HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı FOTO


Digərləri 14 İyl 2025 16:45:00 55 0

HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı  FOTO

Süni intellekt əsaslı ağıllı cihazlar və texnologiya ekosistemləri sahəsində beynəlxalq miqyasda tanınan HONOR, 12 iyul tarixində baş tutmuş Azərbaycandakı ilk rəsmi HONOR Brend Mağazasının uğurlu açılışını qürurla elan edir. Mağaza Bakının mərkəzində yerləşən 28 Mall ticarət mərkəzinin 1-ci mərtəbəsində fəaliyyət göstərir və bu, brendin regiondakı genişlənməsində mühüm mərhələ hesab olunur.

Açılış mərasimi HONOR Azərbaycan üzrə rəhbəri cənab Jing Xi və HONOR-un yerli bazardakı tərəfdaşı Irshad şirkətinin baş icraçı direktoruAris Şixaliyevtərəfindən həyata keçirilib. Yeni mağaza HONOR-un mükəmməl xidmət və məhsullara birbaşa çıxış vizyonuna uyğun olaraq premium alış-veriş təcrübəsi təqdim edir.

"Azərbaycanda ilk HONOR Brend Mağazasının açılması bizim üçün əlamətdar hadisədir," - deyə cənab Jing Xi bildirib. "Azərbaycan regionumuz üçün əsas bazarlardan biridir və biz müştərilərimizə brendimizin premium ruhunu əks etdirən, eyni zamanda ən son HONOR yeniliklərinə birbaşa çıxış təqdim edən yeni bir məkan təqdim etdiyimiz üçün qürur duyuruq. Bu açılış bizim inkişafımızın simvoludur və ölkəyə olan uzunmüddətli öhdəliyimizin göstəricisidir."

Aris Şixaliyev, Irşad şirkətinin baş icraçı direktoru də açılışla bağlı fikirlərini bölüşüb:

"Biz bu yeni HONOR mağazasını brendin Azərbaycandakı mövqeyinin möhkəmləndirilməsi baxımından strateji bir addım kimi qiymətləndiririk - xüsusilə Bakı kimi dinamik bazarda. Eksklüziv tərəfdaş olaraq Irshad, HONOR-un innovasiya və keyfiyyətini daha geniş auditoriyaya çatdırmaq və brendin tanınması ilə satışların artmasına töhfə vermək istiqamətində səy göstərməkdə davam edəcək."

HONOR Brend Mağazasında sizi nələr gözləyir?

Müasir və zövqlü dizayna sahib mağaza HONOR-un ən qabaqcıl məhsul seriyalarını təqdim edir. Müştərilər Magic, N və X seriyaları ilə yanaşı, AI funksiyaları ilə seçilən HONOR 400 Seriyası, müxtəlif planşet modelləri (klaviatura və stylus dəstəkləyən versiyalar daxil olmaqla), geniş çeşiddə noutbuklar, ağıllı saatlar və audio cihazlarla tanış ola biləcəklər.

Açılış Detalları:

Tarix: 12 iyul 2025 Saat: 15:00 - 19:00 Ünvan: Azadlıq prospekti 15a/4, 28 Mall, 1-ci mərtəbə, Bakı İş saatları: Həftənin bütün günləri, saat 10:00-22:00

Açılışa özəl kampaniyalar

Eksklüziv şərtlər | 12-31 iyul 2025 Nəğd alışlarda endirimlər, faizsiz hissə-hissə ödəniş və komissiyasız xidmətlər - yalnız yeni HONOR Brend Mağazasında!

Hədiyyə qutusu kampaniyası| 12-31 iyul 2025

Aksiya müddətində edilən hər alışa HONOR hədiyyə qutusu təqdim olunur. Alış məbləğinə uyğun olaraq hədiyyələr dəyişilir:

500 AZN-dək: HONOR Hədiyyə Qutusu 500-1000 AZN: Hədiyyə Qutusu + HONOR Earbuds X7 Lite 1000 AZN-dən çox: Hədiyyə Qutusu + HONOR Choice Watch 2i

Qeyd: Kiçik aksessuarlar, eləcə də yeni HONOR 400 və HONOR 400 Pro modelləri bu kampaniyaya daxil deyil.

