Rauf Hacıyevin Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib FOTO


Digərləri 16 İyl 2025 17:30:00 62 0

Rauf Hacıyevin Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib  FOTO

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi Rauf Hacıyevin babası sabiq deputat Əbdülmənaf Hacıyev haqqında yazdığı "Baba ocağının işığı" kitabının təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə akademiklər, millət vəkilləri, ədəbiyyat, ictimaiyyət nümayəndələri, Ə.Hacıyevin yaxınları və digər rəsmi şəxslər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən millət vəkilləri Əziz Ələkbərli, Musa Urud, Fazil Mustafa, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Quliyev və digər şəxslər kitabın əhəmiyyətindən söz açıblar.

Onlar Ə.Hacıyevin səmərəli iş fəaliyyətindən, gənclərin, yeni nəslin formalaşmasında oynadığı müstəsna roldan danışıblar. Çıxışçılar bildiriblər ki, R.Hacıyevin ərsəyə gətirdiyi bu memuar tarixi həqiqətləri özündə əks etdirməklə yanaşı, gələcək nəsillər üçün də stolüstü kitaba çevriləcək.

Müəllif Rauf Hacıyev kitabın ön sözündə yazıb ki, nəslindəki yaxşı adamları tanımaq, sevmək, onunla qürur duymaq, onun yolunu davam etdirmək insana şərəf və məsuliyyət gətirən hissdir:

"Zəngəzur mahalının tanınmış vətənpərvər, görkəmli elm xadimi, mehriban, qayğıkeş, xeyirxah, insanlara əl tutub yol göstərən, ziyalı-maarifçi, hamının hörmətini qazanan, nurani el ağsaqqalı Əbdülmənaf Hacıyev haqqında tarixi faktlara, xatirələrə söykənərək bu kiçik kitabı yazmaqda məqsəd onun keşməkeşli həyat yoluna baxıb, gənc nəslə vətəni torpağı sevərək heç vaxt unutmamağı, imkansızlara köməklik edib əl tutmağı, həmişə vətənpərvər olmağı örnək göstərməkdir.

Ziyalı maarifçi, əməkdar müəllim, böyük dünya görüşünə malik, müxtəlif vəzifələrdə işləyən, hamıya əl tutub, dayaq olub yol göstərən, nurani bir el ağsaqqalı olan insan haqqında tarixi, əlyazmaları və yadda qalan hadisələrdən ibarət bir balaca kitab yazmağa qərar verdim. Düşünürəm ki, bu kitab həm də gələcək nəvə-nəticə, kötücələr üçün babanın ömür yolunun xəritəsi, milli-etnoqrafik mənbə olacaq".

Rauf Qasım oğlu Hacıyev 1951-ci ildə Qarakilsənin Urud kəndində anadan olub, 1972-ci ildə Bakı Maliyyə-kredit texnikumuna, 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun maliyyə-kredit fakültəsinə daxil olub.

O, müxtəlif illərdə bir sıra idarələrdə inspektor, baş mühasib, baş müfəttiş, mühasib-ekspert, nəzarətçi müfəttişi və digər rəhbər vəzifələrdə çalışıb.

1990-1995-ci illərdə Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi idarəsində rəis müavini, Kadr və kadr hazırlığı şöbəsinin rəisi, İşlər idarəsinin müdiri vəzifələrində çalışıb. 1995-2009-cu illərdə Bakı səhəri Nizami və Nərimanov rayonları üzrə maliyyə idarələrinin rəisi olub. 2010-2017-ci illərdə yenidən Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin Yerli büdcələrlə iş sektorunun müdiri vazifəsində işləyib.

Əbdülmənaf Qəhrəman oğlu Hacıyev 1896-ci ildə Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1932-ci ildə Moskva Hüquq Elmləri Akademiyasında hüquqşunas ixtisası üzrə təhsilini tamamlayıb. 1-2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilib. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.

Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır like
  • 16 İyl 17:26  
Digərləri Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl

arrow Ətraflı
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub like
  • 16 İyl 17:20  
Siyasət Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

arrow Ətraflı
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi like
  • 16 İyl 17:10  
Digərləri Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış mənt�

arrow Ətraflı
Ukraynada hökumətin istefası təsdiqləndi – Yeni nazirlər gözlənilir like
  • 16 İyl 17:05  
Dünya Ukraynada hökumətin istefası təsdiqləndi – Yeni nazirlər gözlənilir

Ukrayna Ali Radası ölkənin baş naziri Denis Şmıxalın və onun rəhbərlik

arrow Ətraflı
“Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub  FOTO like
  • 16 İyl 17:00  
Kriminal “Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto

arrow Ətraflı
İsrail Suriya hərbi qərargahını VURDU like
  • 16 İyl 16:56  
Dünya İsrail Suriya hərbi qərargahını VURDU

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsin

arrow Ətraflı
"Zəngəzur dəhlizinin idarəçiliyi özəl şirkətə verilə bilər"  Paşinyan like
  • 16 İyl 16:42  
Siyasət "Zəngəzur dəhlizinin idarəçiliyi özəl şirkətə verilə bilər" Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünik ray

arrow Ətraflı
Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir  DİM rəsmisi like
  • 16 İyl 16:29  
Digərləri Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir DİM rəsmisi

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulm

arrow Ətraflı
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi like
  • 16 İyl 16:25  
Siyasət Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün

arrow Ətraflı
Həftəsonunadək hava necə olacaq? like
  • 16 İyl 16:24  
Digərləri Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlə

arrow Ətraflı
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır like
  • 16 İyl 16:20  
Siyasət Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

Prezident İlham Əliyev "İcra məmurları haqqında", "İcra ha

arrow Ətraflı
Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub like
  • 16 İyl 16:18  
Siyasət Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

arrow Ətraflı
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı like
  • 16 İyl 16:16  
Siyasət Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zə

arrow Ətraflı
Ümidim var idi ki, sağsalamat qayıdacaq...  Nəşi tapılan şəhidin həyat yoldaşı like
  • 16 İyl 16:14  
Digərləri Ümidim var idi ki, sağsalamat qayıdacaq... Nəşi tapılan şəhidin həyat yoldaşı

Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözü

arrow Ətraflı