Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü


Siyasət 26 İyl 2025 10:53:00 93 0

Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü

XXI əsrin beynəlxalq siyasətində səssiz, lakin dərin geosiyasi yer dəyişməsi baş verir: konfliktlərin vasitəçiliyi artıq Vaşinqton, London və Paris kimi klassik qərb paytaxtlarının inhisarında deyil. Bu missiya tədricən Cənuba və Şərqə keçir. Xüsusilə də bu proses Yaxın Şərqdə özünü parlaq şəkildə göstərir. Fars körfəzi ölkələri - BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Oman - bir vaxtlar neft ixracatçısı kimi tanınırdısa, bu gün onlar regional və qlobal sabitliyin arxitekturaları, yeni tip vasitəçilərdir. Onlar o zaman hərəkətə keçir ki, böyük güclər susur, onlar çıxış yolu təklif edir ki, BMT dalana dirənir.

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Əvvəldən baxanda bu ölkələr - sərt monarxik rejimlərdir, klassik vasitəçilərlə - Norveç, İsveçrə kimi - ortaq cəhətləri yoxdur. Amma bu dövlətləri unikal edən amillər onların geosiyasi mövqeyi, maliyyə resursları, dini legitimliyi və ən başlıcası, Qlobal Cənubun gözündə "tərəfsiz güc" kimi qəbul olunmalarıdır. Bu isə yeni bir anlayışı ortaya çıxarır: dövlət-vasitəçi artıq sadəcə diplomatik missiyanı yerinə yetirmir, o, sülhə investisiya edir.

Neft gəlirlərindən geosiyasi kapitallara

Neft pullarını siyasi nüfuza çevirmək bacarığı - bu gün Körfəz ölkələrinin əsas üstünlüyüdür. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri. Bu ölkə sadəcə humanitar yardım ayırmır, o yardımı konkret siyasi və iqtisadi razılaşmalarla birləşdirir. Aşkar nümunə - Cənubi Qafqaz. 2025-ci ilin yazında Bakı ilə İrəvan arasında danışıqlar ilk dəfə Brüssel-Moskva trayektoriyasından kənara çıxdı. Əmirliklərin bu prosesə qoşulması təsadüfi deyildi: Bakı bölgədə dominant gücə çevrilib, İrəvan isə iqtisadi dəstəyə möhtacdır. BƏƏ bu fürsəti dərhal siyasi platformaya çevirdi - hər iki tərəfə yaşıl enerji layihələrindən tutmuş regional logistika qovşaqlarına qədər infrastruktur paketləri təklif etdi. Şərt sadə idi: kompleks sülh sazişi.

Bu artıq "sülh əvəzində pul" formulu deyil. Bu - yeni sülh anlayışıdır: təhlükəsizlik iqtisadi imkanlar vasitəsilə təmin olunur.

Qətər: pul yox, rabitə kapitalı

Əmirliklər iqtisadi gücə söykənirsə, Qətər yumşaq diplomatiyaya və şəbəkələşməyə üstünlük verir. Bu mikrodövlət son onillikdə Al Jazeera kanalı, idman diplomatiyası (futbol üzrə dünya çempionatı), radikal və təcrid olunmuş qruplarla (Taliban, HƏMAS və s.) xüsusi münasibətləri sayəsində beynəlxalq münasibətlərdə vacib oyunçuya çevrilib. ABŞ ilə Taliban arasında danışıqlar üçün məhz Qətər seçilmişdi. Bu gün isə Qətər həm İran, həm də Əfqanıstan istiqamətində yeganə açıq qapıdır - Qərb çoxdan bu istiqamətlərdən uzaqlaşıb.

Qətərin üstünlüyü ondan ibarətdir ki, o, təminatçı deyil, vasitəçidir. Yəni, dövlətlər bir-biri ilə danışmaq istəməyəndə, Qətər onların arasında rabitə kanalına çevrilir. Bu isə onu unikal mövqeyə gətirib çıxarır: balaca ölkə, amma böyük əlaqələr.

Oman: səssiz diplomatiya məktəbi

Oman - görünmədən, səs salmadan, amma ardıcıl və təsirli fəaliyyət göstərən nadir vasitəçilərdən biridir. Bu ölkənin diplomatik fəlsəfəsinin əsasında ibadi islam məzhəbinin barış, qarşıdurmadan yayınma və kompromisə meylli prinsipləri dayanır. Məhz Oman 2013-cü ildə ABŞ-İran gərginliyini yumşaltmaqda əsas rol oynamış, Yəməndə əsir mübadiləsi kimi humanitar proseslərə ev sahibliyi etmişdi.

