2,5 milyon körpənin həyatını xilas edən qəhrəman – O, bunu necə bacardı?
Digərləri 21 İyl 2025 14:49:00 75 0
James Harrison "qızıl qolu" ilə dünyada tanınır. J.Harrison 14 yaşında olarkən ağır əməliyyat keçirib və bu zaman ona 13 dəfə qan köçürülüb. J.Harrisona qan köçürülməsəydi, öləcəkdi. O, ölsəydi, 2,5 milyon körpənin həyatı da xilas edilməyəcəkdi.
Bu xəbəri də oxu: Bakıda sökülən məşhur hotelin yerində görün nə tikilir
Qlobal.net sherg.az-a istinadla bu qəribə həyat hekayəsini təqdim edir. J.Harrison, 18 yaşına çatdıqda illər əvvəl ona bağışlanan qanları geri qaytarmaq qərarına gəlib. O, bir zamanlar ona edilən yaxşılığı, mərhəməti qarşılıqsız qoymayıb. 2015-ci ildə verdiyi açıqlamada J.Harrison bildirib ki, əməliyyatdan sonra donor olmaq qərarına gəlib: "bağışlayacağım qanların neçə insanı xilas edəcəyini bilmirdim. Onları heç vaxt tanımadım". Avstraliya Qızıl Xaç Qan Bağışı Bölümünün əməkdaşı Jemma Falkenmire "bağışlanan bütün qanlar qiymətlidir, amma Ceymsin qanı xüsusən əhəmiyyətlidir", deyib. J.Harrisonun qanı daha dünyaya gəlməmiş körpələrinə qarşı aqressiv davrana biləcək hamilə qadınlara nəql edildikdə, həqiqətən həyat xilas edən əlac təsiri bağışlayır. Məsələ burasındadır ki, J.Harrisonun qanı çox nadir rastlanan "Rh (D) immunoglobulin antikorlarına" (digər adıyla anti-D antikoru) sahibdir. Yəni Rh uyğunsuzluğu kimi bilinən durumlarda Harrisonun qanı körpələrin həyatını xilas edir. Rh neqatif olan bir yaxını olanlar bu problemdən xəbərdardır. Tibdə buna "yeni doğulmuşlarda hemorajik xəstəlik" deyilir. Bu xəstəlik ana ilə körpənin qan qrupları arasında uyğunsuzluq olduqda yaranır və hamiləlik zamanı ortaya çıxır, qarşısı alınmazsa, təhlükəli vəziyyət yarana bilər. Qan hüceyrələrinin bir-biri ilə mübarizə aparması səbəbindən körpə dünyaya gəlməmiş tələf ola bilər. Ona görə də qan analizlərində uyğunsuzluq aşkarlandıqda hamilə qadınların qanına anti-D - antivirusu yeridilir. J.Harrisonun qanı da anti-D antiviruslara sahibdir. Bu gün həkimlər anti-D əldə etmək üçün "plazma qanı"ndan istifadə edir. Bu isə qanında RhD antigenlərinə həssaslığı olan Rh qrupuna aid insanların qan plazması olmalıdır. J.Harrisona isə kiçik yaşlarında qan nəql edildiyi üçün o, bu anti-viruslara sahibdir və bu səbəbdən də qanı çox "dəyərli" hesab edilir.
Meyxanaçı Namiq Qaraçuxurlu saçları ilə bağlı yazılanlara cavab verib.

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) pikap tipli avto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində v�

Prezident İlham Əliyev "Təhsil haqqında" və "Məktəbəqəd�

İsti dənizlərdə inkişaf edən vibrio bakteriyaları açıq yaralardan daxil

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaş

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşıs

Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç səhhəti və şəxsi həyat

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, reg

İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəssürat oyatdı.

Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya m

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək
