Tbilisidə bina uçdu Ölənlər var
Dünya 14 İyl 2025 23:30:00 71 0
Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşən yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Bu xəbəri də oxu: "İsrailin Qəzzada etdikləri qəbuledilməzdir"
Son.az report-a istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Gela Qeladze bildirib.
Nazir qeyd edib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi (tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə istintaq başladılıb.
"Xilasetmə xidmətləri və polis qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə xidmətinin əməkdaşları hazırda axtarış-xilasetmə işlərini davam etdirir", - Qeladze əlavə edib.
Tbilisi merinin müavini İrakli Bendelianinin sözlərinə görə, uçan bina artıq uzun müddətdir 3-cü dərəcəli qəzalı vəziyyətdə olub. O qeyd edib ki, 1 ildən artıq müddətdə yerli hakimiyyət binanın sakinləri ilə əlaqə saxlayıb, lakin bütün sakinlərin razılığını almaq mümkün olmayıb.
Tbilisi meri Kaxa Kaladze də hadisə yerində olub.
Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı yaxınlığında baş verən bina uçqunu nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Tbilisi Polis departamentinin direktoru Vaja Siradze bildirib.
"İşlər intensiv şəkildə davam etdirilir. Əvvəl bir nəfərin dünyasını dəyişdiyini bildirmişdik. İndi isə daha bir ölü tapılıb. Dağıntı yerində əməliyyatlar davam edir, əlavə təfərrüatlar barədə sizi məlumatlandıracağıq", - o əlavə edib.
Hadisə ilə bağlı müvafiq qurumlar əraziyə cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi qurumlar əlavə məlumatları ictimaiyyətə çatdıracaqlar.
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis

50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq e

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərin

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron il�

Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və

Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�

"30 ildir bu sektordayam. Azərbaycanda "darknet"də reallaşan b

"Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölk�

Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.
