Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi
Digərləri 16 İyl 2025 20:13:00 58 0
Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənistan və Azərbaycan arasındakı dəhlizin idarə olunması üzrə ABŞ tərəfindən təklif daxil olub.
Bu xəbəri də oxu: KU Leuven Universitetini 20 yaşlı azərbaycanlı gənc fərqlənmə diplomu ilə bitirib FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Hazırda, bu mərhələdə bu, Amerika Birləşmiş Ştatlarının təklifidir və biz həmin təklifi müzakirə edirik. Bu təklif bizi maraqlandırsa da, hələlik bu məsələ ilə bağlı razılaşma yoxdur.
Belə bir razılaşma əldə oluna bilərmi? Bəli, ola bilər", - deyə o, Azərbaycanla sülh sazişi çərçivəsində nəqliyyat dəhlizinə hansı ölkənin və ya beynəlxalq təşkilatın nəzarət edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.
"Bununla hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək. Təklifin məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir", - o vurğulayıb.
Əlavə edək ki, Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq.
Xatırladaq ki, bu ilin martın 13-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi ilə bağlı danışıqlar yekunlaşıb.
"Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq, Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir", - C.Bayramov qeyd edib.
Qeyd edək ki, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Son.az
Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində &quo

"Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss oluna

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm M�

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiy

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS)

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.

Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çi

"Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�
