Sənədsiz evi olanların NƏZƏRİNƏ:


Digərləri 03 Avq 2025 11:48:00 77 0

Sənədsiz evi olanların NƏZƏRİNƏ:

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır. Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin idarə heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq: "Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır".

Amnistiya hansı evlərə şamil olunacaq?

Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır. Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?

Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport (texpasport) sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.

"Bu, amnistiya deyil"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, bu, amnistiya deyil: "Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı. Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər -yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır. Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".

"Qeyd olunan 500 min rəqəmi də real deyil"

Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur. Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir. Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var. O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".

"Vətəndaşın gözləntisi başqadır"

"Krokus Siti Holl"da 70 nəfər like
  • 03 Avq 11:33  
Digərləri "Krokus Siti Holl"da 70 nəfər

Moskvada "Krokus Siti Holl" konsert zalında törədilən terror aktı

arrow Ətraflı
İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: TəlƏviv hərbi əməliyyat like
  • 03 Avq 11:18  
Dünya İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: TəlƏviv hərbi əməliyyat

İsrailin hökumətyönlü "Israel Hayom" qəzetində dərc olunan və

arrow Ətraflı
Namiq Qaraçuxurlunun ikinci övladı olub? like
  • 03 Avq 11:03  
Şou-biznes Namiq Qaraçuxurlunun ikinci övladı olub?

Meyxanaçı Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU like
  • 03 Avq 11:02  
Dünya Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-K

arrow Ətraflı
Atası ilə birlikdə boğulan gənc kursant imiş like
  • 03 Avq 10:45  
Digərləri Atası ilə birlikdə boğulan gənc kursant imiş

Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keç

arrow Ətraflı
Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ like
  • 03 Avq 10:35  
Digərləri Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vav

arrow Ətraflı
Leyla xəstəxanalıq oldu  FOTO like
  • 03 Avq 10:21  
Şou-biznes Leyla xəstəxanalıq oldu FOTO

Aparıcı Leyla Mustafayevanın başına iş gəlib. 

arrow Ətraflı
Şəhid atası vəfat etdi  FOTO like
  • 03 Avq 10:05  
Digərləri Şəhid atası vəfat etdi FOTO

Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.

arrow Ətraflı
Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI like
  • 03 Avq 09:54  
Digərləri Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.

arrow Ətraflı
103,3 kq narkotik aşkarlandı like
  • 03 Avq 09:53  
Kriminal 103,3 kq narkotik aşkarlandı

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks ə

arrow Ətraflı
Bu BÜRCLƏRİN bəxt "üzünə güləcək"  əsl möcüzələr olacaq! like
  • 03 Avq 09:41  
Digərləri Bu BÜRCLƏRİN bəxt "üzünə güləcək" əsl möcüzələr olacaq!

Avqust ayına doğru irəlilədikcə ulduzlar bəzi bürclərə möcüzəvi dəs

arrow Ətraflı
Məşhur azərbaycanlı müğənni makiyajsız belə görünür  görənlər təəccübləndi like
  • 03 Avq 09:29  
Şou-biznes Məşhur azərbaycanlı müğənni makiyajsız belə görünür görənlər təəccübləndi

Tanınmış müğənni Emma Ələkbərzadə makiyajsız görüntüsü ilə diqq

arrow Ətraflı
Rusiya bu ərazini raketlə vurdu like
  • 03 Avq 09:28  
Dünya Rusiya bu ərazini raketlə vurdu

Rusiya hərbçiləri gecə saatlarında Nikolayevin yaşayış məntəqəsinə r

arrow Ətraflı
Eyvandan evə girib boşanmaq istəyən arvadını öldürdü like
  • 03 Avq 09:17  
Kriminal Eyvandan evə girib boşanmaq istəyən arvadını öldürdü

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərə

arrow Ətraflı
Bu gün imtahan var like
  • 03 Avq 08:55  
Digərləri Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və

arrow Ətraflı