Bu gün dünya get-gedə bloklara bölünür. Belə bir məqamda Oman kimi neytral aktorun dialoqu davam etdirmək imkanı qızıl qədər dəyərlidir. O, nə kapital təklif edir, nə də siyasi hegemonluq. Onun təklifi - etimaddır. Bu isə pulla alınmır.

Ər-Riyad: gücdən dialoqa keçid

Səudiyyə Ərəbistanı uzun illər ərəb dünyasında "böyük qardaş" rolunda çıxış edib. Lakin bu gün bu ölkə də xarici siyasət kursuna yenidən baxır. Yəmən müharibəsindəki fiaskodan sonra Riyad "güc yolu"ndan imtina edərək diplomatik təşəbbüsləri önə çəkir. 2023-cü ildə İranla münasibətlərin bərpasında Çin vasitəçiliyi ilə atılan addım, eləcə də Sudan-Efiopiya böhranında mediatorluq təşəbbüsləri bu yeni kursun əlamətləridir.

Riyad artıq "regional suverenlik" ideyasına söykənir - yəni qərbin hegemon təsirinə alternativ model təklif edir. Bu isə Afrika və Asiyada "post-müstəmləkə travması" yaşayan ölkələr üçün cazibədar görünür.

Yeni dövrün vasitəçiləri: diplomat yox, investor

Əsas dəyişiklik coğrafiyada deyil, fəlsəfədədir. Əvvəllər vasitəçi neytral hakim kimi çıxış edirdi. Bu gün isə o, prosesin iştirakçısıdır - infrastruktur layihələrinə, siyasi dialoqa, humanitar sabitliyə sərmayə qoyur. Məqsəd - sabitlik üçün "ekosistem" yaratmaqdır, birgəyaşayışın uzunmüddətli formulu.

Yeni nəsil vasitəçi artıq sadəcə diplomat deyil. O - strateqdir, investor və gələcəyin brokeridir. Məhz bu tip yeni aktorlara Fars körfəzi ölkələri çevrilməkdədir. Artıq konfliktlərin qaydalarını London və Paris yox, Əbu-Dabi, Doha və Müsqat müəyyən edir.

2020-ci ilin fevralında ABŞ ilə Taliban arasında imzalanan Doha razılaşmaları və 2021-ci ilin avqustunda Əfqanıstandan 70 mindən çox adamın təxliyəsi ilə nəticələnən misilsiz əməliyyat Qətəri yeni dövrün əsas diplomatik aktorlarından birinə çevirdi. Bu hadisələrdən sonra Doha artıq sadəcə "tərəflərlə danışan" vasitəçi deyil, bir-birinə düşmən olan iki dünya - Vaşinqton və islamçı qüvvələr - arasında körpü rolunu oynayan yeganə platforma oldu.

Əfqanıstanda qazandığı bu etimad Doha üçün diplomatik "valyutaya" çevrildi. Bu gün həmin resursu Qətər təkcə Orta Asiyada yox, digər böhran bölgələrində də fəal şəkildə istifadə edir.

Qətərin strateji vasitəçiliyi Qəzza zolağında da özünü göstərdi. HƏMAS-la dialoqu gizli şəkildə Tel-Əvivlə razılaşdıraraq davam etdirən Doha burada da unikal rola yiyələndi. Qətərin milyardlarla dollarlıq sosial investisiyaları - məktəblər, xəstəxanalar, maaşların ödənilməsi - humanitar böhranı yumşaltmaqla qalmadı, həm də İsrailə "idarə olunan gərginlik" modeli təklif etdi. Nəticədə, 2023-2025-ci illər ərzində regionda gərginliklərə baxmayaraq, məhz Qətərin vasitəçiliyi sayəsində müəyyən dərəcədə dayanıqlı atəşkəs qorunub saxlandı.

Doha burada yeni diplomatik format qurdu: humanitar təşəbbüslər, siyasi dialoqdan ayrı mövcud olmur. Qətər nə "qarant" kimi çıxış edir, nə də tərəfləri ələ almağa çalışır. O, sadəcə platformadır - İslam Cihadı ilə MOSSAD, Talibanla ABŞ arasında danışıq masası. Bu - XXI əsrin vasitəçiliyidir: müasir, çevik, ideologiyasız.

