Kredit kartlarına limit qoyuldu Yeni qaydalar kimlərə şamil edilir?


Digərləri 04 Avq 2025 17:51:00 56 0

Kredit kartlarına limit qoyuldu  Yeni qaydalar kimlərə şamil edilir?

Ötən həftə Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam şəkildə həyata keçirilməsi məqsədilə tənzimləyici çərçivəni sərtləşdirib. Yeni qərara əsasən kredit xətləri vasitəsilə borclanmanın həddən artıq artmasının qarşısını almaq üçün limitlər tətbiq olunur.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, əvvəllər banklar kredit kartları üzrə limit müəyyən etmirdilər və bu vətəndaşlara istədikləri məbləğdə borc götürmək imkanı yaradırdı.

İqtisadçının sözlərinə görə, indi isə bu sahədə sərtləşdirmə tətbiq olunur və kredit kartı ilə verilə biləcək maksimum məbləğ vətəndaşın rəsmi aylıq gəlirinin 5 mislini keçə bilməz.

"Bu məhdudiyyət bütün banklardakı kredit kartları üzrə ümumi məbləğə şamil edilir. Yəni bir şəxs ümumilikdə yalnız gəlirinin 5 mislində borclana bilər. Əgər bank bu limitdən artıq kredit vermək istəyirsə bu artıq riskli kredit sayılır və belə kreditin məbləği bankın kapitalının 1%-dən çox ola bilməz".

O eyni zamanda qeyd edib ki, istehlak kreditləri sahəsində isə artıq uzun müddətdir limitlər mövcuddur və vətəndaşın aylıq kredit ödənişi onun rəsmi aylıq gəlirinin 45%-dən çox ola bilməz:

"Yalnız xüsusi hallarda bu hədd 70%-ə qədər yüksələ bilər. Məsələn 1000 manat aylıq gəliri olan şəxs üçün adi hallarda maksimum aylıq ödəniş 450 manat, xüsusi hallarda isə 700 manat təşkil edə bilər. Lakin banklar adətən bu cür yüksək riskli kreditlərdə maraqlı olmurlar. Hazırda isə kredit kartlarında boşluq olduğundan, bura limit qoyulub. Ancaq əlavə olaraq sərtləşmələrin tətbiq olunması gözlənilmir".

X.Kərimli sonda vurğulayıb ki, vətəndaşın hesabında depoziti varsa və ya girov təqdim edirsə bu zaman təqdim olunan kredit təminatlı sayılır və həmin kredit üçün 5 misli limit tətbiq edilmir. Yeni qaydalar isə yalnız təminatsız kreditlər şamil edilir.

ABŞ və İsveçrə arasında nə baş verir? like
  • 04 Avq 17:42  
Dünya ABŞ və İsveçrə arasında nə baş verir?

İsveçrə Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Satter ilə A

arrow Ətraflı
Məleykə Əsədova estetik əməliyyatdan sonra BELƏ OLDU like
  • 04 Avq 17:30  
Şou-biznes Məleykə Əsədova estetik əməliyyatdan sonra BELƏ OLDU

Xalq artisti Məleykə Əsədova yeni görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Əri evdən qaçan qadın hönkürhönkür AĞLADI like
  • 04 Avq 17:22  
Digərləri Əri evdən qaçan qadın hönkürhönkür AĞLADI

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə yaşanan anlar

arrow Ətraflı
6 aylıq körpə infarktdan öldü  Körpələrdə bu hallar nə zaman baş verir? like
  • 04 Avq 17:11  
Digərləri 6 aylıq körpə infarktdan öldü Körpələrdə bu hallar nə zaman baş verir?

Bu gün 6 aylıq körpənin ürək tutması (infarkt) nəticəsində vəfat etdi

arrow Ətraflı
"Qəlbimdə, ruhumda, nəfəsimdəsən" like
  • 04 Avq 17:00  
Şou-biznes "Qəlbimdə, ruhumda, nəfəsimdəsən"

Aparıcı Afaq Gəncəli vəfat edən oğlu Qədirlə bağlı paylaşım edib.

arrow Ətraflı
Bakıda yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək like
  • 04 Avq 16:50  
Digərləri Bakıda yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşayış binala

arrow Ətraflı
Tozlu hava nə vaxta kimi davam edəcək? like
  • 04 Avq 16:46  
Digərləri Tozlu hava nə vaxta kimi davam edəcək?

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşe

arrow Ətraflı
Ceylo səhnədə biabır oldu: ətəyi düşdü like
  • 04 Avq 16:30  
Şou-biznes Ceylo səhnədə biabır oldu: ətəyi düşdü

Dünyaca məşhur müğənni Cenifer Lopez bir daha ərə getmək fikrində ol

arrow Ətraflı
Şəhərsalma və tikinti prosedurları sadələşdirildi like
  • 04 Avq 16:25  
Siyasət Şəhərsalma və tikinti prosedurları sadələşdirildi

Azərbaycandan şəhərsalma və tikinti prosedurları sadələşdirildi.

arrow Ətraflı
Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib like
  • 04 Avq 16:23  
Siyasət Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

arrow Ətraflı
Anar Abdullayev məhkəmə zalında həbs edildi like
  • 04 Avq 16:21  
Digərləri Anar Abdullayev məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

arrow Ətraflı
Azərbaycanda büdcə qaydası dəyişdi like
  • 04 Avq 16:17  
Siyasət Azərbaycanda büdcə qaydası dəyişdi

Azərbaycanda büdcə qaydası dəyişib.

arrow Ətraflı
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı like
  • 04 Avq 16:15  
Siyasət Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

arrow Ətraflı
21 məktəb direktoru işdən çıxarılıb  RƏSMİ like
  • 04 Avq 16:12  
Digərləri 21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

arrow Ətraflı