Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI


Digərləri 23 İyl 2025 18:45:00 81 0

Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Şahid Hikmət Əliyev icarədar olduğunu bildirib:

"Emalatxanada olmuşam. Bu işlə 3-4 ildir fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə belə bir şey olmamışdı. İlk dəfə idi ki, belə bir hadisə ilə rastlaşırdım. Mən dəmir sexində idim, titrəmə oldu. O an içəridə idim, çölə qaçdım gördüm ki, partlayış olub".

Digər şahid Zaur Hüseynov zavodda jalüz satışı ilə məşğul olduğunu bildirib:

"Mən Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən sexi icarəyə götürmüşdüm. Müqavilə imzalandığı üçün mən cavabdeh idim. Mən sexdə olduğum zamanı titrəyiş hiss etdim. Elə bildim zəlzələ olub. Gördüm tüstü çıxır, yanğın baş verib. Ərazini tərk etdim. Ondan sonra kimlər ölüb, kimlər xilas olub xəbərim olmadı".

Digər şahidlərin dindirilməsi ilə bağlı olaraq proses qeyri-müəyyən vaxta təyin edildi.

Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 63 yaşlı Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 33 yaşlı Toğrul Rzayevin üzərinə düşən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /lent.az

İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyinat like
  • 23 İyl 18:32  
Digərləri İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyinat

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.

arrow Ətraflı
Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ like
  • 23 İyl 18:25  
Digərləri Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar iç

arrow Ətraflı
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb like
  • 23 İyl 18:13  
Kriminal Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

arrow Ətraflı
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış etdi like
  • 23 İyl 18:02  
Digərləri Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış etdi

Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregini dəyişdirmək üçün təkl

arrow Ətraflı
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi like
  • 23 İyl 17:59  
Dünya Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən ada

arrow Ətraflı
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb like
  • 23 İyl 17:56  
Digərləri Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra d�

arrow Ətraflı
Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub like
  • 23 İyl 17:51  
Digərləri Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzul

arrow Ətraflı
"Ev Annanın adına idi, ona görə evlənmək istəmirdim"  Paşinyan like
  • 23 İyl 17:43  
Dünya "Ev Annanın adına idi, ona görə evlənmək istəmirdim" Paşinyan

"1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğum üç�

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq like
  • 23 İyl 17:35  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Ziya Səmədzadə küçəsində hərəkət tam məhdudlaşdırılacaq.

arrow Ətraflı
Abşeronda 33 məktəb direktoru işdən çıxarıldı like
  • 23 İyl 17:30  
Digərləri Abşeronda 33 məktəb direktoru işdən çıxarıldı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xid

arrow Ətraflı
Nazir bu idarəyə rəis təyin etdi  FOTO like
  • 23 İyl 17:00  
Digərləri Nazir bu idarəyə rəis təyin etdi FOTO

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.

arrow Ətraflı
Biləsuvarın bu kəndlərinin qazı KƏSİLƏCƏK like
  • 23 İyl 16:56  
Digərləri Biləsuvarın bu kəndlərinin qazı KƏSİLƏCƏK

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılaca

arrow Ətraflı
"Baza"nın baş redaktoru və prodüseri saxlanıldı  Bunda ittiham olunurlar like
  • 23 İyl 16:52  
Digərləri "Baza"nın baş redaktoru və prodüseri saxlanıldı Bunda ittiham olunurlar

İstintaq Komitəsi "Baza" Telegram kanalının baş redaktoru və pro

arrow Ətraflı
Paytaxtda 2 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir like
  • 23 İyl 16:40  
Digərləri Paytaxtda 2 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hər�

arrow Ətraflı