Əgər Qətər şəbəkələşmə və çevik diplomatiya ilə öndədirsə, Ər-Riyad miqyas, resurs və struktur gücə arxalanır. Son illərdə Səudiyyə Ərəbistanı sadə yardım göstərən dövlət yox, siyasi kapital formalaşdıran aktora çevrilmək yoluna çıxıb. Bu yeni yanaşma xüsusilə 2025-ci ildə Hindistanla Pakistan arasında Kaşmir məsələsində yaşanan gərginlik fonunda özünü göstərdi.

Əvvəllər Riyadın fəaliyyətləri əsasən maliyyə transfrtləri və diplomatik jestlərlə məhdudlaşırdı. Amma indi vəziyyət dəyişib: Səudiyyə Ərəbistanı BƏƏ ilə birlikdə konkret siyasi çərçivə təklif edir - limanlara çıxış təminatı, dəniz yollarının rəqəmsal təhlükəsizliyi üçün investisiyalar, İslam İqtisadi Məkan Təşəbbüsü çərçivəsində logistik inteqrasiya.

Bu isə artıq yeni rolun başlanğıcıdır. Ər-Riyad bu gün "donor" deyil, "sülh memarı" olmaq istəyir. O, neft gəlirlərindən təkcə müvəqqəti sabitlik deyil, uzunmüddətli institutlar yaratmaq üçün istifadə edir. Məqsəd - Qətərin humanitar diplomatiyası və Əmirliklərin sərmayə əsaslı modelinə alternativ, amma tamamlayıcı mexanizm qurmaqdır. Bu mexanizmlər tərəfləri mütəmadi şəkildə danışıqlar masasına qaytarır və sabitliyi sistemli şəkildə möhkəmləndirir.

Fars körfəzi ölkələrinin əsas üstünlüyü - onların ideoloji yükdən uzaq olması və "etimad infrastrukturu" qurmasıdır. Bu dövlətlərin neytrallığı - sadəcə protokol deyil, real təcrübəyə əsaslanır: nə müstəmləkəçilik keçmişləri var, nə də başqalarının daxili işlərinə müdaxilə edirlər. Onlar siyasi model ixrac etməyə cəhd göstərmirlər. Qlobal Cənub üçün bu, həyati əhəmiyyət daşıyır. Afrika, Cənubi Asiya və Yaxın Şərq ölkələri artıq Qərbin mentorluğundan yorulub - avtoritarlığa rəğbətə görə yox, köhnə sistemə qarşı real inamsızlığa görə alternativ axtarırlar.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və BMT daxili siyasi manevrlər, seçki dövrləri və bürokratiya ilə əlləri-qolları bağlanmış vəziyyətdədir. Bu fonda BƏƏ, Qətər və Səudiyyə Ərəbistanı "yüngül çərçivəli" diplomatiya modeli təklif edirlər: sürətli logistika, elastik protokollar, maksimum gizlilik və ideoloji təzyiqlərin tam yoxluğu. Burada "şou uğursuzluğu" olmur - çünki hər şey qapalı qapılar arxasında aparılır. Bu isə effektivliyi artırır.

Hər uğurlu vasitəçilik yeni bir etimad dövrəsini işə salır: etibar → uğurlu nümunə → təcrübə → yeni müraciətlər. Məhz bu gün də müşahidə olunur: getdikcə daha çox münaqişə tərəfi Brüsselə və ya Cenevrəyə yox, Doha, Əbu-Dabi və Ər-Riyada üz tutur. Bu artıq təsadüfi epizod deyil - bu, qlobal diplomatik paradiqmanın dəyişməsidir.

Fars körfəzi yeni vasitəçilik oxuna çevrilir. Praqmatizm, kapital, suverenlik və interregional şəbəkələrə yatırılan sərmayə nəticə verir. Bu dövlətlər qlobal hegemonluq oyunu oynamır - məhz bu onları effektiv edir. Onlar "səhərə demokratiya" vəd etmir, əvəzində infrastruktur, su, məktəb və hərbi gərginliyin azaldılması təklif edirlər.

Bu, XXI əsrin diplomatiyasıdır: sözlər yox, sistemlər; bəyanatlar yox, zəmanətlər; protokol yox, nəticə. Bu dünyada əsas dil nə ingilis, nə fransız, nə də rus dilidir - bu, kapitala əsaslanan siyasi mühəndisliyin dilidir. Və bu dili Fars körfəzi ölkələri artıq mükəmməl öyrənib.

