Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər FOTOlar


Siyasət 29 İyl 2025 16:33:00 80 0

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər  FOTOlar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 29-da davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs İsa Kəlbiyevin hüquqi varisi - atası Rəhim Kəlbiyev ifadəsində övladının Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxs Məhəmməd Xəlilinin hüquqi varisi - atası İlqar Xəlilov övladının Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Kamran İsgəndərli Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarət aldığını deyib. O bildirib ki, hadisə zamanı daha üç nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əlifəndi Fərziyev Xocalıda atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elgün Məmmədli Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O əlavə edib ki, ayağından yaralanıb və qapalı kəllə-beyin travması alıb.

Elçin İsmayılov ifadəsində düşmənin odlu silahdan açdığı atəşlər nəticəsində yaralandığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Nadir Rzayev Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Pənah Sadıxov Laçında düşmənin müxtəlif silahlardan açdığı atəş nəticəsində yaralandığını diqqətə çatdırıb.

Nurlan İsmayılov ifadəsində Laçında düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət aldığını qeyd edib. Vurğulayıb ki, həmin vaxt ondan başqa daha iki nəfər xəsarət alıb, iki nəfər isə həlak olub.

Ələkbər Paşayev ifadəsində Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində qapalı kəllə-beyin travması aldığını bildirib.

Təbriz Məmizadə ifadəsində Kəlbəcərdə açılmış atəş nəticəsində xəsarət aldığını deyib.

Hacıbaba Quliyev isə Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində sağ ayağından yaralandığını qeyd edib.

Zərərçəkmiş digər şəxslər Amin Rəhmətzadə, Murad Babazadə, Ceyhun Quliyev, Elçin Zeynalzadə, Ziyafəddin Ramazanov və Elnur Bədəlov ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldıqlarını söyləyiblər.

Məhkəmənin növbəti iclası avqustun 5-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Xaricdə təhsil ləğv olunur?  Ekspert AÇIQLADI like
  • 29 İyl 16:24  
Digərləri Xaricdə təhsil ləğv olunur? Ekspert AÇIQLADI

Son illər gənclər arasında Avropaya təhsil vizası almaq prosesi çətinlə

arrow Ətraflı
Pirşağıda boğulan şəxs polis əməkdaşı imiş like
  • 29 İyl 16:15  
Digərləri Pirşağıda boğulan şəxs polis əməkdaşı imiş

Bu gün Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki ictimai çimərlikdə azya

arrow Ətraflı
Tramp sülhü qolf oyunu ilə müqayisə etdi like
  • 29 İyl 16:12  
Dünya Tramp sülhü qolf oyunu ilə müqayisə etdi

"Bu prosesdə əsas olan sakitliyi qorumaq və strateji düşünməkdir&quo

arrow Ətraflı
Bahalı geyimləri ilə öyünən xanəndə brendin adını SƏHV DEDİ like
  • 29 İyl 16:00  
Şou-biznes Bahalı geyimləri ilə öyünən xanəndə brendin adını SƏHV DEDİ

Xanəndə Kəmalə Nəsibova yenidən geyim mövzusu ilə gündəm olub.

arrow Ətraflı
Dünyanın ilk hidrogen yaxtası satışa çıxarılacaq like
  • 29 İyl 15:53  
Dünya Dünyanın ilk hidrogen yaxtası satışa çıxarılacaq

Bill Qeytsə məxsus olduğu ilə bağlı şayiələr yayılan və dünyanın il

arrow Ətraflı
Kilometrajı geri çəkənləri hansı cəza gözləyir? like
  • 29 İyl 15:45  
Digərləri Kilometrajı geri çəkənləri hansı cəza gözləyir?

Avtomobillərin kilometrajının (yürüşünün) süni şəkildə geri çəkilm

arrow Ətraflı
Sabah 9 kənddə qaz olmayacaq like
  • 29 İyl 15:42  
Digərləri Sabah 9 kənddə qaz olmayacaq

Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
UNICEFin nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb  FOTO like
  • 29 İyl 15:40  
Siyasət UNICEFin nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb FOTO

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verildi  FOTO like
  • 29 İyl 15:38  
Digərləri Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verildi FOTO

Buzovna qəsəbəsində yerləşən "The Farm" adı altında fəaliyy�

arrow Ətraflı
Bakıda oğlan sevgilisini daşla öldürdü  Məhkəmədə ŞOK ETİRAFLAR like
  • 29 İyl 15:31  
Digərləri Bakıda oğlan sevgilisini daşla öldürdü Məhkəmədə ŞOK ETİRAFLAR

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını daşla öldürməkdə təqs

arrow Ətraflı
Putinin gizli planları ifşa oldu like
  • 29 İyl 15:25  
Digərləri Putinin gizli planları ifşa oldu

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hərbi məqsədlərindən yal

arrow Ətraflı
Azərbaycanda pensiya yaşı 70ə qaldırılır? like
  • 29 İyl 15:16  
Digərləri Azərbaycanda pensiya yaşı 70ə qaldırılır?

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldı

arrow Ətraflı
Pirşağıda atla dənizə girən şəxs o imiş  Məsuliyyətə cəlb olundu like
  • 29 İyl 15:04  
Digərləri Pirşağıda atla dənizə girən şəxs o imiş Məsuliyyətə cəlb olundu

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görü

arrow Ətraflı
Kıvanç 70 milyonluq yaxta ALDI  FOTOlar like
  • 29 İyl 15:00  
Şou-biznes Kıvanç 70 milyonluq yaxta ALDI FOTOlar

Türkiyəli məşhur Kıvanç Tatlıtuğ bahalı yaxtası ilə görüntülənib.

arrow Ətraflı
4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu like
  • 29 İyl 14:52  
Digərləri 4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

arrow Ətraflı