Trendin informasiya dəstəyi ilə UNESCOda İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib –
Digərləri 14 İyl 2025 15:47:00 68 0
Fransada UNESCO-nun baş qərargahında Azərbaycanın təşkilatdakı Daimi Nümayəndəliyinin, "İçərişəhər" Dövlət Qoruğunun təşkilatçılığı və "Trend" informasiya agentliyinin media dəstəyi ilə mötəbər tədbir keçirilib.
Bu xəbəri də oxu: Dənizə gedənlərin nəzərinə: Çimərliklərdə görünməyən təhlükə VİDEO
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Baku Network" analitik mərkəzinin proqram direktoru Sahil Kərimli UNESCO Dünya İrs Siyahısı Komitəsinin 47-ci sessiyası çərçivəsində bildirib.
Sessiya çərçivəsində, eyni zamanda, İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Proqram direktoru "Baku Network" təşkilatçılığı ilə tədbirdə erməni təcavüzü zamanı həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlərin paylanıldığını bildirib.
"Bu bukletlər UNESCO-nun qərargahında tədbir iştirakçılarına təqdim olundu. Biz Ermənistanın təcavüzü nəticəsində həlak olan jurnalistlərin xatirəsini beynəlxalq ictimaiyyətə bir daha çatdırmaq və Azərbaycanın ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirmək istədik", - deyə S.Kərimli vurğulayıb.
Onun sözlərinə görə, panel müzakirələrində məzmunlu çıxışlar səsləndirilib.
"Xüsusilə UNESCO-nun 47-ci sessiyası və İçərişəhərin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir çərçivəsində çoxsaylı çıxışlar edilib. Tədbirdə, həmçinin, "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network"un rəhbəri Elçin Ağacanov çıxış edib", - deyə S.Kərimli bildirib.
Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.
Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu - "Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri" olub.
"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.
Almaniya kansleri Fridrix Merz ARD televiziyasına müsahibə zamanı Qəzza zo

PKK terror təşkilatının tərksilah edilməsi prosesi ən gec sentyabr ayın

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıv

Narkotik qalmaqalı ilə medianın gündəminə düşən müğənni Arzuxanım H

Sintetizatorların aləmi: fərqli növləri və onların imkanları

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlər

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin

"Biz uzun illər müşahidə edirik ki, yüksək nəticə göstərən abitu

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalını

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə

ABŞ-də yaşayan keçmiş aparıcı Günel Musəvi artıq çəkisi olmasını t

İyulun 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alı

Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini
