Yadplanetlilər bu tarixdə Yerə hücum edə bilər
Digərləri 07 Avq 2025 14:40:00 71 0
3I/ATLAS obyektinin yadplanetli mənşəli olması ilə bağlı fərziyyə mübahisələrə səbəb olub. Alimlərin fikrincə, bu yaxınlarda Günəş sisteminə daxil olan sirli ulduzlararası obyekt - 3I/ATLAS - adi kometa deyil, noyabr ayında Yerə hücum planlaşdıran yadplanetli kəşfiyyat vasitəsi ola bilər.
Bu xəbəri də oxu: Dünyada yeganə olan avtomobil satışa çıxarılacaq
Son.az xarixi mətbuata istinadən xəbər verir ki, əksər astronomlar bu cismi sadəcə olaraq ulduzlararası kometa hesab etsələr də, yeni bir tədqiqat onun texnoloji xarakter daşıyan, yadplanetli mənşəli obyekt ola biləcəyini ehtimal edir.
Fərziyyə elmi dairələrdə ciddi müzakirələr doğurub.
Avi Loeb və komandasından qalmaqallı ehtimal
South West News Service (SWNS) bildirir ki, 16 iyul tarixində arXiv preprint platformasında dərc olunan tədqiqatda Harvard Universitetinin tanınmış astrofiziki Avi Loeb, Londondakı Ulduzlararası Tədqiqatlar Təşəbbüsündən Adam Qibberd və Adam Kroul ilə birlikdə 3I/ATLAS obyektini təhlil edib. Onların qənaətinə görə, bu cisim təbii kometa deyil, maskalanmış yadplanetli kəşfiyyat vasitəsi ola bilər.
Sirli obyektin xüsusiyyətləri nədir?
3I/ATLAS ilk dəfə 1 iyul 2025-ci il tarixində qeydə alınıb. Günəşə doğru saatda 210,000 km sürətlə hərəkət edir.
Təxminlərə əsasən, obyektin diametri 24 kilometrə qədərdir. Bu, Manhettendən də böyükdür.
Fərqli trayektoriyaya və yüksək sürətə sahib olduğu üçün əvvəlki ulduzlararası cisimlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Noyabr ayında gizli keçid planı?
Tədqiqatda vurğulanır ki, obyektin trayektoriyası onu Yupiter, Mars və Veneranın yaxınlığından keçirəcək. Bu, həmin planetlərə casus cihazların buraxılması üçün əlverişli fürsət yarada bilər.
Daha maraqlısı isə odur ki, 3I/ATLAS noyabr ayında Günəşə ən yaxın nöqtəyə çatarkən (perihelion) Yerdən görünməz olacaq. Tədqiqatçılar bunun qəsdən müşahidədən yayınmaq cəhdi ola biləcəyini istisna etmirlər.
Avi Loeb öz bloqunda yazır:
"Bu, yerə gizlicə cihaz göndərmək üçün nəzərdə tutulmuş bir strategiyanın tərkib hissəsi ola bilər".
Hücum ehtimalı var? Elm dünyası iki yerə bölünüb
Tədqiqatçılar tam əminliklə danışmasalar da, bu ehtimalın tamamilə istisna olunmamalı olduğunu bildirir və "qoruyucu tədbirlərin" vacibliyini vurğulayırlar. Eyni zamanda, onların özləri də etiraf edirlər ki, bu obyektin təbii mənşəli olma ehtimalı yüksəkdir, lakin fərziyyə diqqətəlayiqdir.
Digər tərəfdən, elmi ictimaiyyətin əksəriyyəti bu iddiaları elmi fantastika adlandırır.
Kanadadakı Recayna Universitetinin astronomu Samantha Lawler deyir:
"Mövcud müşahidələr bu cismin sadəcə başqa bir ulduz sistemindən gəlmiş tipik kometa olduğunu göstərir. Yadplanetlilər iddiası sadəcə fərziyyədir".
Oksford Universitetindən astronom Chris Lintott isə bu fikirləri daha sərt ifadə ilə tənqid edib:
"Bu iddialar cəfəngiyyatdır və real elmi araşdırma aparan alimlərə hörmətsizlikdir".
Qeyd edək ki, 3I/ATLAS obyektinin tam olaraq nə olduğu hələ də dəqiq məlum deyil. Təbii kometa olması daha çox qəbul olunsa da, bəzi alimlərin yadplanetli mənşə fərziyyəsi elmi dairələrdə diqqət və mübahisələr doğurub. Noyabr ayında baş verəcək yaxınlaşma isə bu suallara cavab tapmaq üçün həlledici ola bilər.
Kənan Son.az
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb ki, Dəmə�

1962-ci il istehsalı olan yeganə ağ rəngli Ferrari 250 GTO - Bianco Speciale

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş

Latın cazı və salsa musiqisinin yenilikçi simalarından biri, Qremmi mükafa

Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib. Son.az xəbər v

2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəs

Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazı

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləm�

Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal g

Milyarder İlon Mask Azərbaycanla bağlı paylaşım edib.

Məşhur müğənni Rihanna Los-Ancelesdə kameraların obyektivinə düşüb.

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar

Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot o
