6 aylıq körpə infarktdan öldü Körpələrdə bu hallar nə zaman baş verir?


Digərləri 04 Avq 2025 17:11:00 58 0

6 aylıq körpə infarktdan öldü  Körpələrdə bu hallar nə zaman baş verir?

Bu gün 6 aylıq körpənin ürək tutması (infarkt) nəticəsində vəfat etdiyi bildirilib. Hadisə cəmiyyətin diqqətini yenidən körpələrdə rast gəlinən ağır ürək problemlərinə yönəldib.

Körpələrdə bu hallar nə zaman baş verir?

Son.az xəbər verir ki, həkimlərin sözlərinə görə, infarkt adətən yaşlı insanlarla əlaqələndirilsə də, nadir hallarda körpələrdə də rast gəlinə bilər. Bu hal doğuşdan gələn ürək qüsurları, damar anomaliyaları, genetik pozğunluqlar, həmçinin ana bətnində və ya doğuş zamanı baş verən oksigen çatışmazlığı kimi səbəblərlə əlaqəli ola bilər.

Uşaq kardioloqları bildirir ki, bəzi körpələrdə ürək damarları normal inkişaf etmir və bu, dövriyyənin pozulmasına, nəticədə isə ürək toxumasının zədələnməsinə səbəb ola bilər. Eyni zamanda, infeksiyalar, metabolik xəstəliklər və ya iltihabi proseslər də körpə ürəyinə ciddi təsir göstərə bilər.

Valideynlərə tövsiyə olunur ki, doğulduqdan sonra körpələrin ürək fəaliyyətləri mütəmadi olaraq yoxlanılsın, nəfəs darlığı, göyərmə, tez yorulma, yeməkdən imtina kimi simptomlara ciddi yanaşılsın.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzi (STM) 6 aylıq körpənin ölüm səbəbini açıqlayıb.

Oxu.Az-a mərkəzdən verilən məlumata görə, avqustun 1-də saat 4:20-də STM-in Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü (kişi cinsli) körpə hospitalizasiya olunub.

Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan körpə həkimlərin səylərinə baxmayaraq, avqustun 2-də saat 14:30-da beyin ödəmi səbəbindən ölüb.

Son.az 

"Qəlbimdə, ruhumda, nəfəsimdəsən" like
  • 04 Avq 17:00  
Şou-biznes "Qəlbimdə, ruhumda, nəfəsimdəsən"

Aparıcı Afaq Gəncəli vəfat edən oğlu Qədirlə bağlı paylaşım edib.

arrow Ətraflı
Bakıda yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək like
  • 04 Avq 16:50  
Digərləri Bakıda yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşayış binala

arrow Ətraflı
Tozlu hava nə vaxta kimi davam edəcək? like
  • 04 Avq 16:46  
Digərləri Tozlu hava nə vaxta kimi davam edəcək?

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşe

arrow Ətraflı
Ceylo səhnədə biabır oldu: ətəyi düşdü like
  • 04 Avq 16:30  
Şou-biznes Ceylo səhnədə biabır oldu: ətəyi düşdü

Dünyaca məşhur müğənni Cenifer Lopez bir daha ərə getmək fikrində ol

arrow Ətraflı
Şəhərsalma və tikinti prosedurları sadələşdirildi like
  • 04 Avq 16:25  
Siyasət Şəhərsalma və tikinti prosedurları sadələşdirildi

Azərbaycandan şəhərsalma və tikinti prosedurları sadələşdirildi.

arrow Ətraflı
Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib like
  • 04 Avq 16:23  
Siyasət Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

arrow Ətraflı
Anar Abdullayev məhkəmə zalında həbs edildi like
  • 04 Avq 16:21  
Digərləri Anar Abdullayev məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

arrow Ətraflı
Azərbaycanda büdcə qaydası dəyişdi like
  • 04 Avq 16:17  
Siyasət Azərbaycanda büdcə qaydası dəyişdi

Azərbaycanda büdcə qaydası dəyişib.

arrow Ətraflı
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı like
  • 04 Avq 16:15  
Siyasət Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

arrow Ətraflı
21 məktəb direktoru işdən çıxarılıb  RƏSMİ like
  • 04 Avq 16:12  
Digərləri 21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

arrow Ətraflı
Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib  FƏRMAN like
  • 04 Avq 16:11  
Siyasət Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib FƏRMAN

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

arrow Ətraflı
Dilənçinin 1 günlük qazancı: 3000 manat... like
  • 04 Avq 15:50  
Digərləri Dilənçinin 1 günlük qazancı: 3000 manat...

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

arrow Ətraflı
Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu like
  • 04 Avq 15:41  
Digərləri Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların

arrow Ətraflı