Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı


Digərləri 01 Avq 2025 14:25:00 70 0

Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib.

AMB-dən Son.az-a bildirilib ki, qəbul olunmuş requlyativ dəyişikliklərin əsas diqqəti əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsinə yönəlib.

Mərkəzi Bank tərəfindən aparılan təhlillər çərçivəsində, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib. Qeyd olunmalıdır ki, bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək. Qeyd edək ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır.

Yeni requlyativ tələblər bankların məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təmin olunmasına xidmət edəcək. Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir.

Təsdiqlənmiş digər dəyişikliklərə əsasən, overdraft limitləri kredit xətləri anlayışına daxil edilib, istehlak kreditlərinin xüsusiyyətləri nəzərə alınmaqla istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalı 40 faiz müəyyən edilib. İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100 faiz risk dərəcəsi tətbiq ediləcək. Bu yanaşma bankların kapital adekvatlığı göstəricilərinin real risk səviyyələrinə uyğun olmasına və sistem sabitliyinin qorunmasına imkan verəcək.

Mərkəzi Bankın müvafiq qaydalarına edilmiş digər dəyişikliyə əsasən, aşağı riskli olması nəzərə alınaraq "A-" kredit reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar aktivlərin yüksək keyfiyyətli kateqoriyasına aid edilib və banklar tərəfindən onlar üzrə əlavə ehtiyat yaradılması tələbi istisna olunub.

Həmçinin qeyd olunmalıdır ki, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirməsi məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə, Mərkəzi Bankın banklar tərəfindən aktivlərin təsnifləşdirilməsi tələblərini əks etdirən aidiyyəti qaydalarında müvafiq dəyişiklik edilib. Belə ki, sözügedən qaydalarda nəzərdə tutulan borcalanın zərərlə fəaliyyət göstərməsi anlayışı dəqiqləşdirilib. Dəyişikliyə əsasən, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə xalis zərər deyil, sahibkarlıq subyektinin faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin (EBITDA) onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması meyar olaraq müəyyən edilib. Bu, banklar tərəfindən biznes kreditləşməsi çərçivəsində sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin daha real qiymətləndirilməsinə və kredit risklərinin daha adekvat idarə olunmasına şərait yaradır.

Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür: https://e-qanun.az/framework/60285

Bakıda konsertdə evlənmək istəyən rus qız: "Mesajlara görə nömrəmi dəyişirəm" like
  • 01 Avq 14:24  
Digərləri Bakıda konsertdə evlənmək istəyən rus qız: "Mesajlara görə nömrəmi dəyişirəm"

İyulun 27-də Bakıda baş tutan Castin Timberleykin konsertində qeyri-adi had

arrow Ətraflı
Tanınmış alimə vəzifə verildi like
  • 01 Avq 14:19  
Digərləri Tanınmış alimə vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və R�

arrow Ətraflı
Şlaqbaumlı binalarda yaşayanların NƏZƏRİNƏ like
  • 01 Avq 14:13  
Digərləri Şlaqbaumlı binalarda yaşayanların NƏZƏRİNƏ

Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaum

arrow Ətraflı
Bakıda azyaşlını soyan kameraya BELƏ DÜŞDÜ like
  • 01 Avq 13:44  
Kriminal Bakıda azyaşlını soyan kameraya BELƏ DÜŞDÜ

Nəsimi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

arrow Ətraflı
Avqustda əsl sevgini tapacaq BÜRCLƏR – Qəlblər birləşir! like
  • 01 Avq 13:30  
Digərləri Avqustda əsl sevgini tapacaq BÜRCLƏR – Qəlblər birləşir!

Avqust ayı romantik enerjilərlə doludur və bəzi bürclər üçün sevgi hə

arrow Ətraflı
Bakıda konsertini ləğv edən müğənni TƏHDİD OLUNUR   Sedat Pekerin adı qarışdı like
  • 01 Avq 13:29  
Şou-biznes Bakıda konsertini ləğv edən müğənni TƏHDİD OLUNUR Sedat Pekerin adı qarışdı

Xəbər verdiyimiz kimi, Bakıya konsert vermək üçün  gələn türkiyəli 

arrow Ətraflı
Ermənistanda çevriliş ola bilərmi? like
  • 01 Avq 13:23  
Siyasət Ermənistanda çevriliş ola bilərmi?

Bəzi kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara əsasən,

arrow Ətraflı
Xırdalanda fəhlə faciəvi şəkildə öldü like
  • 01 Avq 13:16  
Digərləri Xırdalanda fəhlə faciəvi şəkildə öldü

Abşeronda fəhlə hündürlükdən yıxılaraq ölüb.

arrow Ətraflı
Bakıda görkəmli muğam ifaçısı Arif Babayevlə vida mərasimi keçirilir like
  • 01 Avq 13:10  
Kriminal Bakıda görkəmli muğam ifaçısı Arif Babayevlə vida mərasimi keçirilir

Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı, "Şöhrət&q

arrow Ətraflı
Astarada İrandan Rusiyaya 152 kiloqramdan çox marixuana aparılmasının qarşısı alındı  FOTO like
  • 01 Avq 13:06  
Digərləri Astarada İrandan Rusiyaya 152 kiloqramdan çox marixuana aparılmasının qarşısı alındı FOTO

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər

arrow Ətraflı
Jurnalist olmaq istəyənlərin DİQQƏTİNƏ like
  • 01 Avq 12:50  
Digərləri Jurnalist olmaq istəyənlərin DİQQƏTİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrini

arrow Ətraflı
Timberleyk zəif konsert performans səbəbini izah etdi: "Etiraf edirəm ki..." like
  • 01 Avq 12:41  
Şou-biznes Timberleyk zəif konsert performans səbəbini izah etdi: "Etiraf edirəm ki..."

Castin Timberleyk zəif konsert performansları ilə bağlı tənqidlərə cava

arrow Ətraflı
Cavid Süleymanlıya vəzifə verildi like
  • 01 Avq 12:40  
Digərləri Cavid Süleymanlıya vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və

arrow Ətraflı