“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”


Digərləri 07 Avq 2025 15:08:00 54 0

“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”

"Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 

İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub. 

Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.

Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib: "Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan "Breguet" və "Audemars Piguet" markalı dəri kəmərli saatlar yoxa çıxdı. 

Həmin saatlar sadəcə qiymətinə görə deyil, yubileydə bağışlandığı üçün xatirə kimi mənə çox dəyərli idi. Oğluma 25 illik yubileyinə "Audemars Piguet" markalı (qiyməti 100 min manata yaxın-red) bahalı saat hədiyyə etmişdim. Həmin saatlar artıq istehsaldan çıxarılıb, tapılmır. Ötən ilin yanvarında oğlum Bakıya gəlmişdi. Bir gün oğlum saatının evdə itdiyini dedi. Amma bu barədə polisə xəbər vermədik. Bir müddət sonra da evdə yanğın baş verdi. Yanğın söndürüləndən sonra isə evdəki qızıl-zinət əşyaları və pulun oğurlandığının şahidi olduq. Sonra məlum oldu ki, ev qəsdən yandırılıb. Hər tərəfə benzin səpilibmiş. Sonda bütün olanların arxasından bağban çıxdı".

Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyona yaxındır: "Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyona yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım".

Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞa işgüzar səfərə getdi  FOTO like
  • 07 Avq 15:00  
Siyasət Azərbaycan Prezidenti İlham Əliyev ABŞa işgüzar səfərə getdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Şt

arrow Ətraflı
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi reyslər ləğv edilir like
  • 07 Avq 14:55  
Digərləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi reyslər ləğv edilir

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 av

arrow Ətraflı
Yadplanetlilər bu tarixdə Yerə hücum edə bilər like
  • 07 Avq 14:40  
Digərləri Yadplanetlilər bu tarixdə Yerə hücum edə bilər

3I/ATLAS obyektinin yadplanetli mənşəli olması ilə bağlı fərziyyə müba

arrow Ətraflı
Türkiyə ilə Suriya arasında tarixi müqavilə  4 milyardlıq layihə like
  • 07 Avq 14:19  
Dünya Türkiyə ilə Suriya arasında tarixi müqavilə 4 milyardlıq layihə

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb ki, Dəmə�

arrow Ətraflı
Dünyada yeganə olan avtomobil satışa çıxarılacaq like
  • 07 Avq 14:04  
Digərləri Dünyada yeganə olan avtomobil satışa çıxarılacaq

1962-ci il istehsalı olan yeganə ağ rəngli Ferrari 250 GTO - Bianco Speciale

arrow Ətraflı
Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim like
  • 07 Avq 14:02  
Siyasət Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

arrow Ətraflı
Putinlə Trampın görüş yeri təyin edildi like
  • 07 Avq 13:50  
Dünya Putinlə Trampın görüş yeri təyin edildi

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş

arrow Ətraflı
Dünyaca məşhur musiqiçi vəfat etdi like
  • 07 Avq 13:41  
Dünya Dünyaca məşhur musiqiçi vəfat etdi

Latın cazı və salsa musiqisinin yenilikçi simalarından biri, Qremmi mükafa

arrow Ətraflı
"Məni hər görəndə 300 manat verirdi" like
  • 07 Avq 13:35  
Şou-biznes "Məni hər görəndə 300 manat verirdi"

Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib. Son.az xəbər v

arrow Ətraflı
İlin ilk yarısında neçə nəfər icbari tibbi sığorta ilə xidmət alıb?  RƏSMİ like
  • 07 Avq 13:15  
Digərləri İlin ilk yarısında neçə nəfər icbari tibbi sığorta ilə xidmət alıb? RƏSMİ

2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəs

arrow Ətraflı
Sabiq Baş nazir Elçin Əfəndiyevin vida mərasiminə niyə qatılmayıb? like
  • 07 Avq 13:02  
Digərləri Sabiq Baş nazir Elçin Əfəndiyevin vida mərasiminə niyə qatılmayıb?

Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazı

arrow Ətraflı
Sabah Bakıda 38 dərəcə isti olacaq like
  • 07 Avq 12:56  
Digərləri Sabah Bakıda 38 dərəcə isti olacaq

Avqustun 8-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Maaşımızın 5 qatından çox kredit kartı ala bilməyəcəyik like
  • 07 Avq 12:54  
Digərləri Maaşımızın 5 qatından çox kredit kartı ala bilməyəcəyik

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləm�

arrow Ətraflı
Bu ölkələr silkələndi  güclü zəlzələ oldu like
  • 07 Avq 12:41  
Dünya Bu ölkələr silkələndi güclü zəlzələ oldu

Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal g

arrow Ətraflı
Maskdan Azərbaycanla bağlı paylaşım  VİDEO  FOTO like
  • 07 Avq 12:24  
Digərləri Maskdan Azərbaycanla bağlı paylaşım VİDEO FOTO

Milyarder İlon Mask Azərbaycanla bağlı paylaşım edib.

arrow Ətraflı