"Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir" VİDEO
Kriminal 14 İyl 2025 21:06:00 46 0
Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir.
Bu xəbəri də oxu: Filarmoniyasının Yay zalında Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNESCO-nun Baş Konfransının 42-ci sessiyasının sədri Simona-Mirela Mikulesku İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib. Tədbir UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.
"Bəzi şəhərlər daşdan, bəziləri isə hekayələrdən inşa olunub. Bakı isə hər ikisini özündə birləşdirir," - deyə o bildirib.
Mikulesku Bakıya səfərini xatırlayaraq, şəhərin zəngin mədəni həyatı ilə bağlı parlaq xatirələrini bölüşüb: "Onun divarlarında Qərb, Ərəb, Fars, Osmanlı təsirlərinin izi var. Bakı lap əvvəldən insanların, ideyaların və dəyərlərin qovuşduğu mühüm yol qovşağı olub".
O, Şirvanşahlar Sarayı, Qız Qalası kimi abidələrin Ümumdünya İrs Siyahısına daxil edilməsinin təkcə qədim daş tikililərin və şəhər quruluşunun deyil, həm də şəhərin dərin antropoloji təbəqələrinin qorunub saxlanılması istiqamətində yeni səylərə ilham verdiyini vurğulayıb. "Bu əsər bəşəriyyətin mədəni sərvətini müəyyən edən irsi və yaddaşı qorumaq məqsədi daşıyır", - deyə Mikulesku qeyd edib.
Bakının canlı ruhundan danışan Mikulesku şəhərin parlaq ənənələri, musiqisi və gündəlik incəsənəti barədə söz açıb, bunların mədəni irs obyektlərindən kənarda da geniş əks-səda doğurduğunu bildirib. O, xüsusilə Bakının inkişaf etmiş caz ənənələrini şəhərin yaradıcı ruhunun göstəricisi kimi vurğulayıb.
"Bakının caz səhnəsi şəhərin tarixi irsini müasir mədəniyyət ifadəsi ilə birləşdirərək onun yaradıcı kimliyinin güclü ifadəsidir", - deyə o bildirib. Bu bədii enerji memarlıqda, dizaynda, kinoda və rəqəmsal innovasiyalarda özünü göstərir, dinamik mədəni mənzərə formalaşdırır.
Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması v�

Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoy

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

Polkovnik Ələsgər Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəlad

İtaliya rəqəmsal siyasətdə yeni mərhələyə qədəm qoyur. Belə ki, ölk

Yay fəsli ilə birlikdə bir çox insanın həyatında yeni dövrlər başlayac

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şər

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normall

Alimlər prostat xərçənginin inkişaf mexanizmini daha yaxşı anlamağa imka

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi gələcəkdə

"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, ma�

Şimali Koreya lideri Kim Çen In Ukrayna ilə müharibədə Rusiyaya "qeyd
