Azərbaycanda pensiya yaşı 70ə qaldırılır?
Digərləri 29 İyl 2025 15:16:00 88 0
Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldırılması ilə bağlı verdiyi açıqlama beynəlxalq miqyasda geniş müzakirələrə səbəb olub. Bu çağırış Azərbaycanda da narahatlıq doğurub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə "görəsən, bizdə də pensiya yaşı artırılacaqmı?" sualı tez-tez səslənir.
Bu xəbəri də oxu: Kilometrajı geri çəkənləri hansı cəza gözləyir?
Son.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, ölkəmizdə pensiya yaşı hazırda optimal şəkildə müəyyən olunub və onun artırılmasına ehtiyac yoxdur: "Düşünürəm ki, bu yaş məsələsini daha da artırmağa ehtiyac yoxdur. Çünki insanın ömrünün yarıdan çoxunu əmək fəaliyyəti ilə keçirməsi arzuolunan deyil. Doğrudur, bu gün dünyada dəyişən iqtisadi trendlər və sosial yük mexanizmləri yeni yanaşmaları zəruri edir. Lakin 65 yaşlı bir insanın istənilən sahədə səmərəli işləyə biləcəyini düşünmək reallıqdan uzaqdır", - deyə o bildirib.
Deputat qeyd edib ki, insan ömrünün uzanması onun fiziki və zehni iş qabiliyyətinin eyni sürətlə davam edəcəyi anlamına gəlmir: "Məsələn, 65 yaşlı bir şəxsin sərnişin avtobusu idarə etməsi nə dərəcədə təhlükəsiz olar? Təbii ki, bu sual üzərində ciddi düşünmək lazımdır. Həmçinin, bu yaşda olan insanların müasir iş mexanizmlərinə, texnoloji yeniliklərə uyğunlaşması da çox zaman çətinlik yaradır. Bu gün 60 yaşını keçmiş neçə nəfər kompüter bacarıqlarına tam yiyələnib və ondan peşəkar şəkildə istifadə edə bilir?"
Müşfiq Cəfərovun fikrincə, əgər pensiya yaşı artırılacaqsa belə, bu yalnız uzaq perspektivdə, yəni növbəti 15-20 ildə mümkündür: "Hazırda 30-40 yaş aralığında olan şəxslər müasir çağırışlara daha uyğun gəlir, onlar texnoloji mühitdə böyüyüblər. Gələcəkdə bu nəsil 70 yaşa çatsa belə, müəyyən sahələrdə fəaliyyətlərini davam etdirə bilərlər. Lakin bu günün 60 yaşlı vətəndaşlarının 70 yaşa qədər işləməsini gözləmək qeyri-real görünür".
Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görü

Türkiyəli məşhur Kıvanç Tatlıtuğ bahalı yaxtası ilə görüntülənib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

Rusiyada minə yaxın sərnişin hava limanlarında qalıb.

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Əməkdar artist Mətanət İsgəndərli yeni halı ilə diqqət çəkib.

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siy

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin və sistemli keçid

Avqust ayı Oğlaq bürcündə doğulanlar üçün həm emosional, həm də mali

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

Hər yay iyul-avqust aylarından başlayaraq mağazalarda məktəbli formaların

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamının bütün əmlakı
