Elçin Əfəndiyev vəfat etdi


Digərləri 03 Avq 2025 13:10:00 55 0

Elçin Əfəndiyev vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən xəbərə görə, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan "60-cılar" ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.

Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun "Mahmud və Məryəm", "Ağ dəvə", "Baş", "Bayraqdarlar" kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.

Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında "Vətən" cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.

Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə "İstiqlal" ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.

Mədəniyyət Nazirliyi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

İndi kişilər qadınlara "məni saxla" deyirlər"  VİDEO like
  • 03 Avq 13:03  
Digərləri İndi kişilər qadınlara "məni saxla" deyirlər" VİDEO

Teleaparıcı Nigar Fərhad diqqətçəkən açıqlamalar edib. Son.az xəb�

arrow Ətraflı
Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI  VİDEO like
  • 03 Avq 12:48  
Digərləri Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı
Rusiyada bu hava limanları BAĞLANDI like
  • 03 Avq 12:23  
Digərləri Rusiyada bu hava limanları BAĞLANDI

Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna m

arrow Ətraflı
Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət  VİDEO like
  • 03 Avq 12:13  
Digərləri Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət VİDEO

Bakı metrosunda qeydə alınan görüntü diqqət çəkib.

arrow Ətraflı
Sabah da çox isti olacaq? like
  • 03 Avq 12:12  
Digərləri Sabah da çox isti olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəc�

arrow Ətraflı
Lətifə aldığı bahalı geyimləri nümayiş etdirdi  VİDEO like
  • 03 Avq 12:03  
Şou-biznes Lətifə aldığı bahalı geyimləri nümayiş etdirdi VİDEO

Müğənni Lətifə Soyuözün paylaşımı marağa səbəb olub.

arrow Ətraflı
Putində dəhşətli xəstəlik var? like
  • 03 Avq 12:02  
Digərləri Putində dəhşətli xəstəlik var?

Rusiya Prezidenti Vladimir Putində dəhşətli xəstəliklərin əlamətlərini

arrow Ətraflı
Sənədsiz evi olanların NƏZƏRİNƏ: like
  • 03 Avq 11:48  
Digərləri Sənədsiz evi olanların NƏZƏRİNƏ:

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi

arrow Ətraflı
"Krokus Siti Holl"da 70 nəfər like
  • 03 Avq 11:33  
Digərləri "Krokus Siti Holl"da 70 nəfər

Moskvada "Krokus Siti Holl" konsert zalında törədilən terror aktı

arrow Ətraflı
İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: TəlƏviv hərbi əməliyyat like
  • 03 Avq 11:18  
Dünya İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: TəlƏviv hərbi əməliyyat

İsrailin hökumətyönlü "Israel Hayom" qəzetində dərc olunan və

arrow Ətraflı
Namiq Qaraçuxurlunun ikinci övladı olub? like
  • 03 Avq 11:03  
Şou-biznes Namiq Qaraçuxurlunun ikinci övladı olub?

Meyxanaçı Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU like
  • 03 Avq 11:02  
Dünya Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-K

arrow Ətraflı
Atası ilə birlikdə boğulan gənc kursant imiş like
  • 03 Avq 10:45  
Digərləri Atası ilə birlikdə boğulan gənc kursant imiş

Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keç

arrow Ətraflı
Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ like
  • 03 Avq 10:35  
Digərləri Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vav

arrow Ətraflı
Leyla xəstəxanalıq oldu  FOTO like
  • 03 Avq 10:21  
Şou-biznes Leyla xəstəxanalıq oldu FOTO

Aparıcı Leyla Mustafayevanın başına iş gəlib. 

arrow Ətraflı