HONOR 400 Series üçün eksklüziv təklif | 12-31 iyul 2025

Yalnız brend mağazasında HONOR 400 və ya HONOR 400 Pro alışı zamanı - 2 hədiyyədən ibarət xüsusi hədiyyə qutusu:HONOR Choice Watch 2i+ Earbuds X7 Lite

Açılışa özəl müsabiqə | 12-20 iyul 2025

Alış şərti olmadan mağazanı ziyarət edən hər kəs müsabiqədə iştirak edə bilər və bu dəyərli hədiyyələri qazanmaq şansı əldə edir:

HONOR 400 Pro HONOR Choice Watch 2i HONOR Earbuds X7 Lite

Açılış Günü Tədbiri

Mağazanın açılışı günü - 12 iyulda, 28 Mall-un 4-cü mərtəbəsində böyük şou-proqramtəşkil olunub. Tədbirdə canlı musiqi, interaktiv oyunlar, məhsul təqdimatları və bol hədiyyələr qonaqlara unudulmaz təcrübə yaşadıb.

Yeni HONOR Brend Mağazasını ziyarət etməyi qaçırmayın - ən son süni intellekt innovasiyalarını kəşf edin, eksklüziv təkliflərdən faydalanın və HONOR-un Azərbaycandakı yeni inkişaf mərhələsinin bir parçasına çevrilin!

Azərbaycanda ticarət mərkəzi ləğv olunur like
  • 14 İyl 16:39  
Digərləri Azərbaycanda ticarət mərkəzi ləğv olunur

Xaçmaz şəhərində yerləşən "Arzu" Özəl Ticarət Mərkəzi MMC

arrow Ətraflı
Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qüvvəyə mindi like
  • 14 İyl 16:28  
Siyasət Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qüvvəyə mindi

Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi "İstil

arrow Ətraflı
Azərbaycanda iki yeni milli park yaradıldı like
  • 14 İyl 16:27  
Siyasət Azərbaycanda iki yeni milli park yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın -

arrow Ətraflı
31 yaşlı kişi faciəvi şəkildə öldü like
  • 14 İyl 16:26  
Digərləri 31 yaşlı kişi faciəvi şəkildə öldü

Kəlbəcər rayon sakinini cərəyan vuraraq öldürüb.

arrow Ətraflı
Kamran Əliyev onu işdən çıxardı   Yeni TƏYİNATLAR like
  • 14 İyl 16:25  
Digərləri Kamran Əliyev onu işdən çıxardı Yeni TƏYİNATLAR

Hərbi prokurorun müavini işdən çıxarılıb. 

arrow Ətraflı
Taksi sürücülərinə yeni like
  • 14 İyl 16:18  
Digərləri Taksi sürücülərinə yeni

"Bolt", "Uber" və "Yango" kimi iri taksi operator

arrow Ətraflı
Rusiyada çimərliyə ildırım düşdü like
  • 14 İyl 16:10  
Digərləri Rusiyada çimərliyə ildırım düşdü

Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurma

arrow Ətraflı
"Bitkoin" bahalaşdı like
  • 14 İyl 16:09  
Digərləri "Bitkoin" bahalaşdı

"Bitkoin"in məzənnəsi 120 min dolları keçib.

arrow Ətraflı
Əməkdar artistin xanımı ilə FOTOsu diqqət çəkdi like
  • 14 İyl 15:54  
Şou-biznes Əməkdar artistin xanımı ilə FOTOsu diqqət çəkdi

Əməkdar artist Elton Hüseynəliyev paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Ağır qəzada ölən qohumların FOTOsu like
  • 14 İyl 15:48  
Digərləri Ağır qəzada ölən qohumların FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat had

arrow Ətraflı
"İsrailin Qəzzada etdikləri qəbuledilməzdir" like
  • 14 İyl 15:39  
Dünya "İsrailin Qəzzada etdikləri qəbuledilməzdir"

Almaniya kansleri Fridrix Merz ARD televiziyasına müsahibə zamanı Qəzza zo

arrow Ətraflı
PKKnın tərksilah edilməsi bu tarixdə başa çatacaq like
  • 14 İyl 15:25  
Digərləri PKKnın tərksilah edilməsi bu tarixdə başa çatacaq

PKK terror təşkilatının tərksilah edilməsi prosesi ən gec sentyabr ayın

arrow Ətraflı
Ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi like
  • 14 İyl 15:16  
Kriminal Ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıv

arrow Ətraflı