Bakıda qanunsuz tikilən evlər sökülür FOTO


Digərləri 23 İyl 2025 19:24:00 80 0

Bakıda qanunsuz tikilən evlər sökülür  FOTO

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.

Dəmir yolları ətrafında qanunsuz tikililər: davam edən təhlükə

Son.az APA-ya istinadən bildirir ki, hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.

Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.

Qanunsuz tikililər nəqliyyat təhlükəsizliyinə necə təsir edir?

Qeyd edək ki, evlər sənədsizdir, qeyri-qanuni tikilib. Dəmir yolunun mühafizə zolağında yerləşən bu evlər dəmiryolu nəqliyyatına ciddi problemlər yaratmaqla yanaşı, sakinlərin həyatı üçün də təhlükəlidir.

Sakinlərin həyatına birbaşa təhlükə - rəsmi statistika

Belə ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb.

Bundan başqa, yanğınsöndürən, təcili tibbi yardım maşınları əraziyə daxil ola bilmir. Kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur.

Eyni zamanda, tikinti normalarına uyğun olmayan bu evlər şəhərin ümumi görünüşünü pozur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev "APA-Economics"ə açıqlamasında deyib ki, Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir:

2025-2030 Dövlət Proqramı: dəmiryolu infrastrukturunun inkişafı

"Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar, Qaradağ-Güzdək, Yeni Suraxanı-Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq.

Fövqəladə hallar zamanı risklər və müdaxilə çətinliyi

Lakin qeyd edilən dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında bir sıra çətinliklər törədir:

- Yaşayış məntəqəsində əhalinin təhlükəsizliyinin təmin olunması, xüsusilə yanğın və qəza kimi hadisələrin fəsadlarının operativ şəkildə aradan qaldırılması, dəmir yolu nəqliyyatı obyektlərinin istismarına lazımi şəraitin yaradılması üçün həmin obyektlərin ətrafında hüquqi rejimli mühafizə zonası (təhkim zolağı) yaradılır. Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarı ilə dəmir yolunun mühafizə zonasının eni sahələrdə 24 metr, stansiyalarda isə ən azı 50 metr təşkil edir. Bu məsafələr daxilində, yəni təhkim zolağının hüdüdlarında hər hansı əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. Lakin bu zonaların zəbt edilməsi, burada tikinti işlərinin aparılması yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması ilə nəticələnir, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinə maneə yaranır.

9 yaşlı qız qətlə yetirildi like
  • 23 İyl 19:20  
Dünya 9 yaşlı qız qətlə yetirildi

Atası tərəfindən itkin düşdüyü bildirilən 9 yaşlı kanadalı qızın c

arrow Ətraflı
Türkiyədə 5 maqnitudaya yaxın zəlzələ oldu like
  • 23 İyl 19:07  
Digərləri Türkiyədə 5 maqnitudaya yaxın zəlzələ oldu

Egey dənizində 5 maqnitudaya yaxın zəlzələ olub.

arrow Ətraflı
Bu tarixdən hava dəyişir: Leysan yağacaq, şimşək çaxacaq like
  • 23 İyl 19:06  
Digərləri Bu tarixdən hava dəyişir: Leysan yağacaq, şimşək çaxacaq

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında,

arrow Ətraflı
Torpaqların sənədləşməsində gecikmələrin səbəbləri... like
  • 23 İyl 18:58  
Digərləri Torpaqların sənədləşməsində gecikmələrin səbəbləri...

Azərbaycanda torpaq sənədləşdirilməsi prosesində gecikmələrin əsas sə

arrow Ətraflı
Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI like
  • 23 İyl 18:45  
Digərləri Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində

arrow Ətraflı
İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyinat like
  • 23 İyl 18:32  
Digərləri İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyinat

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.

arrow Ətraflı
Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ like
  • 23 İyl 18:25  
Digərləri Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar iç

arrow Ətraflı
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb like
  • 23 İyl 18:13  
Kriminal Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

arrow Ətraflı
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış etdi like
  • 23 İyl 18:02  
Digərləri Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış etdi

Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregini dəyişdirmək üçün təkl

arrow Ətraflı
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi like
  • 23 İyl 17:59  
Dünya Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən ada

arrow Ətraflı
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb like
  • 23 İyl 17:56  
Digərləri Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra d�

arrow Ətraflı
Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub like
  • 23 İyl 17:51  
Digərləri Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzul

arrow Ətraflı
"Ev Annanın adına idi, ona görə evlənmək istəmirdim"  Paşinyan like
  • 23 İyl 17:43  
Dünya "Ev Annanın adına idi, ona görə evlənmək istəmirdim" Paşinyan

"1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğum üç�

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq like
  • 23 İyl 17:35  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Ziya Səmədzadə küçəsində hərəkət tam məhdudlaşdırılacaq.

arrow Ətraflı
Abşeronda 33 məktəb direktoru işdən çıxarıldı like
  • 23 İyl 17:30  
Digərləri Abşeronda 33 məktəb direktoru işdən çıxarıldı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xid

arrow Ətraflı