İşğaldan azad olunmuş ərazilərimizdə yanğın TƏHLÜKƏSİ XƏBƏRDARLIQ
Digərləri 15 İyl 2025 09:45:00 72 0
Hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı yenidənqurma və bərpa işləri, infrastruktur, yaşayış və digər obyektlərin tikintisi sürətlə davam edir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma dədə-baba torpaqlarına qayıdır, həmçinin xüsusi icazə əsasında çoxsaylı vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfərlər edir.
Bu xəbəri də oxu: "İphone"lardaki bu qara dairə nə üçündür? FOTO
Son.az xəbər verir ki, bu barədə FHN havaların isinməsi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair vətəndaşlara müraciətində bildirilib.
Havaların isinməsi ilə əlaqədar yanğınların başvermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini çətinləşdirir.
Təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində müxtəlif istiqamətlərdə açıq sahə və meşə massivlərində yanğınlar qeydə alınıb, yalnız yanğınsöndürənlərin fədakarlığı sayəsində həmin yanğınların böyüyərək daha ağır fəsadlara səbəb olmasına imkan verilməyib.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yaşayan və fəaliyyət göstərən, eləcə də müxtəlif məqsədlərlə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və bununla da Qarabağ və Şərqi Zəngəzurumuzun füsunkar təbiətinin, fauna və florasının qayğısına qalmağa çağırır.
Belə ki, müəssisə və təşkilatlarda yanğına qarşı rejimə ciddi əməl olunmalı və yanğına səbəb ola biləcək hallara yol verilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməli, siqaret və ya kibrit yalnız tam söndürüldükdən sonra zibil qablarına atılmalı, habelə yanar mayelərlə islanmış materiallar, eləcə də şüşə qab və şüşə qırıntıları ətrafa atılmamalı, təbiət qoynunda tonqal (ocaq) xüsusi yerlərdə qalanmalı və ya bu məqsədlə ağac altı olmayan, ətrafında quru ot və kol-kos, ağac qırıntılarının olmadığı yer seçilməli və ətrafdakı otlar 0,5-1 metr radiusda təmizlənməli, ərazini tərk edərkən tonqal (ocaq) tam söndürülməli, üzərinə su tökülməli və üstü torpaqla örtülməlidir. Taxıl və ot tədarükü ilə bağlı istifadə edilən kənd təssərrüfatı texnikalarının mexanizmləri saz vəziyyətdə saxlanmalı, nasaz texnikaların əkin sahələrində istismarı qadağan edilməlidir. Yadda saxlamaq lazımdır ki, küləkli hava şəraitində, habelə meşə sahələrində tonqalların qalanması qadağandır!
Qəzza zolağı - burası təkcə silah səsləri, dağıntılar və blokadalarl

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz

Avtomobilin boya örtüyü yayda günəş, toz və istiliyin təsirindən ciddi

Hansı təyyarələr faciələrin sayına görə antireytinqə düşüb?

Avtomobil təkcə nəqliyyat vasitəsi deyil, həm də sərhədsiz yaradıcılı

Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnik

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayes

2023-cü ildə Avropa İttifaqında tam ştatlı işçiyə düşən orta düzəl

Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşə
