aldığını bildirib.

Nihad İmanov, Vüsal Babayev, Ayxan Nəsibov, İlkin Məmmədzadə, Etibar Məmmədov, Nüsrət Hüseynov, Nemət Süleymanov, Nail Quliyev, Ramil Adıgözəlov, Zahid Qafarov, Cavid Məmmədli, Sənhəm Mustafayev, Çingiz Mustafayev, Emin Eminov, Selman Məmmədov, Rüfət Novruzov və Yusif Əsədullayev ifadələrində 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Sabit Bayramzadə, Elməddin İsmayılov və Ayaz Həsənli Vətən müharibəsi zamanı mina partlaması nəticəsində yaralandıqlarını deyiblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Kənan Nəsirov 2020-ci il iyulun 12-də Tovuz döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralandığını söyləyib.

Qılman Hüseynov ifadəsində 2022-ci il avqustun 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndində mina təmizlənməsi zamanı mina partlayışı nəticəsində xəsarət aldığını deyib. Onun sağ ayağı amputasiya olunub. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, hadisə zamanı daha iki nəfər xəsarət alıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ramin Əliyev 2022-ci il oktyabrın 8-də Ağdam-Füzuli yolunun çəkilişi zamanı mina partlayışı nəticəsində yaralandığını söyləyib.

Şərif Əliyev ifadəsində 2020-ci ildə Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib. O, əsirlikdə döyüldüyünü, müxtəlif üsullarla işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıb. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlamasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.

Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən "yoxlama vuruşu" ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

"Bir ay bütün media məndən danışar, buna qadir insanam" like
  • 07 Avq 21:14  
Şou-biznes "Bir ay bütün media məndən danışar, buna qadir insanam"

Aşıq Namiq Fərhadoğlu qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Fransada merə bıçaqla hücum etdilər like
  • 07 Avq 21:00  
Dünya Fransada merə bıçaqla hücum etdilər

Fransanın cənub-şərqindəki İzer departamentində yerləşən Vilnöv-de-Ma

arrow Ətraflı
Netanyahu Qəzza ilə bağlı planını açıqladı like
  • 07 Avq 20:37  
Dünya Netanyahu Qəzza ilə bağlı planını açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzanı işğal edəcəyi

arrow Ətraflı
10 min hotel “Booking.com”u məhkəməyə verir like
  • 07 Avq 20:20  
Dünya 10 min hotel “Booking.com”u məhkəməyə verir

Avropanın 10 mindən çox otelinin rəhbərliyi turizm sektorunda qlobal səviy

arrow Ətraflı
Efirdə GƏRGİNLİK: aşığın "yataq zarafatı" xanəndənin "boğazından keçmədi" like
  • 07 Avq 20:00  
Şou-biznes Efirdə GƏRGİNLİK: aşığın "yataq zarafatı" xanəndənin "boğazından keçmədi"

Efirlərin birində qonaq olan aşıqla xanəndə arasında gərin anlar yaşan�

arrow Ətraflı
Hava bu tarixdən dəyişəcək  Xəbərdarlıq like
  • 07 Avq 19:45  
Digərləri Hava bu tarixdən dəyişəcək Xəbərdarlıq

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan �

arrow Ətraflı
Günəşdə gün ərzində ikinci güclü partlayış baş verdi like
  • 07 Avq 19:30  
Dünya Günəşdə gün ərzində ikinci güclü partlayış baş verdi

Avqustun 7-də Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə (M) aid

arrow Ətraflı
Yatmaqla uğur arasındakı əlaqə... like
  • 07 Avq 19:14  
Digərləri Yatmaqla uğur arasındakı əlaqə...

Uğurlu insanların günə enerjili başlamasının sirri erkən oyanmasındadı

arrow Ətraflı
Nazirlərin öldüyü təyyarə qəzasına görə matəm elan edildi like
  • 07 Avq 19:00  
Dünya Nazirlərin öldüyü təyyarə qəzasına görə matəm elan edildi

Qana hakimiyyəti iki nazir də daxil olmaqla 8 nəfərin ölümü ilə nəticə

arrow Ətraflı
ABŞ Çinlə "tarif atəşkəsi"ni 90 gün uzada bilər like
  • 07 Avq 18:48  
Dünya ABŞ Çinlə "tarif atəşkəsi"ni 90 gün uzada bilər

ABŞ Prezidenti administrasiyasının Çinlə razılığa gələcəyi və gömr�

arrow Ətraflı
Bəzi reyslər ləğv edilir  Təmirə görə like
  • 07 Avq 18:36  
Digərləri Bəzi reyslər ləğv edilir Təmirə görə

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri

arrow Ətraflı
Yol polisi sərnişin daşıyanlara müraciət etdi like
  • 07 Avq 18:24  
Digərləri Yol polisi sərnişin daşıyanlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdərəsi avtonəqliyyat vasitələri ilə sərnişind

arrow Ətraflı
Əməkdar artistin ailəsində itki like
  • 07 Avq 18:12  
Şou-biznes Əməkdar artistin ailəsində itki

Əməkdar artist Elton Hüseynəliyevin ailəsində itki yaşanıb.

arrow Ətraflı
MİQ üzrə vakant yerlərin gizlədilib?  RƏSMİ CAVAB like
  • 07 Avq 18:00  
Digərləri MİQ üzrə vakant yerlərin gizlədilib? RƏSMİ CAVAB

6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqəni

arrow Ətraflı
“Molla Nəsrəddin: Çətin Günlərimin Dostu” Filminin Çəkilişləri Kəlbəcərdə davam edir like
  • 07 Avq 17:55  
Şou-biznes “Molla Nəsrəddin: Çətin Günlərimin Dostu” Filminin Çəkilişləri Kəlbəcərdə davam edir

Azərbaycan mədəni irsinin və Türk dünyasının ortaq yaddaşının kino di

arrow Ətraflı