Fars körfəzi ölkələrinin artan diplomatik nüfuzuna baxmayaraq, Qətərdən tutmuş Səudiyyə Ərəbistanınadək bu modelin qarşısında struktur məhdudiyyətlər dayanır. Onlar öz təsir alətlərini var-dövlətə, coğrafiyaya və praqmatik siyasətə əsaslandırıblar. Lakin yenə də regiondaxili qarşıdurmalar, vasitəçilik liderliyi uğrunda rəqabət və qarşı tərəflərə təzyiq imkanlarının məhdudluğu ciddi çətinliklər yaradır.

Zalıq ölkələrinin əsas diplomatik prinsipi - "bərabər məsafə" - bir çox hallarda ziddiyyətli nəticələr verir. Tərəflər taktik güzəştlərə hazır olsalar da, strateji kompromislərə getmirlər. Neytral mövqe vasitəçiyə mənəvi üstünlük verir, amma eyni zamanda, onun təzyiq imkanlarını sıfıra endirir. "Sərt" alətlər yoxdursa, bu ölkələr maksimum əlaqə qurur, minimum isə zəmanət verə bilir. Razılaşmaların pozulması və ya münaqişənin yenidən qızışması hallarında isə onların əlində yalnız ümid qalır - tərəflərin xoş niyyətinə.

Bu ziddiyyətin klassik nümunəsi Yəmən münaqişəsidir. Səudiyyə Ərəbistanı həm münaqişənin birbaşa iştirakçısı, həm də eyni vaxtda sülh vasitəçisi olmağa çalışaraq ikili rol oynadı. Bu isə bəzi aktorların etimadını itirməsinə səbəb oldu və Ər-Riyadın vasitəçilik təşəbbüslərini zəiflətdi.

Fars körfəzi ölkələrinin diplomatik fəallaşma istəklərinə baxmayaraq, aralarında vahid koordinasiya yoxdur. Qətər və Səudiyyə Ərəbistanı "yumşaq güc" anlayışına fərqli yanaşır və çox zaman paralel, bəzən isə bir-birini təkrarlayan təşəbbüslərlə çıxış edirlər. BƏƏ və Küveyt də öz vasitəçilik platformalarını qurmağa çalışır. Bu isə siqnalların ikiləşməsinə, diplomatik səylərin təkrarlanmasına və davamlı formatların formalaşmasında çətinliklərə yol açır.

Üstəlik, bu ölkələrin geosiyasi tərəfdaşlıqları da onlara qarşı təzyiqə çevrilə bilir. Məsələn, Qəzza böhranı fonunda BƏƏ-nin İsraillə yaxınlaşması və ya Qətərin HƏMAS-la qurduğu rabitə kanalları qlobal aktorlar tərəfindən birmənalı qarşılanmır. Daxili ziddiyyətlər üzə çıxır, regional təşəbbüslər isə parçalanma riski ilə üz-üzə qalır.

Yeni diplomatik mərhələnin manifesti

Bütün bu risklərə baxmayaraq, Körfəz ölkələrinin vasitəçi qismində qazandığı uğurlar beynəlxalq münasibətlərdə yeni trendləri təsdiqləyir. Ənənəvi güc iyerarxiyası parçalanır. Yeni bir sinif formalaşır - "orta güclər". Bu ölkələr fiziki ölçülərinə uyğun olmayan təsirə malikdirlər. Onlar elastiklik, bacarıq və regional boşluqları doldurmaq qabiliyyəti sayəsində qlobal siyasətin strukturuna daxil olurlar.

Bu artıq keçici anomal hal deyil. Bu, diplomatiyanın yeni mərhələsidir - inersiyadan praqmatizmə, ideoloji ambisiyalardan funksional vasitəçiliyə keçid dövrüdür. Bu mərhələdə söz deyil, mexanizm qalır. Və bu mexanizmin müəllifləri - Fars körfəzi dövlətləridir.

Fars körfəzi ölkələrinin vasitəçilik modeli təkcə geosiyasi manevr deyil - bu, artıq kompleks bir strateji sistemdir. Bu sistem müxtəlif ölçülərdə - institusional, iqtisadi və simvolik - paralel şəkildə formalaşır.

