“AF Hotel”dəki həmin heyvanlar xilas edildi Video
Digərləri 21 İyl 2025 16:13:00 62 0
Sosial şəbəkələrdə Binəqədi rayonunda sahil zonasında yerləşən "AF Hotel" adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanılması ilə bağlı narahatlıq doğuran görüntülər yayılıb.
Bu xəbəri də oxu: Manatın dəyərində yenilik Bu valyuta bahalaşdı
Son.az xəbər verir ki, sözügedən görüntülərdən sonra IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.
Aparılan birgə yoxlama nəticəsində məlum olub ki, obyektin ərazisində qonaqların əyləncəsi məqsədilə qəbuledilməz şəraitdə 7 pişik və 1 it saxlanılıb. Bundan əlavə, həmin ərazidə heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark aşkar edilib. Həmin zooparkda "Qırmızı Kitab"a düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuz quşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.
Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçirilib. Heyvanların reabilitasiyası tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.
IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, vəhşi heyvanların qanunsuz olaraq saxlanılması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində 1113 nömrəli qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir. Son.az
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasə

Vladimir Zelenski 16 ölkəyə yeni səfirlər təyin edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmə

Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsi məktəbə çır

Yer kürəsinin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə

Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə "Rəqəmsal keçidlər

Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasın

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin şəh�

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.

Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına ya

James Harrison "qızıl qolu" ilə dünyada tanınır. J.Harrison 14 y

Meyxanaçı Namiq Qaraçuxurlu saçları ilə bağlı yazılanlara cavab verib.

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) pikap tipli avto
