Bu ərazilər dabaq xəstəliyindən azad status əldə edəcək
Digərləri 29 İyl 2025 17:50:00 84 0
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək.
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb.
"Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir", - məlumatda qeyd olunub.
Estetik əməliyyatlara maraq ildən-ilə artır. Amma hər cərrahi müdaxilə

Özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin polkovnik-leytenantı, h�

Həftəsonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, ha

Tanınmış aparıcı və radio dj Kazım Sübhan kövrək anlar yaşayıb.

"500 faizlik rüsum tətbiqi real olarsa, qısa müddətdə neft kəskin ba

Xətai rayon 8 Noyabr prospektində təmir edilən yol çöküb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Son illər gənclər arasında Avropaya təhsil vizası almaq prosesi çətinlə

Bu gün Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki ictimai çimərlikdə azya

"Bu prosesdə əsas olan sakitliyi qorumaq və strateji düşünməkdir&quo

Xanəndə Kəmalə Nəsibova yenidən geyim mövzusu ilə gündəm olub.

Bill Qeytsə məxsus olduğu ilə bağlı şayiələr yayılan və dünyanın il

Avtomobillərin kilometrajının (yürüşünün) süni şəkildə geri çəkilm

Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