Əbu-Dabidəki Anwar Gargash Academy və Dohadakı Doha Institute kimi mərkəzlər artıq sadəcə akademik strukturlar deyil. Onlar Qlobal Cənubun reallıqlarına uyğunlaşdırılmış, Qərb diplomatiyasının klassik tezislərinə alternativ olan yeni diplomatik yanaşmanın istehsal laboratoriyalarıdır. Bu tədris platformalarında təkcə nəzəriyyə deyil, real konflikt təcrübəsi, praktik vasitəçilik texnologiyaları və tərəfdaşlarla işləmə bacarığı öyrədilir. Burada diplomatiya bir elmdən çox - tətbiqi peşə, sahə təcrübəsinə dayalı bacarıqdır.

Körfəz dövlətləri artıq sadəcə "danışıqlar masası" təklif etmir - onlar konkret maliyyə paketi ilə sülh prosesini təminat altına alırlar. Hər siyasi razılaşmanın arxasında maliyyə təşviqləri, sərmayə və bərpa layihələri durur. Bu, sülhü sadəcə mənəvi dəyər deyil, iqtisadi məhsul kimi də təqdim edir. Bəli, bu, bahalı sülhdür. Amma bu, həm də gəlir gətirən sabitlikdir - infrastruktur, logistika, texnologiya, turizm, əmək bazarları bu sabitlikdən bəhrələnir.

Uğurlu vasitəçilik - bu gün Fars körfəzi ölkələrinin əsas reputasiya valyutasına çevrilib. Bu brend onlara suveren siyasi çəkidə sıçrayış qazandırır. Artıq onlar kənardan yönləndirilən aktorlar yox, özlərinə müraciət olunan oyunçulardır. Məhz bu səbəbdən BƏƏ bu gün paralel şəkildə həm Tehran, həm Təl-Əviv, həm Bakı, həm də Kabul ilə danışıqlar apara bilir.

Körfəz monarxiyaları üçün vasitəçilik nə xeyriyyəçilikdir, nə də geosiyasi lüks. Bu - yaşamaq üçün rasional strategiyadır. Nə atom silahları var, nə də BMT Təhlükəsizlik Şurasında daimi kürsü. Ona görə də danışıqlar platforması təqdim etməklə, təhlükəsizlik təmin etməklə, bərpa layihələrini maliyyələşdirməklə bu ölkələr diplomatik fəallığı öz suverenliklərinin sığortası kimi dəyərləndirirlər.

Bugünkü mərhələdə Fars körfəzi dövlətləri sadəcə danışıqlara ev sahibliyi etmir, onlar "siyasi sabitlik"i xidmət kimi ixrac edirlər. Bu, xüsusilə Afrika, Cənubi Asiya və Yaxın Şərqdə aktualdır - on illərlə münaqişə içində qalan, dövlət institutları zəif olan regionlar üçün bu model sabitliyə alternativ yol təklif edir.

Lakin bu model universal deyil. Onun işləməsi üçün daimi dövlət dəstəyi, diplomatik peşəkarlıq və ideoloji uçurumlar arasında incə manevr qabiliyyəti tələb olunur. Körfəz İsveçrə deyil: burada sülh hüquqi normalara yox, maraqlar balansına və "hər kəslə danışmaq bacarığına" əsaslanır - Vaşinqtonla da, Tehranla da, İslamabadla da.

Yeni qlobal diplomatiya dizaynı: Körfəz ssenarisi

Fars körfəzi ölkələrinin vasitəçilik modeli əslində qlobal diplomatiya strukturunun yenidən yazılması cəhdidir. Artıq "böyük güclər" təkbaşına qaydaları müəyyən etmir. Legitimlik böhranına uğrayan köhnə institutların yerini pul, nüfuz və sürətli manevr qabiliyyəti olan dövlətlər tutur. Bu yeni vasitəçilərin üstünlüyü - imperiya komplekslərinin yoxluğu, moralizmdən uzaqlıq və nəticəyə görə real xərc çəkməyə hazır olmalarıdır.

Böyük güclər daxili böhranlarla çabaladığı, diplomatik mövqeləri zəiflətdiyi bir dövrdə Körfəz ölkələri qeyri-sabitliyi təsir alətinə çevirir. Bu qeyri-sabitlik onların təsir zonalarına çevrilir - yeni təriflə, bu artıq diplomatiyanın post-Vestfaliya və post-Yalta dövrüdür. Və bu dövrün yeni mərkəzi Brüssel və ya Nyu-York deyil. Bu, Doha, Əbu-Dabi və Ər-Riyaddır.

