“Ceyranı bişirib uşaqlarımla yedik”


Digərləri 26 İyl 2025 12:40:00 73 0

“Ceyranı bişirib uşaqlarımla yedik”

Şirvan Milli Parkında "Qırmızı kitab"a düşən ceyranı ovlayan şəxslər məhkəmədə mühakimə ediliblər.

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu ilin qış aylarında həbs edilən həmyerlilərin cəzası məlum olub.

Neftçala rayon sakinləri E.Əsgərov və S.Qasımov park ərazisinə daxil olaraq 3-4 yaş aralığında olan bir ceyranı vurublar. Nəticədə təbiətə 1650 manat zərər dəyib. Hər iki şəxs qrup halında qanunsuz ov etməkdə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər ikisi də məhkəmədə səhvlərini etiraf ediblər. S.Qasımov ifadəsində deyib ki, əslində əraziyə quş ovlamaq məqsədilə gediblər. Oranın qoruq ərazi olduğunu isə sonradan öyrəniblər: "Ceyranı tüfənglə E.Əsgərov vurdu. Mən həmin vaxt maşında oturmuşdum. Kisədə nəsə gətirdi. Soruşanda dedi ki, ceyran vurmuşam. Sonra ceyranı kəsib yarı böldü. Özümə düşən payı evə aparıb 4 uşağımla və digər ailə üzvlərimlə birgə bişirib yedik".

E.Əsgərov isə hakimə deyib ki, ovladığı ceyranı atasından qorxduğu üçün evə apara bilməyib. Artıq həm də hüquq-mühafizə orqanlarının da işdən məlumatlı olduğunu öyrəndiyi üçün əti Kür çayına atıb.

Təqsirləndirilən şəxslər yekunda peşman olduqlarını dilə gətiriblər, azyaşlı övladlarının olduğunu nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan yüngül cəza istəyiblər.

Zərərçəkmiş qismində tanınmış Şirvan Milli Parkının nümayəndəsi isə digər şəxslərə nümunə olsun deyə təqsirləndirilən şəxslərin qanunauyğun cəzalandırılmasını xahiş edib.

Məhkəmə yekunda müttəhimlərin ilk dəfə cinayət törətmələrini və ailə vəziyyətlərini nəzərə alaraq onlara yüngül cəza təyin edib. E.Əsgərov və S.Qasımova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaqla nəzarət) cəzası verilib.

Bazar günü hava necə olacaq? like
  • 26 İyl 12:25  
Digərləri Bazar günü hava necə olacaq?

Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəc�

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 26 İyl 12:06  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
40 min zəvvar yoxa çıxdı like
  • 26 İyl 11:52  
Dünya 40 min zəvvar yoxa çıxdı

Son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadak

arrow Ətraflı
Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi like
  • 26 İyl 11:46  
Digərləri Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtid

arrow Ətraflı
Azərbaycanda bu ərazilərdə yanğınlar başladı  Helikopterlər cəlb olundu like
  • 26 İyl 11:40  
Digərləri Azərbaycanda bu ərazilərdə yanğınlar başladı Helikopterlər cəlb olundu

Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə yanğınlar ba�

arrow Ətraflı
"Ərin 20 santimetrlik ətək geyinmiş qadınların arasından gəlir, onu qarşılayanda..." like
  • 26 İyl 11:33  
Digərləri "Ərin 20 santimetrlik ətək geyinmiş qadınların arasından gəlir, onu qarşılayanda..."

Qadınlara tövsiyələri ilə gündəmə gələn qadının sosial şəbəkədə

arrow Ətraflı
Bakıda lift faciəsi  Ölən var like
  • 26 İyl 11:24  
Digərləri Bakıda lift faciəsi Ölən var

Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəti

arrow Ətraflı
Restoranda müştərilərə narkotikli pizza verdilər  85 nəfər zəhərləndi  FOTO like
  • 26 İyl 11:20  
Dünya Restoranda müştərilərə narkotikli pizza verdilər 85 nəfər zəhərləndi FOTO

ABŞ-də restoranda müştərilərə səhvən marixuanalı pizza veriblər.

arrow Ətraflı
Atatürkün məzarının önündə diz çökən nazir kimdir?  Ailəsi ilə gedibmiş like
  • 26 İyl 11:10  
Digərləri Atatürkün məzarının önündə diz çökən nazir kimdir? Ailəsi ilə gedibmiş

Belçikanın Müdafiə Naziri Teo Franken Anıtqəbiri ziyarət edib. Franken T

arrow Ətraflı
OğuzQəbələBakı su kəmərinin idarəetmə sistemi yenidən qurulacaq  633 min manata like
  • 26 İyl 11:04  
Digərləri OğuzQəbələBakı su kəmərinin idarəetmə sistemi yenidən qurulacaq 633 min manata

Oğuz-Qəbələ-Bakı yeraltı suötürücü qurğuların uzaqdan idarəetmə si

arrow Ətraflı
Prezident İlham Əliyev Maldiv liderini təbrik edib like
  • 26 İyl 11:01  
Siyasət Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuy

arrow Ətraflı
Ceyranbatan yolunda "Hyundai" aşdı  VİDEO like
  • 26 İyl 11:00  
Digərləri Ceyranbatan yolunda "Hyundai" aşdı VİDEO

Ceyranbatan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü like
  • 26 İyl 10:53  
Siyasət Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü

XXI əsrin beynəlxalq siyasətində səssiz, lakin dərin geosiyasi yer dəyiş

arrow Ətraflı
Məşğulluq Agentliyi ayda 106 min manatlıq anbar icarəyə götürür  2 milyonluq tender like
  • 26 İyl 10:44  
Digərləri Məşğulluq Agentliyi ayda 106 min manatlıq anbar icarəyə götürür 2 milyonluq tender

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu

arrow Ətraflı