Məşğulluq Agentliyi ayda 106 min manatlıq anbar icarəyə götürür  2 milyonluq tender like
  • 26 İyl 10:44  
Digərləri Məşğulluq Agentliyi ayda 106 min manatlıq anbar icarəyə götürür 2 milyonluq tender

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu

arrow Ətraflı
“Əməkdar” və “Xalq” fəxri adları  Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU like
  • 26 İyl 10:42  
Digərləri “Əməkdar” və “Xalq” fəxri adları Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU

İyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə 26 nəfər "Əm

arrow Ətraflı
Bülent Ersoy alovların içində qaldı – Menecerindən ilk açıqlama like
  • 26 İyl 10:31  
Şou-biznes Bülent Ersoy alovların içində qaldı – Menecerindən ilk açıqlama

Türkiyəli məşhur sənətçi Bülent Ersoyun Antalyadakı villasının yaxın

arrow Ətraflı
İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər like
  • 26 İyl 10:26  
Dünya İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər

Silahlı şəxslər İranın cənub-şərqində yerləşən Zəhidan şəhərind

arrow Ətraflı
Yayda ən çox yeyilən salat zəhərə çevrilə bilər  DİQQƏT like
  • 26 İyl 10:20  
Digərləri Yayda ən çox yeyilən salat zəhərə çevrilə bilər DİQQƏT

Qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko yayın ən çox yey

arrow Ətraflı
"Şəhid olmuşdu", yenidən "Arka Sokaklar"a qayıdır  FOTO like
  • 26 İyl 10:07  
Digərləri "Şəhid olmuşdu", yenidən "Arka Sokaklar"a qayıdır FOTO

İllər əvvəl ekran işində "ölən" obraz "Arka Sokaklar"

arrow Ətraflı
Şans qapını döyəcək  İyulun son günləri bu bürcləri sevindirəcək like
  • 26 İyl 09:44  
Digərləri Şans qapını döyəcək İyulun son günləri bu bürcləri sevindirəcək

İyul ayının son günləri bəzi bürclər üçün uğur və fürsətlərlə d

arrow Ətraflı
ŞAD XƏBƏR  Bakının bu ərazilərində yeni metro stansiyaları tikiləcək like
  • 26 İyl 09:30  
Digərləri ŞAD XƏBƏR Bakının bu ərazilərində yeni metro stansiyaları tikiləcək

"Bənövşəyi xəttin üzərində tikiləcək yeni stansiyalar "Nizam

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ  Saat 10:00dan etibarən... like
  • 26 İyl 09:21  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ Saat 10:00dan etibarən...

Qəbələ rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.

arrow Ətraflı
Bəzi yerlərdə su olmayacaq  XƏBƏRDARLIQ like
  • 26 İyl 09:07  
Digərləri Bəzi yerlərdə su olmayacaq XƏBƏRDARLIQ

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi d

arrow Ətraflı
Elmi məlumatlara əsaslanan palma yağı haqqında 10 fakt like
  • 26 İyl 08:48  
Digərləri Elmi məlumatlara əsaslanan palma yağı haqqında 10 fakt

Palma yağı uzun illərdir müzakirələrin mərkəzində yer alır. Lakin elmi

arrow Ətraflı
Manafın dəbdəbəli villası like
  • 26 İyl 08:08  
Şou-biznes Manafın dəbdəbəli villası

Müğənni Manaf Ağayevin bahalı villasının görüntüləri yayılıb.

arrow Ətraflı
Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ  Xərçəng yaradır? like
  • 26 İyl 07:07  
Digərləri Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox gen

arrow Ətraflı
Yuxuda paxlava yemək nə anlam daşıyır?  Mütəxəssisdən açıqlama like
  • 26 İyl 05:05  
Digərləri Yuxuda paxlava yemək nə anlam daşıyır? Mütəxəssisdən açıqlama

İnsanların yuxularında gördükləri rəmzlər, xüsusilə yeməklə bağlı

arrow Ətraflı
Yayda sürətli arıqlamaq təhlükəli ola bilər  Mütəxəssis xəbərdar edir like
  • 26 İyl 04:04  
Digərləri Yayda sürətli arıqlamaq təhlükəli ola bilər Mütəxəssis xəbərdar edir

Yay aylarında arıqlamaq istəyənlərin sayı artır. Havaların isinməsi, ge

arrow Ətraflı